14 Oktyabr axşamı etdiyi sərbəst atlayışı ilə bu sahədəki bütün rekordları alt-üst edən 43 yaşındakı Avstriyalı idmançı Feliks Baumgartnerin hələ uşaqkən belə gözünün göylərdə olduğu 5 yaşındaykən çəkdiyi və anasına hədiyyə etdiyi bir şəkillə ortaya çıxdı.
Şəkildə günəşli bir səmada kürəyində paraşütlə süzərkən görülən xəyalpərəst Feliksin ailəsi də gözlərini səmaya zilləmiş bir halda aşağıda oğullarını gözləyir.
Şəkilə şərh olaraq "Bir yuxum vardı.O da bu idi!" yazan Baumgartner hekayəsini də belə izah edir: "Bu rəsmi çəkib anama verdim.23 Avqust 1986-cı ildə ilk sərbəst atışımı etdiyimdə anam rəsmi mənə geri vermişdi.Düşüncələrinizin və vizionunuzu sizi haralara gətirdiyini görmək çox maraqlıdır.Əgər diqqətinizi cəmləsəniz və işinizdən möhkəm yapışsanız,nə qədər çətin olursa olsun bacara bilərsiniz."
Korrektə etdi: Günel İbadova