Pul yığmağın qızıl qaydaları

0
11048
Pul yığmağın qızıl qaydaları

Mümkün qədər qənaət edin. Bu gündən başlayın. Nə qədər pul saxlasanız o qədər təminatda olarsınız. 

Əlinizə gələn pulun bir qismini mütləq kənara ayırın. Unutmayın! Damla-damla göl olar.
 
Ağlınız həmişə qənaət etdiyiniz pullarda olsun. Yığdıqlarınızı hesablayın. Unutmayın! Qızılı saxlamaq deyil, qəpiy saxlamaq hünərdir.
 
Mümkün qədər az pul ilə küçəyə çıxın. Bunun nəticəsində istəsəniz də pul xərcliyə bilmərsiniz. 
 
Köhnələn əşyalarınızı dərhal atmayın, mümkün qədər istifadə edin. 
 
Mümkünsə, borca girməyin. Əlinizdəkindən artıq xərcləməməyə çalışın . Ayağınızı yorğana görə uzadın!
 
Borclarınızı ödəyin. Əvvəlkiləri bitirmədən mümkün qədər yeni borca girməyin. Unutmayın! Borc yeyən kisəsindən yeyər.
 
Altı aylıq dolanışıq xərcinizi qarşılayacaq bir miqdar pulu təcili hallar üçün kənara qoymağa çalışın. Səbrlə yığın. Dünyanın min bir cür halı var. Belə bir pul özünüzü etibarda hiss etməyinizi təmin edər. 
 
Təcili vəziyyətlər üçün ayırdığınız büdcəyə toxunmayın. Asanlıqla çata bilmiyəcəyiniz bir yerdə saxlayın. Unutmayın! Min dərd bir borcu ödəməz!
 
Hər bir hədəfiniz üçün ayrı-ayrı yığın. Unutmayın! Saxla samanı, gələr zamanı.
 

ŞƏRH YAZIN