Yaxşı əhval-ruhiyyə üçün 10 məsləhət

0
6812
Yaxşı əhval-ruhiyyə üçün 10 məsləhət

 

"Facebook məni rədd etdi. Möhtəşəm insanlarla tanış olmaq üçün çox yaxşı bir fürsət idi. Bir sonrakı macəranı dörd gözlə gözləyirəm. "Yahoo'da işləyən, Brian Acton adlı mühəndis, bəlkə böyük ümidlər və xəyallarla etdiyi facebook iş müraciətinin rədd edilməsinə, twitter hesabından bu sözlərlə bildirmişdi.

Bəlkə günlərlə, bu işdə işləsəm həyatında ola biləcək gözəl dəyişiklikləri həvəslə düşünmüşdü. Amma olmamış, daha əvvəl də twitter üçün etdiyi iş müraciətinin rədd edildiyi kimi bu müraciəti da rədd edilmişdi.
 
Acton, rədd edildiyinə görə kədərlənmək yerinə,özünü həyatın bir sonrakı mərhələsinə hazırlamağı seçdi və gözlədiyi macəraya qovuşmaqda gecikmədi: Yahooda iş yoldaşı Ukrayna immiqrantı Jan Koum ilə yeni bir tətbiq yaratdılar və adına da "WhatsApp" dedilər.
 
Mobil mesajlaşma tətbiqi Whatsappın bu gün 190 milyon istifadəçisi var və bu say hər gün daha da artır. Bu tətbiqi tərkibinə daxil etmək istəyən Facebook isə, Whatsappı satın ala bilmək üçün 19 milyard dollarından vaz keçmək məcburiyyətində qaldı.Mühəndis Actonın, iş müraciətlərinin rədd edilməsi özünü gətirdiyi bu nöqtədən çox məmnun olduğunu düşünürük.
 
Hz.Mevlana'nın dediyi kimi, "İstədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçün; ya da həqiqətən də olmaması lazım olduğu üçün olmur. "
 
Çox istədiyimiz, bir şeyin başlamaması ya da planladığımız kimi getməməsi, bir şeylərin sonu deyil, tam tərsinə, yeni şeylərin başlanğıcıdır. Reallaşmayan istəkləriniz, sizə bağlanan bir qapı deyil, yeni və fərqli gözəlliklərin girməsi üçün açıq buraxılan bir qapıdır. Böyük ehtimalla Uca Yaradanın sizin üçün daha böyük və daha gözəl planları vardır.
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN