Ən böyük xoşbəxtlik...

0
2754
Ən böyük xoşbəxtlik...

Bir mərmər yontan, dağın təpəsində, qızğın günəşin altında, mərmər yontmaqdan son derece yorulmuş və bezmiş halda öz özünə deyinməyə başlamış: 

”Yoruldum artıq mərmər yontmaqdan. Həyat deyil yaşadığım, mərmər yontmaqdan başqa bir şey etmirəm. Mərmər yontmağın çətinliyi bir kənara bir də bu qızğın, yandıran günəş." 

"Kaşki, mən də Günəşin olardım , hamıdan yüksəkdə bütün dünyaya və hər yerə hakim olardım. , işığımla her yeri aydınlatardım.” 

Mərmər yontucusunun diləyi möcüzəvi şəkildə qəbul olunar və yontucu o dəqiqə günəş olar. Arzusu qəbul edildiyi üçün çox xoşbəxtdir. Lakin bu sırada buludlar ortaya çıxar və işığını hər yerə yaymasına mane olar. Bu vəziyyətə o üsyan edərək: 

"Bu sadə buludlar mənim işıqlarıma maneə törədəcək qədər qüvvətli olduqlarına görə günəş olmağın nə mənası var. Madam ki buludlar bu qədər qüvvətli bulud olmağı istərdim. "

Arzusu qəbul olunar o an və dərhal bulud olar. Dünyanın üzərində sərbəst gəzişməyə başlayar, oradan oraya gedər, yağış yağdırar, torpağa bərəkət verər. Lakin birdən-birə külək çıxar və buludları dağıdar. 

"Külək gəldi və məni dağıtdı, demək ki ,külək daha qüvvətli,elə isə mən külək olmaq istəyirəm. "

Diləyi yenə qəbul olar, güclü bir külək olar. Dünyanın üzərində o tərəf bu tərəfə əsər, fırtınalar əsdirər, tayfunlar meydana gətirər. Lakin birdən-birə önünə böyük bir dağ çıxar və ona mane olar 

"Sadə bir dağ mənim qarşımı kəsə bildiyinə görə mənim külək olmağımın nə mənası var." 

Diləyi qəbul olar və bir anda böyük bir dağ olar. Bəzi səslər eşidər, ona dayanmadan zərbə vurulduğunu hiss edər. Ondan daha qüvvətli olan, onu içdən içə oyan, bir də baxar ki ,sadəcə olaraq kiçik bir mərmər yontucusudur….

"Yaxşısı mən mərmər yontucusu olum..."

Nəticə: Həyat dəvam edərkən bəzən həyatımızdan, olduğumuz yerdən məmnun olmayıb, başqa biri olmaq istəyirik. Xoşbəxtliyi başqa yerlərdə axtarır, onun öz içimizdə olduğunu unuduruq. Özümüzdən uzaqlaşdıqca xoşbəxtlikdən də uzaqlaşaraq daha da bədbəxt oluruq.
 

ŞƏRH YAZIN