Qabriel Qarsiya Markez

0
2792
Qabriel Qarsiya Markez

O, 6 mart 1927-ci ildə Kolumbiyanın Arakataka şəhərində teleqrafçı ailəsində anadan olmuşdur. Ailədə olan 16 uşaqdan ən böyüyü idi. Markes balaca olarkən valideynləri başqa şəhərə köçmüş, nəticədə onlar öz övladlarını babası polkovnik Nikolas Rikardo Markes Mexia İquaranın yanında qoymuşlar. 1899-1903-cü illərdə vətəndaş müharibəsində iştirak etmiş bu şəxs artıq təqaüd alırdı.

1936-cı ildə 18 yaşlı gənc babası öldükdən sonra Arakataka şəhərini tərk edir və internatda oxumaq üçün Sapakiri şəhərinə gedir. Sapakiridə olarkən o, ilk dəfə yazmağa başlayır. 1940-1942-ci illərdə Barrankiledə San Xose adlanan məktəbdə təhsilini davam etdirir. İlk əsərini isə məktəbin qəzeti üçün qələmə alır.
 
1943-cü ildə təhsilini Sapakiridə yerləşən milli kollecdə davam etdirir. Poeziyaya olan marağı onu "Daş və səma" adlanan qrupa gətirir. 1947-ci ildə "El Espektador" adlı qəzetdə Qarsiya Markesin ilk yazıçılıq qabiliyyəti ilə qələmə aldığı əsər işıq üzü görür. "Üçüncü sadəlik" (isp. La tercera resignacion) adlanan əsər Kafkinin təsiri ilə yazılmışdı. Həmin ildə Qarsiya Markes məktəbi bitirərək Boqotoda yerləşən Milli Universitetin Hüquq fakültəsinə daxil olur.
 
1948-ci ildə demokratik şəxs Xorxe Eliesera Qaytananın ölümündən sonra ölkədə çox güclü vətəndaş müharibəsi başlayarkən, Qarsiya Markes Boqotodan Kartaxena-de-las-İndias adlanan şəhərə gəlir. O, buradakı yerli universitetdə oxumağa davam edir və "Universal" adlanan qəzetdə işləyir. 1950-ci ildə Markes Barrankiloya köçür və buradakı "El Eraldo" qəzetində çalışır və həmin qəzetdə "Jiraf" adlanan rubrikanın sahibinə çevrilir. Bütün bunlarla yanaşı "Xronika" adlanan həftəlik qəzetin də redaksiyasına tez-tez baş çəkir. Beləliklə, Markes tamamilə hüquq fakültəsini tərk edir və jurnalistika sahəsi üzərində fəaliyyət göstərməyə başlayır. Onun böyük romanı olan "Ev" fikrinə düşür, hansı ki, həmin roman 16 il sonra "100 ilin tənhalığı" adlanır. 1954-cü ildə Boqotaya qayıdır və "El Espektador" qəzetində işləməyə davam edir.
 
1950-ci illərin əvvəllərində Markes Boqotada çıxan "El Espectador" qəzeti üçün oçerklərdən ibarət "Mənim macəralarım haqqında həqiqətlər" adlı seriyaları yazmağa başlayır. Bu oçerklərdən birində Kolumbiyanın hərbi gəmisində xilas olunmuş ekipaj üzvlərindən söhbət açılır. Hökumət xilas olmuş dənizçini qəhrəman kimi qələmə verir. Markes isə Kolumbiyanın hərbi gəmilərində olan qaçaqmalçılıq haqqında faktlardan danışaraq bu mifi dağıdır, həmin gəminin qaçaq mal daşıdığını qeyd edir və bu biabırçı faktı aşkara çıxarır. O dövrdə hakimiyyətdə olan diktator Qustavo Roxas Pinilyo bu oçerki oxuyub qəzəblənir və Markes vətənini tərk etməli olur[1].
 
Daha sonra Markes Avropaya gəlir. O, İtaliyanın paytaxtı Romada işləyir, eyni zamanda Eksperimantal kinematoqrafiya mərkəzi adlanan yerdə rejissorluq kurslarında iştirak edir. Markes Romadan Parisə gəlir. Vətənində baş verən hadisələr onu fransız şəhərində qalmasına məcbur edir. Məhz burada Markes "Polkovnikə heç kim yazmır" adlanan povestini qələmə alır. İlk variantını 1956-cı ildə bitirdikdən sonra Markes həm yazıçılıq, həm də psixoloji formaları daha dərindən öyrənərək əsəri 11 dəfə yenidən işləyir.
 
