Beyin Fırtınası

0
9332
Beyin Fırtınası

1957-ci ildə dahi bir ideya 'Batton&Osbourne" reklam agentliyinə yarım milyon dollar gəlir qazandırır.Hadisə belə baş vermişdi:
1957-ci ildə Amerikanın "Henckels" şirkəti kartof təmizlənməsi üçün nəzərdə tutulmuş bıçaqlar istehsal edirdi.Onlar çox rahat və inanılmaz dərəcədə futuristik idi: plastik dəstək və özüitilənən ülgüc.
Məhsul bazara ilk buraxıldığı zaman 1 həftə ərzində böyük tələbatla əldə edilir.Lakin bundan sonra bıçaqlar satılmır.Şirkət öz yeniliyinin əsirinə çevrilir.Belə ki,bıçaqlar o qədər mükəmməl yaradılmışdı ki,evdar qadınlar onları yeniləri ilə əvəz etmirdilər.
Artıq iflas qapısı "Henckels" şirkətinin qapısını döydükdə rəhbərlik Brüs Bartondan və onun reklam şirkətindən kömək istəyirlər.Barton 1 həftə düşündükdən sonra təslim olur və “beyin fırtınası” yaratmaq qərarına gəlir.16 saat ərzində yüzlərlə agentlik işçisi dəhliz boyu addımlayaraq “bıçaq”, “kartof” və “təmizləmə” sözlərini təkrar edərək ideya axtarırdılar.Bu zaman isə kuryerlərdən biri çoxdan gözlənilən həll yolunu səsləndirir:bıçaqların dəstəyini qəhvəyi,yəni kartof qabığı rəngində etmək.
Bu ideya işə yarayır.Evdar qadınlar kartof təmizlədikdən sonra səhvən bıçaqları da tullantılar ilə birlikdə atırdılar.Bu halda isə yeni bıçağa ehtiyac yaranırdı.Brüs Barton isə bu “beyin fırtınası” haqqında kitab yazmış və ömrünün sonuna qədər əldə etdiyi vəsaitlə yaşamışdı.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN