Fedex Şirkəti Sadəcə Ev Tapşırığı İdi

0
3509
Fedex Şirkəti Sadəcə Ev Tapşırığı İdi

Frederik Smit 1944 -ci ildə Mississipidə doğulub.Erkən yaşda atasını itirib,özü də kiçik yaşda sümük xəstəliyinə tutulub.
Bir gün məşhur professor Yale Universitetinə getdiyi zaman şagirdlərdən gələcəkdə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamalarını istəyir.Frederik isə hamıdan fərqli olaraq Amerikanı əhatə edən bir yük daşıma şəbəkəsi qurmağı planlaşdırdığını yazır.Bu tapşırığı görən professor onun kağızına baxıb başını yelləyərək,"qeyri-mümkün bir şey düşünürsən" deyir və aşağı qiymət verir.
İllər sonra Frederik Yaledən məzun oldu və Vyetnamda vuruşan Amerikan birlikləri arasında təyyarə ilə iki yüzdən çox səfər etdi.
O,1970-ci ildə iş həyatına atıldı və işin mütəxəssislərinə Yale Universitetində şagirdkən imtahan kağızına yazdığı xəyalından bəhs etdi.Belə ki,onun fikrini bəyəndilər və dərhal tətbiqə qoydular.Frederik  müsbət düşünən,daim " Mən edə bilərəm! " deyən bir insan olaraq,bir çox adamı bu işə pul yatırmağa razı etmişdi.
Lakin 1973-cüildə,ilk təyyarə səfərə çıxdığı zaman Yale Universitetində bu işin mümkün olmayacağını söyləyən professorun söylədikləri reallaşdı.Bu iş üçün 25 təyyarə alınmasına baxmayaraq,ilk səfərdə ancaq on səkkiz paket gəlmiş,eyni zamanda bütün dünyanı sarsıdan o məşhur neft böhranı baş vermiş və daşıma ödənişləri çox yüksəlmişdi.İşlər o qədər pis gedirdi ki,şirkət təyyarələrə yanacaq alacaq pulu tapa bilmir,pilotlar təyyarələrinə şəxsi kredit kartlarıyla yanacaq alırdılar.
Bu gün isə şirkətin mal varlığı 8 milyard dollara çatır.Şirkətdə səksən beş mindən çox işçi çalışır və ildə daşınan paket sayı 1,5 milyona çatır.Bu paketlər dünyanın hər tərəfindəki ölkələrə daşınır.Və " FedEx"-i tanımayan yoxdur.Əvvəllər "Federal Express" adlanan təşkilat dünya miqyasında hava-quru transfer və logistika xidməti edən amerikan şirkətidir.Bu şirkət dünyanın ən nüfuzlu şirkətləri arasında yer alıb.

 

Korrektə etdi:Günel İbadova

 

 

 

ŞƏRH YAZIN