Zirvəyə Daşıyan Çətinliklər

0
1934
Zirvəyə Daşıyan Çətinliklər

Həyatınızda qarşımıza bir çox  çətinliklər və sıxıntılar çıxacaq. Həyatınızın zirvəsinə tam çatacağımız zaman gözlənilməz çətinliklər bizə mane ola bilər. Bizi depressiyaya sala bilər. Mənə qalarsa həqiqi uğur da elə buradadır. Həqiqi müvəffəqiyyət, bizi zirvələrə daşıyacaq işlərimizə mane olan çətinlikləri aşmaqdır. Betxoven deyir ki: "İradəsinə hakim olan insanlar, hər çətinliyə qalib gəlməyə çalışır. Məni yüksəldən, həmişə çətinliklər olmuşdur". Gəlin Betxoven, Joann Kathleen Rovling və Stiven Hokinqi zirvəyə daşıyan çətinlikləri aşaraq müvəffəqiyyətə nail olmalarının hekayələrinə baxaq.

Betxoveni zirvəyə qaldıran, yüksəldən çətinliklər nələrdi? Betxoven hələ 11 yaşındaykən piano virtouzu olmağı bacarmışdı. Virtuoz, bir musiqi alətini ən yüksək səviyyədə istifadə edənə deyilir. Bəstələri çox bəyənilmiş, artıq şöhrəti saray dairələrinə də yayılmışdı. Şöhrətin ən yüksək nöqtəsinə çatdığı zaman Betxoven, qulaqlarının eşitmədiyini hiss etməyə başladı. 28 yaşına gəldikdə, tamamilə heçnə eşitmirdi. Əvvəllər həyata küsdü. Xəstəliyini hamıdan gizlətdi.Özünə qapandı. Amma daha sonra bəstə yazmağa başladı. Həyata qayıdışının yeganə səbəbinin sənət eşqi olduğunu dostlarına ifadə etdi. Ən unudulmaz əsərlərini kar olandan sonra bəstələdi. Bethoven, "Səsləri xəyalımda yaşadıram" deyirdi. Beləliklə, dünya musiqi tarixinin ən böyük bəstəkarları arasına girdi. Musiqi heyranı olan, bu qədər musiqi sevən və bəstələr edən birinin həyatdakı ən böyük əngəli nədir? Heç bir səsi eşitməmiş olması deyilmi? Amma Bethoven ən böyük əngəli, ən böyük çətinliyi məğlub edərək yoluna davam etdi.
 
Joan Katlin Rouling. Milyonlarla satan və hətta sonradan filmi çəkilən "Harri Potter" adlı romanın müəllifidir. Xanım Rouling çox çətin bir həyatın içində kitab yazmağa qərar vermişdir. Çünki 4 aylıq qızı ilə tək maddi mənəvi çətinliklər içində yaşayırmış.İndi o, dünyanın ən zəngin adamlarından biridir. Kitabları 47 dilə çevrilmiş, üstəlik kinoya köçürülmüş və ecazkar bir nəticə çıxmışdır . Bu da kassa yığımlarında əks olunmuşdur.
 
Stiven Hokinq. Oksford Universitetinin Fizika fakültəsini birinciliklə bitirmişdir. Həyatının kabus dolu günləri, ALS Motor Neyron xəstəliyinə tutulması ilə başladı. Onurğa və beynindəki şüurlu əzələ hərəkətlərini tənzimləyən sinir hüceyrələri dağılmışdı. Nitq pozğunluğu və udma çətinliyi çəkirdi. Deyərkən bədəninin beyni xaric heç bir yeri tutmurdu. Hətta həkimlər 2 illik ömrünün qaldığını söyləmişdilər. Amma O daim fantastik elmi kitabları oxuyurdu. Ailəsi və müəlliminin dəstəyiylə həkimləri təəccübləndirdi və sağaldı. Artıq ömür boyu təkərli kürsüyə məhkum olmuşdu. Danışmırdı.Əlaqəni ancaq kompüterlə saxlıya bilirdi. Sağlamlıq vəziyyətinin bu qədər pozulmuş olmasına baxmayaraq aşiq olub, evlənib. Həyat yoldaşının köməyilə magistraturanı, sonra doktoranturanı bitirib professor oldu. 1978-ci ildə nəzəri fizikadakı ən böyük mükafat olan Albert Eynşteyn mükafatını aldı. 1982-ci ilə gəldikdə artıq dünyanın dörd bir tərəfindən mükafatlar yağmağa başlamışdı. Kraliça tərəfindən verilən Britaniya İmperiyası Sərkərdə ordeni bunlardan biri idi. Qlobal isinməyi ilk ortaya atan Stiven Hokinq oldu. Buna bənzər nəzəriyyələrin və faktların sahibi olan Havkinq əzab çəkərək zirvəyə qalxanlara ən böyük örnəklərdəndir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN