Vacib Olan Fürsəti Tapmaq Deyil Ondan İstidadə Etməkdir

0
2037
Vacib Olan Fürsəti Tapmaq Deyil Ondan İstidadə Etməkdir

İş dünyasının ən uğurlu simalarından biri... Yaradıcı, enerjili, dinamik və zarafatcıl bir şəxs ... Ancaq onun müvəffəqiyyət əhvalatını həmişə eyni sual kölgə salır : Bəs Sabancı ailəsinin fərdi olmasaydı nə olardı? Bu da Əli Sabancıdan fürsətlər və fürsətləri qiymətləndirməyə dair həm maarifləndirici , həm də maraqlı bəyanatlar...Əli Sabancı, həyata əlində yaxşı kartlarla gəldiyinə inananlardandır. "Yaxşı bir təşəbbüskaram. İşə əvvəl ailəmi doğru seçərək başlamışam "deyir ancaq ona görə işin sirri əlindəki kartlarla doğru oynamaqdır. Bir başqa üstünlüyü isə əminliklə demək olar ki dilidir. Cem Yılmaz ilə rəqabət edə biləcək qədər zarafatcıldır.
 
ƏLİMƏ BÖYÜK BİR KAĞIZ GƏLDİ! BU KAĞIZI ÇOX YAXŞI OYNAMALIYIM.
Əsas Holdinq İdarə heyəti Üzvü və Pegasus İdarə heyəti Başçısı Əli Sabancı, Pegasusdan danışdı.
 
Sabancı Ailəsinin bir fərdi olaraq həyata başladınız. Nə qədəri sizin seçiminiz?
- Bir gün mütləq Sabancı Holdinqdə işləmək üçün yetiştirildik. Bizə yaraşan odur. Ailə şirkətindən ayrılmaq filan ... Yəni bunlar yeni yeni qırılır. Universitetdə iqtisadiyyat və siyasət elmi oxudum. İqtisadiyyatı ailəm üçün oxudum. "Oğlum nə etmək istəyirsənsə et amma yaxşı et "sözünü eşitmədik. Microsoftun qurucusu Bill Gates, 10 milyon dollar xaric bütün pulunu fonduna buraxdı. Əsasən uşaqlarına bir şey buraxmayaraq çox şey buraxmış oldu.
 
Nə kimi şeylər?
- Uşaqlarına pulun rahatlığını buraxmadı. Pulun rahatlığı insanları pozur. Mən yeni yeni pul qazanıram, amma çox zənginəm. Necə olur bu? Mirasdan
 
Əli Sabançı kimi dünyaya gəlməsəydiniz, nə edərdiniz?
- Universitetlərdə də bunu çox soruşurlar. "Sabancı olmasan bu etdiklərini edə bilməzdinmi" deyirlər. Əsas sual bu deyil: Əlinə bir kağız verirlər. Qadın ol, kişi ol, kasıb ol, zəngin ol, ana ol; vəzifən əlinə gələn kağızla yaxşı oynamaqdır. İndi əlimə böyük bir kağız gəldi! Həqiqətən nə etməliyəm? O böyük kağızı çox yaxşı oynamaq lazımdır. Bir iz buraxmaq lazımdır. Mənə görə pul insanı pozur.
 
Uşaqlarınıza "Nə istəyirsinizsə edin" deyirsinizmi?
- Əlbəttə ki, deyirəm.Kiçik olan çox yaxşı mahnı oxuyur, rəqs edir. İngiliscə mahnı sözləri yazır. Piano dərsi alır. Məhdudlaşdırmamağa çalışırıq. Ictimaiyyətimiz insanı əgər soyadını daşıdığı şirkətdə işləyirsə müvəffəqiyyətli görür. Mənim çox müvəffəqiyyətsiz bir şəxsi həyatım ola bilər amma adını daşıdığım Holding işləyirsə bacarıqlıyam. Bu çox böyük bir haqsızlıq. Bəlkə böyük bir musiqiçi, rəssam və ya yazıçı olacaq. Niyə mane olursan adama! Bəlkə burda yaşamaq istəmir. Niyə məcbur edirsən! Bir də uşaqları xaricə oxumağa göndərirlər. Sonra şirkətdə işə başlayanda gördüklərini, məlumatını qatmasına icazə vermirlər.  Bəs o zaman niyə göndərdin bu uşağı?!
 
 
Sabancı Holdinqi tərk edəndə nə etmək istədiyinizi bilirdinizmi?
- Yox, bilmirdim! Yalnız nə etmək istəmədiyimi bilirdim. Pegasus ilə bir iz qoya bilərdim. Buna görə xoşbəxtəm.
 
Ailə şirkətiylə bir bağ qurmadınız yəni?
- Şirkətlərə heç hissi baxılmamalıdı. Sabancıdan hələ hisselerimiz var. Birjaya giriş etdik; yavaş yavaş satırıq. Çünki investisiya bizim üçündür.
 
Əli Sabancı olmasaydınız nə olardınız? sualına tam bir cavab ala bilmədim əslində ...
- İçinə qapalı bir adam kimi görünürəm elə deyilmi? Əslində yalnız olmağı çox istəyirəm. Caamatın arasında  tək ola bilərəm. Tanınmadığım üçün xaricə getməyi çox sevirəm. Sanki bəzən bu kartın yükünü daşımağı çox sevmirəm. Bu əl mənə belə paylanmasaydı nə edərdim? Cavabı məndə yoxdur çünki kartlar çoxdan paylandı. Tez-tez təvazökar olduğumu söyləyirlər. Açıqcası buna təəccüblənirəm. Bu bir üstünlük olmamalıdır.
 
