Cadillac şirkətinin tarixi

0
2104
Cadillac şirkətinin tarixi

Ötən əsrin əllinci illərində əksər ABŞ sakini üçün misli görünməmiş çiçəklənmə dövrü idi. Həmin vaxtlarda Böyük Depressiya da sona çatmışdır, müharibə artıq arxada qalmışdı və bir neçə onillik ərzində daimi məhrumiyyətlər şəraitində yaşamış amerikalılar sanki bolluq içərisinə düşmüşdülər, onlara verilən sovqatlardan su kimi istifadə edirdilər. Burada külli miqdarda məhsul mövcud idi: böyük soyuducular, qabyuyan maşınlar və hətta şəhərkənarı kotteclər.


Müharibənin bitməsindən dərhal sonra avtomobil şirkətlərinin əksəriyyəti aktiv olaraq istehsalı genişləndirməyə başladı, axı insanların yeni avtomobillərə ehtiyacı var idi. Lakin əllinci illərin ortalarına yaxın bu tələbat tədricən aşağı düşməyə başladı. Bu, onunla əlaqədar idi ki, artıq əllinci illərin əvvəlində demək olar ki, hər bir amerikan ailəsinin yeni avtomobil almağa imkanı çatırdı. Sadəcə olaraq bu müddət ərzində avtomobillər köhnəlməyə belə vaxt tapmamışdı.


Onda General Motors şirkətinin rəhbəri Harli Erl avtomobil texnikasının dinamik köhnəlməsi haqqında ideya irəli sürdü. O, istehlakçının hər il öz avtomobilini yenisi ilə dəyişməyə vadar etmək üçün ona müəyyən formada təzyiq etməyi təklif etdi. Bu, onun avtomobili köhnəldiyi üçün deyil, sadəcə dəbdən düşdüyü üçün baş verməli idi. Məhz bundan sonra təkcə bu şirkətin deyil, ABŞ və dünyanın əksər avtomobil istehsalçılarının əsas məqsədi elə bir avtomobil istehsal etmək idi ki, heç kim onun qarşısında tab gətirə bilməsin. Lakin bununla yanaşı həmin avtomobil gələn il üçün artıq köhnəlməli idi.


Harli Erl 1927-ci ilin Cadillac LaSalle avtomobilinin sükanı arxasında

Bütün işçilərin gücü təkcə kosmetik xarakterli yeni dəbə istiqamətləndiyi üçün ciddi konstruktiv yeniliklərin əksəriyyəti həmin dövrdə həyətin dal tərəfindəcə qalmışdı. Əllinci illərin avtomobillərində həqiqətən də ən vacib təkmilləşmələrdən biri yüksək kompressiyalı mühərriklərin hazırlanması olmuşdu. Bu mühərrikin yaradılma səbəbi avtomobilə əlavə güc qazandırmaq ilə bağlı idi ki, bu da dizaynerlərə avtomobilin konstruksiyasına çoxlu sayda müxtəlif cihazlar quraşdırmağa və daha çox metal əlavə etməyə imkan verirdi.


Həmin vaxtlarda çox az şirkət General Motors kimi müvəffəqiyyətlə avtomobillərə metal calaya bilirdi. Onların avtomobili daha iri formaya malik idi.

 

ŞƏRH YAZIN