Uğura Nümunə Bir Həyat: Məhəmməd Əli

0
5205
Uğura Nümunə Bir Həyat: Məhəmməd Əli

Dünya boks tarixinin ən uğurlu boksçusu Məhəmməd Əlidir heç şübhəsiz. O təkcə idmanı ilə deyil, həyatıyla da tam bir uğur hekayəsi.Budur Məhəmməd Əlinin Uğur Hekayəsi:

 
1974-ci ildə, boksçu Corc Foreman, məğlubedilməz bir dünya çempionu idi. 2 metr boyu və 100 kilo çəkisiylə boks rinqində terror əsdirən, çörəyini atdığı yumruqlardan qazanan, hər kəsin lakin xüsusilə peşəkar boksçuların yuxularına girən, "Böyük Corc" ləqəbli bir boksçu idi.
 
Kiməsə yazığı gəlməzdi.Qarşısına çıxma cəsarəti göstərən heç bir kəs, bir neçə raunddan çox qarşısında dura bilmirdi.
 
Corc Foremanın gücünü dərk edə bilməyiniz üçün, Məhəmməd Əlidən bəhs etməyim lazımdır.
 
1971-ci ildə, heç bir oyunu uduzmayan Məhəmməd Əli, Coe Frayzer qarşısında həm oyunu, həm də çempionluq kəmərini itirdi.
 
Bir çox insan 15 raundluq bu oyunu, Əsrin Oyunu olaraq adlandırmışdı.
 
Məhəmməd Əlinin 1971-ci ildə başlayan süqutu, 1973-ci ildə dibə vurdu. Ken Norton ilə keçirdiyi döyüşün 12-ci raundunda, aldığı yumruqlar səbəbindən çənəsi sındı və yarışı uduzdu.
 
İndi Corc Foremana geri qayıdaq.
 
Əlinin ilk dəfə oyunu uduzduğu Coe Frazer, Corc Foreman qarşısında 2 raund dayana bildi. Bu iki raund ərzində 6 dəfə yerə düşüncə, hakim, Coe Frazeri Corc Foremandan xilas etmək üçün oyunu dayandırmaq məcburiyyətində qaldı.
 
Əlinin çənəsini sındıran Ken Norton, Corc Foreman qarşısında 2 raund dayana bildi .Ken Norton 2 raund ərzində bir neçə dəfə yerə düşüncə, hakim oyunu dayandırma qərarı aldı, yoxsa Foreman, Nortonun yalnız çənəsini deyil, bütün kəlləni sındıracaqdı.1974-ci ildə, Corc Foremanın qarşısına, Zairədə (bugünkü Konqo) keçiriləcək bir oyunda Məhəmməd Əlinin çıxacağı xəbəri dünyaya yayılanda, hər kəs Corc Foremanın bu yarışı qazanacağını, Məhəmməd Əlinin də ağır bir vəziyyətdə oyundan ayrılacağını düşünürdü.
 
"The Rumble in the Jungle" adı verilən döyüş gecəsi, 30 Oktyabr 1974-ci il gəlib çatdı. Məhəmməd Əlinin soyunub-geyinmə otağında dəfn havası vardı…otaqda olanlar Əlinin həyatından narahatıydılar.
 
İlk raunddun ilk bir neçə dəqiqəsi, Əli və Foreman, bir-birlərini yumruqladılar və amma qısa bir müddət sonra, Foremanın yumruqları Əlinin sürətini kəsməyə başladı. Xüsusilə bədəninə aldığı yumruqlar səbəbindən, Əli özünü qorumaq üçün, yaxşıca qapanmağa başladı..bu daha ilk raund idi.
 
İlk raundun bitmə zəngi çalındığında, hamı Əlinin küncünə baxırdı. Əli küncündəki kətilə yalnız bir neçə saniyə oturub, sonra qalxdı. Foremanın küncünə gözlərini dikmişdi.
 
Seyr edənlər,Əlinin ağlından keçənləri təxmin etməyə çalışırdı. Əli, sonunda hər kəsin qorxutduğu Foremanın ağır çəkic yumruqlarının dadını almışdı. Onu ilk dəfə məğlub edən Frazeri və çənəsini sındıran Nortonu dümdüz edən yumruqlar idi bunlar.
 
İlk raundun sonunda Əli, Foremanı, yumruq gücüylə məğlub edə bilmiyəcəyini anlamışdı. Başqa bir yol tapmaq məcburiyyətində idi. Elə o an…ilk raundun sonunda kətilə oturmayıb, Foremanın küncünə baxdığı o an, Əli, oyun strategiyasını dəyişdi.
 
2-ci raund, Əlinin iplərə söykənib, Foremanın onu yumruqlamasıyla keçdi. 3-cü raund, 4-cü raund…Həmişə eyni şəkildə…yəni Əli iplərdə, Foreman isə onu yumruqlayaraq keçdi.İplərə yaxın oturanlar, Əlinin boş qalmadığını gördülər. Əli yumruq atmırdı, amma davamlı, Foremanın qulağına bir şeylər pıçıldayırdı.
 
Foreman, o ağır çəkic gücünə malik sağ əli ilə Əlinin bədəninin sol tərəfini yumruqlayırdı. Əli isə Foremanın qulağına onun sol əlinin heç nəyə yaramadığını pıçıldayırdı.
 
"Sənin tək bildiyin, istifadə edə bildiyin yeganə şey sağ əlin! Sol əlində iş yoxdur"! deyirdi Əli, Foremanın qulağına. Foreman, Əlini sol əli ilə yumruqlamağa başladı. Bu, Əlini xilas edən bir möcüzə idi çünki Əlinin sağ tərəfi, yediyi yumruqlar səbəbindən demək olar ki, tamamilə uyuşmuşdu. Böyrəyi və sol qolu ağrı içində idi. Foremana "sol əli" haqqında pıçıldayaraq, onun bir az da Əlinin sağ tərəfinə vurmasını və beləliklə, sol tərəfində itirdiyi hissi yenidən qazanmasını təmin etdi.
 
İlk 7 raund belə keçdi. Əli iplərdə, Foreman isə Əlini yumruqlayaraq.
 
8-ci raund başlayanda, Foreman 7 raund ərzində davamlı atdığı yumruqlar səbəbiylə gözlə görülə biləcək dərəcədə, yorulmuşdu. Əli fürsəti gördü və hər kəsin imkansız dediyi şeyi bacardı: Corc Foremanı nakaut etdi.
 
Məhəmməd Əli, o gecə, Corc Foremanı yumruqlarıyla yox, ağlıyla nakaut etməyi bacardı!
Amma bu ilk dəfə etdiyi bir şey deyildi.
 
Məhəmməd Əli, yoxsa Brüs Li mi qazanar?
 
Uşaqlığımda hamı bir-birindən soruşurdu: "Yarışa çıxsalar, Məhəmməd Əli, yoxsa Brüs Li mi qazanar"?
 
İllər sonra, bir sənədli filmdə Brüs Linin idealının Məhəmməd Əli olduğunu öyrəndim. Brüs Li, saatlarla Məhəmməd Əlinin yarışlarını seyr edir, onun boks ərzində istifadə etdiyi ayaq texnikanı, öz döyüş sitilinə daxil etməyə çalışırmış.
 
Əli, yalnız bir boksçu, bir idmançı kimi deyil, bir aktivist, ağıl müəllimi, onu izləyənlərə ümid olaraq da minlərlə, yüz minlərlə insana təsir göstərmiş bir xarakterdi..amma onu, çox güclü, yumruğu dəmir güman edən insanlar, əslində beyniylə daha çox vuruşduğunu görəndə, onun nə üçün "ən yaxşı" ləqəbli olduğunu daha da yaxşı anlayır.
 
Los Anceles Laker-də oynayan məşhur basketbolçu Wilt Chamberlain, litsey illərində həvəskar olaraq göstərdiyi boksu da basketbol qədər uğurlu bir şəkildə peşəkar mənada edə biləcəyinə inandığı üçün, özünə boks məşqçi tapıb, 1971-ci ildə rinqə çıxmaq üçün məşqlərə başlayıb. 2 metr 16 santimlik və 125 kilolıq bu nəhəng, ilk oyununu isə Məhəmməd Əliylə edəcəkdi.
 
Məhəmməd Əli, əsgərə getməyi rədd etdiyi üçün 3 il cəza almışdı və cəza 1971-ci ildə bitirdi.Əlinin pula və hamının yaxşı mənada danışacağı bir oyuna ehtiyacı vardı.
 
Məhəmməd Əli, Wilt Chamberlainin yanında cırtdan kimi dururdu. Wilt Chamberlain, həvəskar boks zamanlarındakı uğuru, boyu, sürəti və vəziyyəti sayəsində, Əliyə qalib gələcəyinə inanırdı.
 
Wiltin qolunun dəyimi 2.3 metr ikən Məhəmməd Əlinin qol daxilolma məsafəsi 1.9 metr idi. 35 santimetrelik bir fərq, Məhəmməd Əli üçün böyük çatışmazlıqdı. Wilt, Əlidən 30 kilo daha ağırdı və aralarındakı boy fərqi isə 30 santimetrdi. Əgər Wilt, çəkisi və həcmi ilə, Məhəmməd Əliyə bir dəfə məqsədəuyğun vursa, Əlini nakaut edə biləcəyini bilirdi. Əlidə bunun fərqində idi.
 
Wilt, boksun əfsanəsi kimi tanınan, Mike Tysonun da "mənim həqiqi atam" adını verdiyi Cus DAmato ilə yarışa hazırlaşmağa başladı.
 
10 raundluq boks oyunu, 26 İyul 1971-ci gecəsi Hyustonda keçiriləcəkdi.Maraq çox böyüyüydü. Hər kəs Əlini bir boksçu kimi yaxşı tanıyırdı (kəpənək kimi uçaram, arı kimi sancaram), amma Wiltin necə mübarizə aparacağını, necə bir boksçu olduğunu heç kəs bilmirdi. Əli üçün bu da böyük çatışmazlıqdı. Əli, Wilti necə məğlub edə biləcəyini bilmirdi.
 
Sizdən həcmcə böyük, boy olaraq yüksək, qol məsafəsi kimi uzun, vəziyyət kimi güclü, texnika haqqında heç bir şey bilmədiyiniz birini necə məğlub edə bilərsiniz?
 
Əli, bunun bədənin ən sərt, güclü yeriylə deyil, ən narın,zəif yeriylə həll edilə biləcəyi qərarını aldı. Əli, yumruğunu yox, beynini istifadə edəcəkdi.
 
Hər mətbuat konfransında, bu yarışla ilə bağlı hər müsahibədə, Əli eyni sözü təkrar etməyə başladı: "Timbeeeerrrrrr"!
 
Timber-ağac adıdır, amma Əlinin istifadə etdiyi "Timber" isə bir az daha fərqli. "Odunçuların (bax: Lumberjack)ağacı kəsdikdən sonra düşərkən millətin özünü saxlaması üçün dedikləri söz *"
 
Əliyə sual verən hər kəs, eyni cavabı almağa başladı: Timbeerrr!

Əliyə Wilt kimi bir nəhəngi məğlub edə bilmək üçün planlaşdırdığı oyun strategiyasını soruşanlar da eyni cavabı aldı: Timbeeerrr.Ağac düşəcək!
 
Əli, oyuna çıxmadan atmağa başladığı yumruqlarla Wiltin başına dəymişdi.Wilt Chamberlain, narahat görünməyə başladı.
 
Müsahibələrdə səssiz oturmağa, sual verənlərə cavab verməməyə başladı. Əli, ilk dəfə, Wiltin özü haqqında şübhəyə düşməsini və qorxmağa başlamasını təmin etmişdi.
 
Bir neçə gün sonra, Wilt Chamberlainin vəkilləri yarışı ləğv etdikləri xəbərini Məhəmməd Əliyə göndərdilər.
 
Əli, bu yarış ərzində ən çox çatışmazlığa malik olduğu hissəyə hücum etdi: Wiltin boyuna! Tək bir yumruq belə atmadan!
 
Əli, hər zaman ağlı ilə, beyniylə yarışı qazanıb! Yumruqlarla deyil! Məhz o səbəbdən Məhəmməd Əli, gəlmiş keçmiş ən yaxşı boksçudur! Əsrlər sonra belə!
 
BEYNİYLƏ DÖYÜŞƏN BOKSÇU-ƏN SONUNDA, BEYNİYLƏ KEÇİRDİYİ YARIŞI 2016 3 İYUN GÜNÜ UDUZDU!
 
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN