Azərbaycanlı MESENAT

0
4406
Azərbaycanlı MESENAT

Rusiyanın ən layiqli vətəndaşlarına təqdim edilən Qızıl Mesenat Ulduzu Ordeni indiyədək cəmi 2 azərbaycanlı təltif edilmişdir. İlk azərbaycanlı laureat Böyük Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olub, ikincisi isə Tofiq Əhmədovdur. Laureatların siyahısında böyük rus çarı I Pyotr, imperatrisa II Yekatirina, qraf Şeremetyev, Stroqanovlar, Mamontovlar, Morozovlar və Teretyakovlar kimi mşhur tacir nəsilləri, eləcə də,müasir Rusiya mesenatları - Moskva və bütün Rusiya Patriarxı II Aleksiy, Moskva meri Yuri Lujkov, Ticarət və Sənaye Palatasının prezidenti Yevgeniy Primakov, RTEA-nın akademiki Leo Bokeriya kimi böyük rusiyalı mesenatlarla yanaşı, Tofiq Əhmədovun da adı əbədi olaraq, qızıl hərflərlə Rusiyada "Xoşməramlı Sülh Mələyi" memarlıq park kompleksinə həkk olunub.

Əhmədov Tofiq Miryaqub oğlu 1929-cu ildə Bakı şəhərinin Bülbülə qəsəbəsində dünyaya göz acıb.Bülbülə qəsəbəsində yerləşən  208 saylı orta məktəbdə təhsil alıb.1943-cü ildə Sovet İdarəçiliyi Texnikumunda təhsilini davam etdirib.1949-cu ildə Əmircan qəsəb Yerli Sənaye Nazirliyində əsindəki Dzerjinski adına hərbi zavodda əmək fəaliyyətinə başlayaraq,6-cı dərəcəli tornacı vəzifəsində çalışıb.1951-ci ildə isə Sovet Ticarəti İnstitutuna daxil olub.1956-cı ildə oranı bitirib.İnstitutu bitirən kimi Yerli Sənaye Nazirliyində əmtəəşünas vəzifəsində çalışıb.1971-1981-ci ilə qədər Yerli Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən kombinatın direktoru vəzifəsində irəli çəkilib.1981-ci ildə Moskvaya dəvət edilib.Elə həmin ildə Moskva şəhərində Yerli Sənaye Nazirliyinin Təchizat şöbəsinin şöbə müdiri vəzifəsinə təyinat alıb.1983-cü ilə qədər ona etimad edilən bu vəzifənin öhdısində layiqincə gəlib.1983-cü ildən 2000-ci ilə qədər Şərqi-İqtisadi Birliyin Trans Milli Koperasiyasının sədri vəzifəsinə yiyələnib.2000-ci ildə Bakıya köçüb.Hal-hazırda Bülbülə qəsəbəsində yaşayır.
 
Həyat onu dərk edib yaşayanda gözəldi.Yaşayıb dərk edilərək yaşanan ömür dənizdə yelkənsiz gəmi kimidir – deyə bizimlə söhbət edən ,həqiqətən xalqın dəyərli oğlu adlandırıla biləcək, yaşadığı ömürü şərəflə,xeyriyyəçiliklə yaşayan , bu gün gənc nəsilə örnək ola biləcək Əhmədov Tofiq Miryaqub oğlu daha sonra belə dedi:
- Kamil insanla,ağıllı insan arasında ola bilən fərq bu insanları bir – birindən xeyli fərqləndirir. Ağıllı insan problemlərin həllini asan tapır, kamil insansa heç vaxt özünə problem yaratmır. Tanrının bizə bəxş etdiyi bu ömrü şərəflə,vicdanla yaşamaqdan ötrü bizə şüurda verir.Biz həmin şüurun köməyi ilə düşdüyümüz mühitdən aslı olmayaraq  Tanrının bizə əmanət etdiyi ömrü zəhmətimizlə,fəaliyyətimizlə zənginləşdirib nümunəvi bir ömürə   çevirib yaşamalıyıq. Çalışmalıyıq ki, bu şərəflə yaşayaq.
Həyata qədəm qoyub  ilk əmək fəaliyyətinə başlayan Tofiq Əhmədovun qurub yaratmaq əzimkarlığı insani keyfiyyətdən doğan xeyriyyəçilik əməlini bir an yadından çıxartmayıb.
Yaxın ətrafına,dost tanışına,camaatına əlindən gələn köməkliyi əsirgəməyib.Əksinə etdiyi köməyə görə qəlbində bir rahatlıq yaranıb.Daima Bakı milyonçularının keçdiyi ömür yolu ilə maraqlanıb ,onlar haqqında dövrün mətbuatında dərc olunan materialları acgözlüklə oxuyub qürur duyub.
 
Bu hiss onu xeyirxah olmağa,hər bir insanın yanında olmağa sövq edib.Özünün dediyi kimi “Bakı milyonçularının xeyriyyəçilik əməli mənim həyat baxışımda müsbətə doğru çox dəyişiklik edib.”
Tofiq müəllimlə söhbət əsnasında onu öyrənə bildik ki o, Moskvada işlədiyi dövrdə çox böyük təşkilatçılığı,xeyirxahlığı,ictimai fəaliyyəti ilə bir çoxlarından fərqlənirmiş.Mötəbər məclislərdə Azərbaycanımızın haqq-ədalət tərəfdarı olduğunu,Milli mənəvi dəyərlərimizin qədim köklərə bağlılığı məclis iştirakçılarına çatdırırmış.
Daimi Azərbaycançılığı təbliğ edən,Azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına yardımçı olan Tofiq Əhmədov Azərbaycan Diasporasının formalaşmasında da fəal çalışmışdır.
Böyük ictimai fəaliyyəti olan Rusiya rəsmilərinin,Rusiya cəmiyyətinin rəğbətini qazanan  Tofiq Əhmədovun 2006-cı ildə ikinci dəfə Rusiya dövlətinin xalqımızın xeyriyyəçi övladlarına  verdiyi “Mesanat”ordeninə layiq görülmüşdür.Çar Rusiyası tərəfindən xeyriyəçiliyinə görə Hacı Zeynəlabdin Tağıyevə verilib.Bu çür möhtərəm bir ordenə layiq görülən ikinci bir Azərbaycanlımız Tofiq Əhmədov əmək və muharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə bu mükafata sahib olub.
Tofiq Əhmədov bu gündə Rusiyadan tez tez dəvətlər alır, onun ənənəsini qoyub gəldiyi “veteranlarla görüş” vaxtları həmin dəvəti qəbul edib köhnə dostlarının yanına gedir.Hətta Amerikada, Misirdə, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərdə olduğu günləri xatırlayır və yaşadığı ömrün gözəlliyini xatirələrdə bir daha yaşayır.
Tofiq müəllimin keçdiyi ömür yolu bu gün hər bir Azərbaycanlı gənci üçün örnək,onda öyrənilə biləcək məktəbdir.
 
 
Emil Bəşirov
Fərdi İnkişaf üzrə mütəxəssis
 
 

ŞƏRH YAZIN