Günə başlayanda
Gecə  yuxudan oyanıb uşaqları dişləyirəm
Səhər 07.00-a kimi qalxıram, 7 saat yuxu yatıram.
Çox enerjili və xoşbəxt oyanıram. 
Uşaqlarımı gecə yarısı qalxıb oxşayıram; öpürəm, dişlərəm. Xüsusilə, kiçik olan çox hirslənir amma gözəl tərəf isə növbəti   səhər xatırlamırlarlar. Gündüz etsəm üç gün mənlə danışmazlar.
Səhərlər adətən heç nə  yemirəm.
Hər səhərlər  yarım saatı özümə ayırıram.
Səssiz mühitdə ofisə tez gəlməyi xoşlayıram amma indi yol problemini aşmaq üçün evdəki ofisində iki saat işləyirəm.
 
İCLAS
Əslində qulaq asmağı yaxşı bacarıram
• Pegasusdan ildə altı idarə heyəti konfransı olur və bütün gün davam edir.
• O qədər mövzuda ideam var məlumatım yoxdur ki! İndi adamdan soruşdun, adam idarə heyəti başçısı, söylədiyini necə keçirəcəksən?
• 'Amma' və 'onsuz da' iclaslarımızın qadağanlı sözləridir. Cəzası var.
• Ən yaxşı üstünlüyüm qulaq asa biməkdir. Yığıncaq edirəmsə qulaq asmalıyam. Buna görə söz kəsməyin cəzası pulla ödənilir.
 
MƏKAN
Ata, mühitimi yeyəcəm?
• İşin pisi kabab mədəniyyəti hər şeyə əks olunur. Fransız restoranına da getsəm kababxanaya oxşadıram.
• Məkanda ilk öncə ləzzət önəmli. Ləzzətsiz bir yerə mühit üçün gedilərmi? Mühitimi yeyəcəm ata?
• Adanada Yüzevler Kababxanasını xoşlayıram. İstanbulda Poseydon, Zuma sevdiyimiz yerlərdir.
• Uzaq Şərq restoranlarını da xoşlayıram.
 
AVTOMOBİL
Həmişə ikinci əl aldım
• Maşın sürməyi sevirəm. 8-10avtomobilim var.
• İlk avtomobilimi universitetdə atam aldı, BMW M3. Tək birinci əl maşınım o idi.
• Universitetdə yol qaydasını pozduğum  üçün bir dəfə həbsə girdim. O zamandan bəri qaydalara tabe oluram.
• 1995-ci ildə Ferrari dörd oturacaqlı bir model çıxardı. O qədər pulum yox idi. İnşallah də mənim olur dedim. Bir gün Ferrari mağazasında ikinci əlini tapdım və aldım.
• Ən yaxın dostum Sürücüm Həmdidir. Tutuğu komandanı, verdiyi səsi belə  bilərəm.
 
HOBBİ
Vuslata qalsa Portuqaliya filminə gedərik
• Bir nəfər özünü sadəcə  işiylə tanımlamamalıdır. İşi və həyatı arasında tarazlıq olmalıdır.
• Kino mövzusunda yoldaşımla aramızda çətinlik var. Filmi Vuslatla seçdirməməyə çalışaram.Ona qalsa bir Portuqaliya filminə ya da bir sənədli filminə ya da ictimai bir problemi işləyən filmə gedərik.
• Üzməyi çox xoşlayıram. Yoldaşlarımızla üzər, sualtı fotoşəkilləri çəkərik.
 
KARYERA
Uşaqkən qəzet və qarmaq satdım
• 7 yaşımda qəzet satardım. İstanbul Yeniköyde evin qarşısında 10 yaşımda qarmaq satdım.
• ABŞ-da Tufts Universitetində iqtisadiyyat oxudum. Morgan Stanley & Co-da işlədim.
• Columbia Business məktəbində  MBA edib Sabancı Holdingdə işə başladım. 2004-cü ildə əsas Holdinqi qurduq.
 
QİDALANMA
Gecə ikidə irmik halvası edirəm
• Bu mövzu biraz çətindi. Yemək  qaydalarım yaxşı deyil.
• Evdə bir neçə mətbəx var; gecə hamısını bağlayıram.Düşünün bir  gecə 2-də irmik halvası edirəm.
• Dörd ayda bir yarım kilo arıqladığımdan  dietoloq  işi pozulacaq deyə məni buraxdı.
• İldə iki dəfə detoksa gedirəm. O sayədə bir az şəklimi qoruyuram.
• Nahar etmirəm. Dünən, axşama qədər bir şey yemədim amma məni lahmacuna kabab qoyarkən görə bilərsiniz. Balıqla aram çox yoxdur.
• Uşaqlarla sağlam olmayan 'Vuslat evdə yox' menyusu var.
 
TƏTİL
Gəmidə fasiləsiz 18 gün
• Bu il tətil mövzusunda çox yaxşıyam. Göcekden çıxdıq 18 günü gəmidə keçirdik. Yoldaşlarımız da gəldi.
• Avqustda 12 gün daha çıxacağımızı söyləyəndə qayınata "Oğlum sizin işiniz yoxmu?" Dedi.
• Şirkətlərimiz quruldu, işlərimiz yaxşıdır, uzun tətillər edə bilirik. İş bir adama möhtacsa onsuz da bitmişdir.
• Artıq tətillərə uşaq istiqamət verir. Onların yoldaşları və ailələriylə bir şeylər edirik.
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 
 

ŞƏRH YAZIN