Həyatınızı Başdan Yazın!

0
2960
Həyatınızı Başdan Yazın!

Hər problem bir fürsətdir!

Bəzi araşdırmalara görə bir problemin həlli olduğuna inandığınız zaman onu tapmaqda daha şanslı olursunuz.Əsasən, ilk və ya “görünən” problem dərindəki ana problemi müəyyənləşdirmir. Həqiqi problemi müəyyənləşdirdiyiniz zaman, ümumiyyətlə, bu vəziyyətə yeni işıq tutur. Belə bir vəziyyətdə əsasən orijinal problem yox olur. Bu da məşhur NLP fərziyyəsini dəstəkləyir:“Uğursuzluq yoxdur, sadəcə əks reaksiyalar vardır.”

Bununla belə görünən problem sizi gec və ya tez hədəfinizə çatdıracaq olan öyrənmənin bir hissəsini yarada bilir. Yolunuz üzərində bir əngəl yarada bilmə ehtimalına baxmayaraq onu ortadan qaldıra bilər və ya öhdəsindən gələ bilərsiniz,və ya gedəcək daha fərqli bir yol kəşf edə bilərsiniz. Bu şəkildə baxdığınız zaman hər hansı bir problem növbəti və ən sonunda nəhayət hədəfinizə nail olmaq üçün istifadə etdiyiniz bir tramplinə çevrilir. Bir çox uğurlu iş adamlarının önə sürdüyü kimi hər bir problem bir fürsət verir. Bu sadəcə sizin onu necə gördüyünüzə bağlıdır.

Hekayə:

Bir yapon uşağının yeganə xəyalı çox məşhur bir karateçi olmaq idi, lakin ailəsi buna icazə vermirdi. Bir gün bir uğursuz qəza nəticəsində uşaq sol qolunu itirdi. Valideynləri uşağın əhvalının çox pis olduğunu gördükdə onun kədərini yüngülləşdirmək üçün ona bir karate müəllimi tutdu. Fikirləşdilər ki, başı qarışar. Müəllim birinci dərsdə uşağa qarşısındakını sağ qoluyla tutub hücum etməyi göstərdi. Hətta ikinci, üçüncü və sonrakı bütün dərslərdə həmişə eyni fəndi təkrarladılar. Uşaq bir gün müəlliminə "Müəllimim mən çox darıxdım, artıq başqa fəndlərə keçək "dedi. Müəllim isə bunu qəbul etməyərək dünyada bu işi ən sürətli edən adam olmadıqca davam edəcəyini söylədi. Uşaq o qədər məşq edərək o fənddə ustalaşdı ki, müəllimini belə göz açıb bağlayana qədər yerdən yerə vururdu. Bir gün müəllim əlində bir kağızla gəldi. Kağızda uşağın gənclər karate çempionatına qoşula biləcəyi yazılmışdı. Müəllim uşaqdan xəbərsiz federasiyadan icazə almışdı. Uşaq çox təəccübləndi. Səhərisi gün ilk dəfə rəqibinin qarşısına çıxacaqdı. O həyəcanla müəllimindən soruşdu: "Müəllimim bu iş necə ola bilər? Mən yalnız bir fənd bilirəm, bu vəziyyətdə məğlubiyyət qaçınılmazdır." Müəllimi isə "Sən yalnız fəndi et." cavabını verdi. Uşaq rinqə çıxdı və o fəndi tətbiq edərək rəqibini məğlub etdi. Bir-bir bütün rəqiblərini aşırdı. Bütün bunları bircə fəndlə edirdi. Finalda onun qarşısında özündən iki dəfə böyük biri çıxdı. Əvvəl çox qorxdu amma yenə bildiyi fəndi işlədərək son rəqibini də məğlub etdi. Və çempion oldu. Uşaq sevinclə müəlliminin yanına qaçdı və soruşdu: "Müəllimim necə oldu anlamıram, yalnız bir fənd bilirəm, tək qolluyam və çempion oldum. Bu ağlasığmazdır. " Müəllimi uşağa baxdı və dedi ki "Sənin bildiyin fənd karatedəki ən çətin fəndlərdən biridir ... Və bir  müdafiəsi vardır, o da rəqibin sol qolunu tutmaq."

 

Babek Bayramov

NLP Master, Koç, Yazar, Biznes Trener,

Fərdi İnkişaf Ustası

 Korrektor redakor:Salmanlı Ayna

ŞƏRH YAZIN