1955-ci illərdə Boqotda Markesin dostları ilə yığışması olur, buradaca onun ilk şəxsi kitabı "Düşmüş yarpaq" (isp. La hojarasca) nəşr edilir. Bu povestdə ilk dəfə Makondo şəhəri haqqında danışılır. Makonda şəhəri ilə birlikdə yalnızlıq haqqında mətnlərə də yer verilir, bu da Markes sənətinin əsasını təşkil etməyə başlayır. 1956-cı ildə Kolumbiya diktatoru Roxas Pinilya "El Espektador" qəzetini ifşa edir. Qarsiya Markes Parisdə yaşayır, bir neçə qəzet üçün çalışır, eyni zamanda yaradıcılıqla məşğul olur. 1957-ci ildə Markes "Polkovnikə heç kim yazmır" (isp. El colonel no tiene quien le escriba) povestini tamamilə bitirir. Tezliklə Venesuelanın paytaxtı Karakasa gəlir, hansı ki, bu zaman Peres Himenesa adlı diktatorun zamanı idi. Bu müddətdə o, "Momento" adlanan jurnalda fəaliyyətə başlayır.
 
1958-ci ildə Meksikanın çox az tanınmış jurnalı olan "Mito"da onun "Polkovnikə heç kim yazmır" povesti dərc olunur. Povestdəki hadisələr 1956-cı ildə baş verir, bütün hadisələr bilinməyən şəhərdə cərəyan edir. Yalnız qəhrəmanın – polkovnikin yuxularında və xatirələrində vətəndaş müharibəsində iştirak edənlər də vardır və bütün bunlardan məlum olur ki, o, Makondo şəhərində məskunlaşıb. Yalnız hazırda başqa yerdədir və bura artıq neçə illərdir köçüb. Məhz Makondodan real və əfsanəvi hadisələr baş qaldırmağa başlayır.
 
Məhz bu il Markes Barrankiledə Mersedes Barça ilə ailə həyatı qurur. 1959-ci ildə Kolumbiya festivalı çərçivəsində "Düşmüş yarpaq" povesti yaranır, "Arzuolunmaz saat" (isp. La mala hora) romanı bitirilir. Markesin bədii yaradıcılığında daha çox güc tətbiqi və onun insanlara təsiri özünü göstərir. Beləliklə, müxtəlif səhifələrdə Aureliana Buendia, Rebekka və Makonda obrazları yaradılır. Həmin il də Qarsiya Markes Kuba informasiya agentliyi ilə işləməyə başlayır. Onu Havay, Boqota, daha sonra isə Nyu-Yorkda tanıdır. 1961-ci ildə Markes jurnalistikanı tərk edərək özünün daima yaşaya biləcəyi Mexikoya gəlməyi qərarlaşdırır. Bura o, ABŞ-dan gəlir.
 
Qabriel Qarsiya Markes 1962-ci ildə "Arzuolunmaz saat" romanı İspaniyada "Esso" mükafatına layiq görülür, buna görə yazıçının əleyhinə şüarlar qalxır. "Böyük ananın dəfni" (isp. Los funerales de la Mama Grande) adlanan məcmuə işıq üzü görür, burada 8 nağıl vardır və 1955-ci ildən hazırlanırdı. 1962-1965-ci illərdə Markes Mexikoda jurnal rəhbərinə çevrilir, agentlikdə möhür vuran şəxs kimi işləyir. Həmçinin meksikan yazıçı Karlos Fuenteslə birlikdə kinossenari yazır. Bununla yanaşı Huan Rulfonun "Qızıl xoruz" adlı nağılına və bu müəllifin "Pedro Paramo" romanına da ssenari yazılır. Beləliklə, gələcək roman olan "100 illərcə yalnızlıq" üzərində işə başlanılır.
 
1967-ci ildə cəmiyyətə "100 ilin tənhalığı" (isp. Cien anos de soledad) romanı təqdim edilir. Bu romanda Makonda kəndi (Arakataka şəhərinin Markes uşaqlığını keçirtdiyi kəndidir.) özündə Latın Amerikasını simvollaşdırır, onun yaradıcısı Buendina isə özünün kökünü və dünyanın tarixini əks etdirir. Romanı ilk dəfədən demək olar ki, dünyanın bütün dillərinə çevirməyə başlayırlar. Həmçinin bütün tənqidçilər, oxucular ədəbiyyatın müasir şah əsərini açıq ürəklə qəbul edir. Latın Amerikasında sanki partlayış olur və Markesi realizmin banisi adlandırırlar. Tezliklə Markes Barselonaya köçür. Ona Nyu Yorkda Kolimbiya Universitetinin fəxri doktoru adı verilir.
 
