3 Məşhur Psixoloq 3 Maraqlı Həyat

0
5048
3 Məşhur Psixoloq 3 Maraqlı Həyat

Qurucusunun Ziqmund Freyd olduğu, insan həyatının, təbiətinin və ruhunun divanda həll olunduğu psixoanalitik münasibətin ilk 50 ilində, qabaqcıl psixo analistlərin arasındakı münasibətlər də, nəzəriyyə qədər maraq doğurur.

Psixoanalitika sahəsinin ilk illərində Freydən sonra gələn psixanalistlərin Freyd ilə və bir-birləri ilə münasibətləri diqqətlə yazılmış bir ailə dramı kimidir. Gəlin, birlikdə psixoanalitik nəzəriyyəyə böyük töhfə vermiş 4 psixo analitiklərin bir-biri ilə əlaqələrini birlikdə anlamağa çalışaq.
 
 Ziqmund Freyd və Anna Freyd
Əgər bu dramaturgiyada bir baş rol oyunçusu varsa, o da psixoanalitik nəzəriyyənin ağsaqqalı və banisi Ziqmund Freydir. Ziqmund Freyd Vyanada psixoanalitik yanaşma ilə həm tibb, həm də ruhi sağlamlığı cəmiyyətində böyük əks-səda yaradarkən, 13 il ərzində müntəzəm yazışdığı Vilhelm Fliessə məktublarında 7 uşağı arasında ən kiçiyi Annadan tez-tez bəhs edər. Anna Freyd, atasının qayğısı üçün dalaşdığı və özündən daha gözəl bacısı Sofiyanı qısqanan, olduqca ağıllı ancaq depressiyayla boğuşan bir qızdır. Hər nə qədər Anna, Sofiya qədər gözəl olmasa da, atasının məktublarında ən çox bəhs etdiyi qızıdır. Zaman keçdikcə Anna böyüyür, bir müəllim kimi işləməyə başlayır, ancaq vərəm xəstəliyinə yoluxması ilə işini buraxır. İşi qoymasıyla, atasının divanına o da uzanır və psixoanalizə olan marağı artar. Maraqlı bir şəkildə, Freydin təhlildə anonimlik qaydasına heç uyğun gəlməyən, özü də psixoanalitik münasibəti də olduqca çətinləşdirən atanın psixoanalitik, qızın üzərində olduğu bir 4 il yaşanır, və Anna artıq həyatla nə edəcəyini bilir. O da atası kimi bir psixo analik olacaqdır.
 
Melanie Klein - Uşaq Psixoanalizi
Anna Freydin psixoanalitik birliyə qoşulması və xüsusən uşaq psixoanalizinə atasının nəzəriyyəsini inkişaf etdirərək böyük töhfələr verməsiylə psixoanalitik tarixinin ən azı iki qadın düşməni qarşı-qarşıya gələcəkdir: Melanie Klein və Anna Freyd. Melanie Klein də Anna Freydlə oxşar  olaraq uşaq psixoanalizini inkişaf etdirir, ancaq Anna Freydə görə münasibəti olduqca fərqlidir. Klein, uşaq analizinin tərbiyəçi ilə yanaşı quran Anna Freydinki kimi maarifləndirici olmaması fikirdədir. Üstəlik, Melanie Klein, uşaqların da böyüklər qədər analitiklərinə və terapevtlərinə neqativ hissləri qaldıracaqlarını və mənfi bir təminat verəcəklərini bildirir. Və  analizin ilk seanslarında uşaqla otaqda müsbət münasibət qurmağa çalışan Anna Freydin münasibətini uşaq üçün “başdan çıxarıcı” hesab edir. Bu iki qadın psixoanalitik arasındakı yanaşma və nəzəri münaqişənin genişlənməsi, psixoanalitik arenanı da ikiyə bölünür: Bu gün, daha çox Amerikada suverenliyini davam etdirən Anna Freydin yanaşması ilə, İngiltərədə dominant olan Kleinin yanaşması olaraq psixoanalitik dünya ikiyə ayrılır. Hətta Klein öz nəzəriyyəsinin üstünlüyünə və Ziqmund Freydin nəzəriyyəsi olan davamlılığına o qədər inanmışdır ki, "Mən Freydin əsl qızıyam" deyə bir açıqlama edər.
 
Ancaq Melani Klein, Anna Freyd psixoanalizin atası Ziqmund Freyd üçün girdiyi çəkişməni, öz ailə həyatında bir məğlubiyyət olaraq yaşayar.Kleinin qızı Melitta Schmideberg,İngilis Psixoanalitik Cəmiyyətində anasına qarşı Anna Freydin nəzəriyyələrini müdafiə etdiyi bir mübahisə açır, və Kleinin ölümündən sonra belə barışmadıqlarına və Melittanın anasının dəfninə belə getmədiyi üçün küskünlük yaşayarlar.
 
Karl Gustav Yunq Kimdir?
Analitik ailənin qız uşaqları Melani və Anna arasında ata (Freyd) çəkişməsi bir yana, bir də ata-oğul qarşıdurması yaşanır. Bu da yenə Ziqmund Freyd ilə, başda onun davamçısı ancaq sonradan ondan nəzəri olaraq ayrıldığını bildirən Karl Gustav Yunq arasında yaşanır. Əslində bu münasibətin detalları bir az da qondarma bir şəkildə "Təhlükəli Metod" adlı filmdə işlənməkdədir. Freyd 50, Jung 30 yaşında tanış olurlar və Yunqun dediyinə görə 13 saat boyunca heç dayanmadan danışırlar. Bunun üzərinə 6 il ərzində məktubla yazışırlar, və Freyd və Jung bir-birilərini intellektual olaraq təsir göstərirlər. Hətta Freyd, Yunqu "oğlu, tac şahzadə və vəliəhdi" olaraq adlandırır.
 
Ancaq Yunq,Şüur xarici Psixologiya adlı kitabını yazanda, Freydlə yolları ayrılır. Freyd, oğlum deyə düşündüyü Yunqun öz orijinal fikirlərini əmələ gətirməsinə dözə bilməz, və onu həm övladlıq, həm də öz psixoanalitik cəmiyyətindən rədd edər. Yunq, iki davamçısı xaricində tək qalmışdır, ancaq müasir psixologiya, teologiya və Nyu Age axınına verdiyi töhfələri möhtərəm bir nəzəriyyəçi və mütəfəkkir olaraq həyatına davam edər.
 
Psixoanalitik aləmin Freydin liderliyində 4 böyük adın bir-biri ilə mürəkkəb, toqquşmalı, ehtiraslı ancaq nəzəri yaradıcılığa olduqca töhfə vermiş münasibətlərini araşdırdıq.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN