İrəliləmək Üçün Hobbilər!

0
4944
İrəliləmək Üçün Hobbilər!

İş həyatında hər kəs daha da irəliyə getmək istəyir. Bir dəfə uğur qazanmış bir şəxs yerində durmağı sevməz. Ona görə daha çox uğurlar qazanmaq və bir az da irəli getmək istəyənlər bu yazını oxusun. İş həyatınıza töhvələr verəcək hobbiləri təqdim edirik.

Kitab oxumaq: Oxuyaraq hadisələrin gedişini öyrənən insanın ilk əvvəl özünəgüvəni artır. Kitab oxumaq insanın dünya görüşünün zənginləşməsinə, geniş düşüncəli olmağa kömək edir və hadisələri incələmək bacarığı qazandırır. Çox kitab oxuyan insanların söz xəzinəsi zəngin olduğundan, danışarkən işlətdiyi hikmətli sözlərlə hamının marağını oyada bilir. Geniş söz lüğəti və düşünmə bacarığının formalaşmasına, insanlarla ünsiyyətdə kömək edir.

Şahmat oynamaq: Şahmat oynamaq hər məsələdə alternativ yollar seçmək, qərarlar qəbul etmək, tez qərar verə bilmək, nəticəylə bağlı düşünə bilməyə kömək edir,  zehni fəaliyyətləri inkişaf elətdirir və özünə inamı artırır.

Tapmaca, krossvord hesablamaq: Düşünməyə və ağlı işlətməyə sövq edir. Asan öyrənməyə və öyrənilən məlumatların asanlıqla yadda qalmasına kömək edir. Dil inkişafını sürətləndirir. Yaddaşın itirilməsinin qarşısını alır. Qavrama, xatırlamaq, problem həll etmək kimi bacarıqları inkişaf elətdirir.

Xarici dil öyrənmək: Hafizəni gücləndirir. Özünü ifadə etmək qabiliyyətini artıır.  Zehni inkişaf elətdirir. Dil zənginləşir, xarici şirkətlərdə işləmə imkanınız yaranır.

Musiqi aləti çalmaq: Beynin sol qismini gücləndirir. Hafizə və zəkanı gücləndirərək, stressi azaldır, motivasiyanı artırır. 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN