Qazandıran Seçki Kampaniyası Necə Aparılır?

0
2884
Qazandıran Seçki Kampaniyası Necə Aparılır?

Qazandıran Seçki kampaniyası necə aparılır? 

Namizədlər üçün seçicini anlamaq hələ də çox əhəmiyyətli amma əsl əhəmiyyətli olan sizin nə etdiyiniz, edəcəkləriniz, proyektləriniz və seçicilərə verəcəyiniz faydadır. Nə qədər diqqətdə olduğunuz və nə qədər heyran kütləniz olduğu sizin başarınızla doğru mütənasibdir. Seçicinin ürəyinə xitab etmək məqsəd olmalıdır. Bu nöqtədə da fərqləndirmə və ünsiyyət fəaliyyətlərini professional reklam agentlikləri ilə edilməsi çox əhəmiyyətlidir. 

Seçki kampaniyası Necə idarə olunur? 

Partiyaların var gücü ilə bir rəqabət içində olduğu iqtidar yarışında xalqın etibarını qazanıb, ipi ilk tutan olmanın yolu, təsirli bir seçki kampaniyasından keçər. Seçki kampaniyalarında üç xüsus böyük əhəmiyyət daşıyır; Strateji, taktika, əməliyyat. Bu nöqtələrin diqqətlə və ən incə detalına qədər ələ alındığı; günümüzün inkişaf edən texnologiyası, kütləvi informasiya vasitəsi və texnikalarıyla dəstəkləndiyi bir seçki kampaniyası bərabərində özü xalqın maraq və dəstəyini, bunun nəticəsində də seçki müvəffəqiyyətini gətirəcək.

Kampaniyalar yalnız seçici seçimlərini dəyişdirmə ya da tutumları gücləndirməz. Eyni zamanda seçiciləri səs verməyə və kampaniyaya köməkçi olmağa da motivlər. Kampaniyalar görüşlərin müzakirəsini, aralarındakı fərqliliyin seçicilərlə ayırd edilməsini təmin edər. Kampaniyalar eyni zamanda, namizədləri tanıdaraq onları qəbul görür hala gətirir. Bu səbəblə siyasi kampaniyalar namizədlərin ictimaiyyət yaratmasından birinci dərəcədə təsirlidir. Siyasi kampaniyalar sayəsində namizədlər xalq tərəfindən fərqlənib tanınır və namizədlərin xalqın gündəmində qalmasını təmin edər.

Son zamanlarda siyasi partiyaların, ideoloji mövqeləri və buna bağlı olaraq təqdim etdikləri vədlər arasında fərqliləşmələr azalmaqdadır. Bunun nəticəsində də namizədlərin fərdi xüsusiyyətləri və xüsusiyyətlərini ifadə edən "lider imici" ön plana çıxmaqdadır. Yəni yerli seçkilərdə namizədlərin fərdi xüsusiyyətləri partililik xüsusiyyətlərinə görə daha ağır təsir edər. Namizədlərin kampaniya işləri uzun bir müddət aldığı və mütəxəssis tələb etdiyi üçün namizədin profisionallarla birlikdə kampaniyasını meydana gətirməsini tələb edir. Reklamçılıq, strateji inkişaf, ictimaiyyət araşdırmalarının edilməsi, həmişə ixtisas tələb edən xidmətlərdir. Namizəd seçki kampaniyasında reklam agentliyiylə ya da kampaniyanın bütün mərhələlərini bilən siyasi ünsiyyət danışmanıyla hərəkət edə bilər.

Bu üsul, namizədin kampaniya büdcəsinə, qrupuna və bölgənin xüsusiyyətlərinə görə dəyişə bilər. Namizəd, kampaniyasını yalnız məsləhətçi vasitəsilə ya da agentliklə icra yolunu seçə bilər. Ancaq son zamanlardakı inkişaflar artıq namizədlərin kampaniyalarını bir bütün olaraq düşünərək mütəxəssislərdən lazımlı yardımları alması lazım olduğu gerçəyini ortaya çıxarmışdır. Kampaniyalarda məqsəd seçicilərin razı edilməsi prosesini idarə etmək, istiqamətləndirməkdir. Yəni namizədin kampaniyası seçicilərə ən yaxşı şəkildə çatmasını və seçicinin fikirlərini, düşüncələrini öz lehinə çevirə bilməlidir.

Bu səbəblə kampaniya boyunca çox sayda seçicilər qazanmaq, kampaniyanın və bu səbəbdən namizədin müvəffəqiyyətinə birbaşa təsir edər. Daha çox seçicilər qazanmaq üçün kütləvi informasiya vasitələrindən lazım olduğu kimi faydalanılmalıdır. Namizəd, kampaniyasında, partiya təşkilatını, bölgə millət vəkillərini, könüllü seçiciləri və yanındakı qrupunu ən yaxşı şəkildə koordinasiya edə bilməli, bu seqmentlər arasında ünsiyyəti artıraraq onları müvəffəqiyyətə motivasiya etməlidir. Yəni namizəd əvvəlcə seçkiləri bacaracağına öz partiya təşkilatını, millət vəkillərini, könüllü seçicilərinə və ən əhəmiyyətlisi qrupunu razı etməsi lazımdır. Təbii bütün bunları etməsi üçün namizədin bacaracağına əvvəl özü inanmalıdır. Bunu söyləməyə gərək duymuruq. Çünki heç bir namizəd seçkilərdə müvəffəqiyyətsiz olmaq istəməz, özünə etibarı tamdır. Ancaq bunu edə bilmənin yollarını seçki prosesinə təsir edəcək bütün faktorları göz önünə alaraq bütün qətiyyətlə ən üst səviyyədə tamamlaması lazımdır.

Siyasi seçki kampaniyalarında, müəssisələrin müraciət etdikləri marketinq üsul və texnikalarından də faydalanıla bilər. Artıq  namizədlər, masa başında seçicilərin  nə gözlədiklərini təxmin edərək seçki strategiyalarını təyin mövqeyini buraxmaqdadılar. Çünki seçicilərin nə gözlədiklərini, düşüncələrini öyrənmək üçün onların gerçək fikirlərini bilmək lazımdır. Bu da ictimaiyyət araşdırmaları etmək surətiylə ən doğru, ən yalın və ən qəti şəkildə edilə bilər. 

Namizədin seçki kampaniyasında ÖN PLANA çıxması 

Seçki Kampaniyası boyunca seçicilərə xitab edən tək bir namizəd olmayacağından, namizəd, rəqiblərinə görə fərqliliklərini ön plana çıxartmalıdır. Digər namizədlər arasından sıyrılaraq seçki maratonunu ən qabaqda tamamlamaqdır. Bu müvəffəqiyyətli namizədin fərdi xüsusiyyətləri, problemlərə yanaşma partiyasının quruluşu, ideologiyası şəklində ola bilər. Seçki prosesində dominant faktor olacaq olan, finalı gətirəcək olan isə namizədin imicidir. Yəni namizəd özünə elə bir imic yükləməlidir k,i digər namizədlərdən çox asan şəkildə ayrılmalıdır. 

Kampaniyanın planlaşdırılması 

Namizədin, seçki kampaniyasını planlarkən müəyyən bir mövzu üzərinə fokuslanması lazımdır. Beləliklə seçicinin gözündə o mövzunun sahiplənildiyi, imici verilir. Bu mövzunu təyin edərkən seçici seçimləri, istəkləri nəzərə alınmalıdır. Çünki kampaniya, seçicilərə istiqamətli keçiriləcəkdir. Mövzu təyin olunduğunda hədəf kütlə də özbaşına diqqətə çarpan olacaq. Eyni mövzunu təyin edən rəqib namizədlərə qarşı mövzunu seçicilərin anlayacağı şəkildə işləmək lazımdır. İlk mərhələ hazırlıq mərhələsidir. 

Kampaniyanın inkişafı 

Strateji, təyin olunan hədəflərə çatmaq üçün çəkilən yolu ifadə edər. Seçki kampaniyasındakı ən əhəmiyyətli hədəf, seçki yarışından müvəffəqiyyətlə ayrılmaqdır. Bu səbəblə Seçki Kampaniyası strategiyası, təyin olunan hədəflər istiqamətində və araşdırmaların işığında kampaniya təmasının təsbit edilməsiylə əlaqədar prosesləri daxildir. Namizəd və partiyanın xüsusiyyətləri, seçicilərin sosial mədəni strukturları və seçkinin növü kimi bir çox dəyişən strateji ilə əlaqədar qərarların alınmasında təsirli olmaqdadır. Kampaniyanın təması, namizədə üstünlük qazandıracaq şəkildə asanca aydın olmalı və kampaniyanın bütün ünsiyyət fəaliyyətlərində bu temaya yer verilməlidir.

Namizədin iqtidar və ya müxalifətdə olması da strategiyaya təsir edər. Namizədin iqtidarda olması vəziyyətində strateji ümumi olaraq iqtidarın gücü və əhəmiyyəti üzərinə qurular. Ayrıca iqtidarın işləri izah olunması da uyğun bir strategiya olaraq tətbiq oluna bilər. Bunun yanı sıra xalq arasında istifadə olunan seçki rüşvətləri, partiyanın iqtidarda olması da gündəmə gəlir. Yəni yalnız seçki dövrlərində müəyyən mövzularda iqtidar partiyası investisiya edə bilər. Müxalifətdə olan namizədin işi iqtidardakı namizədə görə daha çətindir. Çünki müxalifətdəki namizəd seçiciləri dəyişmənin vacibliyinə inandırmaq və bu dəyişikliyi təmin edəcək ən uyğun namizədin özü olduğuna razı etmək üzərinə strategiyasını hazırlamalıdır. Müxalifət, iqtidarın nə cür mövzularda nə cür həllər çıxardığını ya da edə bilməyəcəklərini sorğulayaraq, iqtidarın özünü müdafiə etməyə itələyən yolu izlər.

Namizədlər seçki strategiyasını meydana gətirərkən müsbət ya da mənfi reklamlardan hansını istifadə edəcəyini təyin etməlidirlər. Mənfi reklam, rəqib partiya və ya namizədin kafiliyini, gücünü sorğulayaraq; onlara bağlı şübhə yaratmaq məqsədini daşıyan reklamdır. Müsbət reklam isə partiya ya da namizədin öz işlərini, vədlərini, proqramlarını optimist bir gələcək anlayışı içində təqdim edən reklamlardır. Namizədin bunlardan hansını istifadə edəcəyini də təyin etmək lazımdır. Bu təyin etmə müddətində diqqət ediləcək ən əhəmiyyətli xüsus; hədəf kütlənin "qarşıdurma" ya mı yoxsa "uzlaşma" ya mı uyğun olduğudur. 

SEÇKİ KOMPANİYASINDAKI ƏHƏMİYYƏTLİ XÜSUSİYYƏTLƏR 

Seçki kampaniyasında namizədlər böyük xalq yığıncaqları, seçki gəzintiləri vasitəsilə xalqla birbaşa ünsiyyət qurma imkanı əldə edərlər. Seçki gəzintilərinin təşkilatlanması, yığıncaqların ediləcəyi sahə ya da salonların təşkil edilməsi, kürsünün mövqeyi və kürsüdə namizədin yanında kimlərin olacağı kimi mövzularda bir sıra qərarın alınması əhəmiyyət kəsb edir. Bu səbəblə böyük xalq yığıncaqları və seçki gəzintilərinin, kütləvi informasiya vasitələrində xəbər olaraq yayımlanmasını təmin edəcək şəkildə planlayaraq təşkilatlanması böyük əhəmiyyət kəsb edir. Böyük xalq yığıncaqlarının hədəf kütlə üzərində istənilən təsiri təmin edə bilməsi, yığıncağın təşkil ilə yaradılacaq atmosferə və bu atmosferi yaratmaqda birinci dərəcədə əhəmiyyətli rol boynuna götürən namizədin məsləhətçilərinə bağlıdır.

Seçicilərin qərarlarını və mövqelərini gücləndirmək, yığıncağın təşkili, istifadə olunan vizual dizayn, təsirli səs nizamı, məşhur ya da tanınmış şəxslərin namizədlərlə birlikdə kürsüdə olması və namizədin çıxışı təsirli rol oynayır. Bu səbəblə namizədlərin danışıqlarını bu vəziyyəti nəzərə alaraq etmələri lazımdır. Namizədlər danışıqlarını, partiyanın keçmiş seçki nəticələrinin, partiyanın o bölgədəki vəziyyətinin və seçicilərin demoqrafik xüsusiyyətlərinin öyrənilməsini təmin edər. Namizədlər danışıqlarında inkişaf etdirəcəyi ismarıcların müəyyən edilməsində isə ümumiyyətlə ictimaiyyət araşdırmaları köməkçi olmaqdadır. 

Seçki kampaniyasının təqvimləndirilməsi 

Seçki Kampaniyasında ediləcək fəaliyyətlər müəyyən bir plan çərçivəsində təşkil edilməlidir. Kampaniyanın mesajları hansı kanalda, hansı fəaliyyət ilə, hansı hədəf kütləyə gedəcəyi bu təqvimdə yer almalıdır. Təqvim, kampaniyaya görə uzun bir zaman dilimindən meydana gələ bilər. Kampaniya təqvimində dəyişikliklər edilə bilər. Ancaq bu dəyişikliklər kampaniya təqviminin hamısında dəyişiklik edilməsinə yol açmamalıdır. Seçki Kampaniyası təqvimi içində kimlər nə zaman, nə şəkildə ziyarət ediləcək, yığıncaqlar hansı tarixlərdə haralarda ediləcək, mitinqlər zamanı nə olacaq, qəlyanaltılar hansı periodik fasilələrlə ediləcək? Bunların təqvimləşdirilməsi seçki kampaniyasının müvəffəqiyyətini artıracaqdır. 

 

Tərcümə etdi: Aynurə Azayeva

ŞƏRH YAZIN