Fatal Error (Öldürücü Səhv, Qəfil Ölüm)

0
2089
 Fatal Error (Öldürücü Səhv, Qəfil Ölüm)

Ginnes rekordlar kitabı  – hər il nəşr olunan dünya rekordları toplusu. Bu kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın pivə istehsalçısı “Ginnes Breveri” (Guinness Brewery) şirkətinin sahibi Hyu Biverin ideyası və sifarişi ilə nəşr olunub.


Bu gün Ginnes rekordlar kitabı dünyanın bütün ölkələrində məşhurdur və demək olar ki, bütün dillərə tərcümə olunub. Rəsmi olaraq Ginnes Rekordlar Kitabı yüzdən aartıq ölkədə iyirmi üçdən artıq dillərə tərcümə olunub. Əvvəllər bu kitab elmi əsaslı və təsdiq olunmuş faktların ensiklopedik soraq kitabçası idi. Ginnes Rekordlar Kitabının bu il 55-ci nəşri çapdan çıxır. İndiki dövrdə bu kitab dünyanın ən böyük tirajlı kitabı sayılır. Qeyd edək ki, 2010-cu ilin nəşrində son onillikdə dünyada baş verən müxtəlif rekordlar bu kitaba daxil olub.

Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən varlı adamı əsilzadə, padşah nəslindən olan Həssanal Bolkiyadır. Bruney sultanı H. Bolkiyanın neft və qaz sahəsi üzrə əldə olunan var-dövləti 30 milyard dollar təşkil edir. O, Asiyanın ən varlı adamı, dünyada ən varlı neft maqnatı və dünyada ən bahalı hökmdar iqamətgahına malikdir. Sultan Həssanal Bolkiya ölkənin varis rəhbəridir, eləcə də Bruneyin baş naziri, təhlükəsizlik və maliyyə naziridir. Sultan ölkəsinin əhalisi üçün pulsuz təhsil və səhiyyə xidmətlərini təmin edir. Bruney sultanı Giness Rekordlar Kitabına həmçinin dünyada ən bahalı avtomobil markası olan “Rolls-Roys”-ların böyük kolleksiyası ilə də yer alıb. Belə ki, ən böyük avtoparka sahib olan H. Bolkiyanın 150-dən çox “Rolls-Roys” avtomobilləri var.

Dünyanın ən varlı  qadınları Ginnesin Rekordlar Kitabına görə, Sem Uoltonun həyat yoldaşı Elen və qızı Elis Uolton hesab olunur. Uolton ana və qızın hərəsinin var-dövləti 16 milyard dollar dəyərində qiymətləndirilir. Ginnesin Rekordalar Kitabına düşmüş digər zəngin qadın isə “L’oreal” və “Nestle” şirkətlərinin varisi Lilian Betankurdur. Onun var-dövləti 13,9 milyard dollara bərabərdir.

Ginnesin Rekordlar Kitabına düşmüş ən gənc multimilliarder gəmiçilik maqnatı  Aristotel Onassisin nəvəsi Afina Onassis Russeldir. 1988-ci 3 yaşlı  Afina 5 milyard dollar dəyərində olan babasının ona qoyduğu imperiyanın, eləcə də Skorpios adasının varisi olub. Balaca Afina yalnız 2003-cü ildə yetkin yaşa çatdıqdan sonra mirasın tam hüququna malik olub.

Dünyanın ən varlı  biznesmeni “Microsoft Corporation” şirkətinin Direktorlar Şurasının sədri Bill Geyts də Ginnesin Rekordlar Kitabına düşüb. Qeyd edək ki, 90 milyard dollardan artıq olan var-dövlətinin 95%-ni Geyts xanımı ilə birlikdə xeyriyyəçiliyə sərf edib.

Asiya qitəsinin ən zəngin biznesmeni Əlvalid Bin Taləl Bin Əbdüləziz Əlsəudun var-dövləti 15 milyard dollardan daha çoxdur. Varisliklə milyarder adını qazanmış Əlvalid öz varını “Sitikorp” kimi şirkətlərə investisiyalar yatırımı etməklə artırmağa müvəffəq olub.

Latın Amerikada isə  ən varlı biznesmen Ginnesin Rekordlar Kitabına düşən biznesmen Karlos Slim Eludur. K.S.Elu Meksikanın “Qrupo Karso” korporasiyasının rəhbəridir. Onun üç oğlu “Karso”-nu və “İnburs” maliyyə bölməsini idarə edirlər. Elunun var-dövləti 8 milyard dollardır.

Afrikanın ən varlı  adamı isə Nikki Oppen-geymerdir. Qızıl və almazçıxarma şirkəti “De Birs”-in Direktorlar Şurasının sədri olan Oppen-geymerin varı 2,2 milyard dollara bərabərdir.

Ginnesin Rekordlar Kitabına düşən Kütləvi İnformasiya Vasitəsi sahəsində ən zəngin adam isə “Thomson Corporation” informasiya-nəşriyyatının rəhbəri Kennet Tomsondur. 11,9 milyard dollara sahib olan Tomsonun korporasiyasına 70-dən çox beynəlxalq və yerli qəzetlər daxildir. Son vaxtlar isə media-şirkətin elektron yayım versiyaya daha çox diqqət ayırır.

Ginnesin Rekordlar Kitabına ən böyük şəxsi qazancı 1989-cu ildə Donald Tramp əldə edib. Nyu-Yorkda bina, 2 kazino, “Tramp Şattl” hava yollarını, 85 metr uzunluğunda yaxta, eləcə də digər şəxsi əmlakın sahib olan Donal Trampın mülki 1,7 milyard dollara bərabər olub. İşgüzar aktivliyi zəifləyən Trampın müəssisələri 8,8 milyard dollar borca düşüb, borc pulun 975 milyon dollarını Donald özü şəxsən ödəyib. Bu borcun nəticəsində o, dünyada və tarixdə var-yoxu əlindən çıxaan ən böyük müflis olub. Hal-hazırda Trampın aktivləri 2,5 milyard dollara bərabərdir, bunadn başqa 500 milyon dollar nəğd pula sahibdir ki, bu da dünya tarixində ən mühüm şəxsi maliyyə durumunun bərpası kimi qeydə alınıb. Donald Tramp “Tramp İnternatonal Hotel”, “Tramp Trauer” kimi böyük otellərin və digər təşkilatların sahibidir.

Ən çox məvacib alan menecer Ginnesin Rekordlar Kitabında Maykl Aysnerdir. “Uolt Disney”  şirjətinin Direktorlar Şurasının sədri və baş idarəçisi olan Aysnerin məvacibi hələ 1998-ci ildə 590 milyon dollar təşkil edib.
 

ŞƏRH YAZIN