Frederik Smit 1944-ci ildə Misisipidə doğulmuşdur. Erkən yaşda atasını itirmiş, özü də kiçik yaşda sümük xəstəliyinə tutulmuşdur. Yale Universitetinə getdiyi zaman, şagirdlərdən irəlidə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamaları istənmişdi. Frederik, Amerikanı əhatə edən bir çatdırılma şəbəkəsi qurmağı hazırladığını yazdı. Bu tapşırığı görən professor onun kağızına baxınca başını yelləyərək, "qeyri-mümkün bir şey düşünürsən" dedi və aşağı qiymət verdi. Frederick, Yaledən məzun olduqdan sonra Vyetnamda vuruşan Amerika qoşunları arasında təyyarə ilə yüzdən çox səfər etdi.
Sonra 1970-ci ildə iş həyatına atıldı və iş mütəxəssislərinə Yale Universitetində imtahan kağızına yazmış olduğu xəyalından danışdı. Belə ki, onun fikrini bəyəndilər və dərhal tətbiq etdilər. Təyyarə və yük maşınları almaq üçün çoxlu pul xərclənmişdi. Bu işdə çalışan personalın maaşıda xeyli məbləğ tələb edirdi. Lakin Frederick, müsbət düşünən, daim "Mən edə bilərəm!" deyən bir insan olaraq, bir çox adamı bu işə pul yatırtmağa razılıqlarını almışdı.
Lakin 1973-cü ildə, ilk təyyarə səfərə çıxdığı zaman, Yale Universitetində özünə bu işin işləməyəcəyini söyləyən professorun söylədiklərini reallaşdırdı. Bu iş üçün 25 təyyarə alınmasına baxmayaraq, ilk səfərdə ancaq on səkkiz paket gəlmiş, ayrıca bütün dünyanı sarsıdan o məşhur neft böhranı baş vermiş və daşıma tarifləri çox yüksəlmişdi. İşlər o qədər pis gedirdi ki, şirkət təyyarələrə yanacaq alacaq pulu tapa bilmir, pilotlar təyyarələrinə öz şəxsi kredit kartlarıyla yanacaq alırdılar.
Bu gün şirkətin kapitalı 8 milyard dollara çatmışdır. 85 mindən çox işçi işləyərkən, İldə daşıdığı paket sayı yarım milyona çatmışdır . Bu paketlər dünyanın hər tərəfindəki ölkələrə böyük bir nizamla daşınır.
Tərcümə etdi: Bəsti Mehraliyeva