1972-ci ildə nağıllar məcmuəsi olan "Sadəqəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi" (isp. La increíble y triste historia de la cándida Eréndira y de su abuela desalmada) işıq üzü görür. Bundan sonra Markesin bütün yazıları üzərində güclü tədqiqatlar aparılır və həmin il də Markes beynəlxalq Romulo Qaleqosa adlı mükafatın sahibinə çevrilir. 1974-cü ildə Markes Boqotoda "Alternativ" adlı qəzetin yaradıcısı qoyur.
 
1975-ci ildə xalqa "Patriarx payızı" (isp. El otono del patriarca) romanını təqdim edir, hansı ki, əsasında güclü şəkildə şəxsi məsələlər dayanırdı. Həmçinin qayda-qanunların mövcudluğu və Amerikan diktaturasının obrazı bu əsərdə yaradılmışdır. Məhz bu roman güc müqavimətinin əsas faktı və despotizmin nümayişçisi sayılır. 1975-1981-ci illərdə Çili diktatoru Pinoçetin dövründə Markes yaradıcılığa yer vermir, daha çox siyasi baxışları sərgiləyən yazılara yer verir.
 
1981-ci ildə "Bir ölümün əvvəlcədən məlumu" digər adı da "Elan edilmiş ölümün xronikası" (isp. Cronica de una muerte anunciada) adlanan roman yazılır. Bu novator formasındadır, ölümdən danışılır, hansı ki, müxtəlif istiqamətlərə yozulur və məsələ aydınlaşmır. Elə bu il Markes Fransanın fəxri ordeni olan Legionla təltif edilir. 1982-ci ildə Markes ədəbiyyat üzrə Nobel mükafatı alır ("Bütöv qitənin həyatının və konfliktlərinin fantaziya və reallığın qarışdığı roman və hekayələrində əks olunmasına görə"). Romanlarında və nağıllarında fantastika və reallığa verdiyi yer, onların bir-biri ilə güclü birləşdirilməsi, eyni zamanda dünya baxışının güclü təsviri, insani həyatın əksi və müxtəlif kontinentlərin konfliktlərinin nümayiş etdirilməsi.
 
1985-ci ildə "Taun xəstəliyi zamanı sevgi" (isp. El amor en los tiempos de cólera) romanı, 1989-cu ildə "Öz labirintində olan general" (isp. El general en su laberinto) romanı, 1992-ci ildə "İyirmi səyyahın nağılı" (isp. Doce cuentos pergrinos) məcmuəsi, 1994-cü ildə "Sevgi və başqa şeytanlar" (isp. Diatriba de amor contra un hombre sentado y Del amor y otros demonios), 1996-cı ildə "Qaçırılma haqqında məlumat" (isp. Noticia de un secuestro) işıq üzü görür.
 
1999-cu ildə Markes Kolumbiyanın həftəlik jurnalı olan "Cambio"nu alır. 1999-2000-ci illərdə ABŞ və Meksikada limfasında olan xərçəng xəstəliyindən müalicə alır. 2002-ci ildə yazıçının ilk memuarları işıq üzü görür. "Bunu danışmaq üçün yaşamaq" (isp. Vivir Para Contarla) adlanan memuarlar maraq doğurur. Həmçinin Markes iki ədəd nağıl məcmuəsi üzərində də işləyir. 2004-cü ildə "Qəmgin fahişələrimdən qalan xatirələr" (isp. Memoria de mis putas tristes) romanı yaranır. Bu melanxolik memuardır, hansı ki, bütün qadınların ən yaxını olaraq xatirəsində qalır. Beləliklə, realizm yaradıcı insanların həmişə düşünməsinə yol açır. Romanın dərc olunması biyabırçılıqla nəticələnir, çünki rəsmi çıxışdan əvvəl qanunsuz nüsxələr işıq üzü görür. Beləliklə, Markes piratları aldatmaq üçün romanın son qəhrəmanı üzərində bir neçə dəyişiklik edir.
 
Qabriel Qarsiya Markes 17 aprel 2014-cü ildə Mexikoda vəfat etmişdir.
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN