Tək İş Et O İşi Mükəmməl Et

0
1882
Tək İş Et O İşi Mükəmməl  Et

'Ardıcıl sahibkar', dalbadal şirkətlər quran adamdır. ABŞ-da Texas, SpaceX və SolarCity şirkətlərini quran Elon Musk, Birləşmiş Krallıqda isə Virgin Groupun quran Richard Branson uğurlu ardıcıl sahibkarlardır. Digər tərəfdən sahibkarların bəziləri, ardıcıl sahibkarlığı dalbadal birdən çox iş qurmaq olduğunu unudub, eyni anda bir neçə  iş qurmaq olduğunu düşünürlər. Davamlı olaraq budaqdan budağa tullanan, meymun iştahlı sahibkarlar çoxdur. Bu  yazımda, sahibkarın müəyyən bir zaman kəsiyində niyə yalnız tək bir layihəsinə fikrini cəmləməyinin çox əhəmiyyətli olduğuna toxunacam.

1. Bir gün 24 saatdır və normal bir insanın bir gündə neçə saatını məhsuldar keçirə biləcəyi bəllidir. Unutmayın, sahibkakar olaraq vəzifəniz sıfırdan iş qurmaqdır. Edəcəyiniz tonlarla iş var, həm çox düşünməniz həm də çox icraatda olmağınız lazımdır. İşləri sizin üçün etməyə hazır olan bir qrupun başına professional idarəçi olaraq keçməlisiniz! Birdən çox işi eyni anda qurmağa çalışmaq demək, 2-3 qat çox məsuliyyət almaq və çox daha yüksək bir trafiki idarə deməkdir. Bunun çiyininizə yükləyəcəyi yükün fərqində olmalısınız. Digər tərəfdən, özlərini məcbur edən fərdlərin ciddi ruhi və səhiyyə problemləri yaşadıqlarını unutmamalısınız ...
2. İxtisaslaşmanın getdikcə əhəmiyyət qazandığı bir dövrdəyik. Müəyyən bir sahəyə fikrini cəmləşdirməyən "yarım mütəxəssislərin" bazarlarda pay almaları çox çətindir. Bir iş gündəmə gəldiyində insanların ağlına gələn ilk adam-şirkət olmanız çox əhəmiyyətlidir. Ən sadə məhsulda belə o məhsulun A-dan Z-yə hər detalını bilmiş olmanız sizi bazarda rəqiblərindən bir neçə addım önə çıxaracaq. Birdən çox iş edən və hər işində 'yarım mütəxəssis' olan birisənsə bazarın kiçik həcmli işləri ilə kifayətlənməyə məcbur qalarsınız.
3. "Həm onu edəcəm, həm bunu edəcəm" deyib illərcə məşğul olar, davamlı xəyallar arxasında qaçan biri halına gələrsiniz və bazardakı etibarınız zədələnər. Ağlına gələn hər iş fikrinə  atlıb, yeni fikrinin həyəcanına qapılıb bir əvvəlki fikrini rəfə qoyan insanlar iş həyatında itirməyə məhkumdur. Daha üzərində çalışmaqda olduğu layihəsi həyata keçmədən yeni bir proyektə başlanğıc verən adam, o ana qədər sərf etdiyi bütün əməyi və etdiyi bütün xərcləri asanlıqla bir kənara itələyirsə, əməyin və pulun qiymətini hələ anlamamış deməkdir. Bu vəziyyət artıq adamda bir vərdiş halı almışdı və adam heç bir layihəyə tam olaraq fikirini cəmləyə bilməz. Buna görə adamın ətrafının də artıq onun müvəffəqiyyətə çatacağına dair ən kiçik ümidi qalmamışdır. Nəticədə adam iş həyatında yalnız qalır, çünki o artıq ortaq iş edə bilməz  bir adam olmuşdur.
 
Tək iş et və o işi çox yaxşı et
Qiymətli oxucularım, əslində mövzu maddələrə sığmayacaq qədər uzun və ətraflıdır. Sizə rəhbərliyində yer aldığım BUBA'ya müraciətdəki  iki ardıcıl sahibkar namizədinin uğursuzluqla nəticələnən sərgüzəştlərini də yazmaq  istəyirəm. Aşağıdakı nümunələrin hamısı həqiqətdir, şəxsən şahid olduğum vəziyyətlərdir, onları ifşa  etməmək üçün digər adları istifadə edərək yazıram.
Sahibkar Əhməd:  Uzaq  şərqdə müxtəlif məhsullar idxal edib daxili bazarda satmağı planlaşdırırdı. Digər tərəfdən ictimai media mobil tətbiqi layihəsi və e-ticarət layihəsi üzərində işləyirdi. Əhməd aradan 1 il keçməsinə baxmayaraq nə bir ədəd məhsul idxal edə bildi, nə ictimai media proyektini nə də e-ticarət işini həyata keçirə bildi. Layihələrin trafiki arasında itdi getdi. Sonunda təcrübəsi də tükənincə çaxnaşmaya qapıldı, ailəsi dağıldı, maaşlı bir işə girdi, bütün sahibkarlıq layihələri sona çatdı.
Sahibkar Mahir: Otellərin istifadəsinə istiqamətli xüsusi proqramlar inkişaf etdirən Mahir və qrupu, bir tərəfdən pul qazanmaq üçün muzdlu  işlər  edirdi. Muzdlu işlər bir nöqtəsində o qədər çox vaxtlarini almış oldu ki, 3 ay ərzində öz layihələrinə toxunmadılar. Aradan keçən zaman səbəbiylə bütün qrupun motivasiyası başqa sahələrə yönəldi  və qrup bir daha özünü toplaya bilmədi, dağıldı. Layihə də sona çatdı.
 
Eyni anda birdən çox proyektə bölünmənin faydasını görən bir təşəbbüskar ilə indiyə qədər heç qarşılaşmadım. Məhdud miqdarda sərmayə ilə hərəkət edir olmanızın yaratdığı bir çox maneə var. Niyə bu məhdud qaynaqlarınızı birdən çox proyektə bölərək daha da məhdud hala gətirəsiniz ki? Kim çox sayda işə bölünmüş vəziyətdədirsə uzun illər yerində sayır. Sonunda pərişan olub bitib gedir ... Digər tərəfdən, tək işə fikrini cəmləyib o işi ən yaxşı şəkildə etməyə çalışanlar isə əmin addımlarla irəliləyir və işlərini hər il daha da böyüdürlər.
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN