300 milyon əhalisi olan bir ölkənin azadlığa qovuşmasına liderlik edən, əlində hər hansı bir siyasi güc olmadan hind xalqını tək bir məqsəd ətrafında birləşadirərək İngiltərə siyasi asılılığından qurtarmağı bacaran, özünə inamın və iradə gücünün təmsilçisi olan Mahatma Gandhi yatmamışdan qabaq hər gecə eyni duanı edirdi.
Allahım!
Güclülərin üzünə doğruları söyləmək üçün və zəiflərin alqışını və sevgisini qazanmaq üçün, yalan söyləməmək üçün mənə kömək et.
Əgər mənə pul verərsənsə xoşbəxtliyimi əlimdən alma və əgər mənə güç versən mühakimə bacarığımı geri alma.
Əgər uğur verəcəksənsə təvəzökarlığı əlimdən alma
Görünən digər üzümü tanımağıma kömək et.
Mənim düşüncələrimə qatılmır deyə mənə qarşı olanları xainliklə günahlandıraraq onların qarşısında günahkar vəziyyətə düşməyimə icazə vermə.
Özümü sevdiyim kimi digərlərini də sevməyi və digərlərini tənqid edər kimi özümü də tənqid etməyi öyrəd mənə.
Uğurlu olduğum zaman sərxoşluğuma icazə vermə.
Nə zaman məğlub olarsam ümüdsüzlüyə düşməyimə icazə vermə.
Tolerantlığın güclərin ən böyüyü olduğunu, və intiqam arzusunun zəifliyin ilk göstəricisi olduğunu öyrət mənə.
Əgər puldan yoxsul buraxarsan mənə ümüdü ver.
Əgər məni uğurdan yoxsul buraxarsan, uğursuzluğa qalib gəlmək üçün iradə gücünü ver mənə.
Əgər insanlara zərər verərsəm, üzr istəmə gücünü ver mənə.
Və əgər insanlar mənə zərər verərsə bağışlama və mərhəmət gücünü ver mənə.
Allahım! Əgər mən səni unutsam sən məni unutma.
Tərcümə edən: Cəlalə Yəhyalı