Tolstoydan Uğurlu Olmaq İstəyənlərə 16 Həyat Qaydası

0
10068
Tolstoydan Uğurlu Olmaq İstəyənlərə 16 Həyat Qaydası

Görkəmli insanların həyat tərzləri, xüsusilə onları idealı olaraq qəbul etmiş və ya onların işlərinə heyran qalmış şəxslər tərəfindən maraqla izlənilir. Lev Tolstoy da hər şübhəsiz maraq  kəsb edən insanlardan biridir.

Tolstoy 18 yaşında (1847-də) hər gün məşğul olduğu fəaliyyətlərinə xüsusi bir günlük tutmağa başlayır. "Gündəlik fəaliyyətlər günlüyü"ndə Tolstoy çalışmasından yemək yeməsinə qədər nəyə nə qədər vaxt ayıracağını qəti şəkildə proqramlaşdırır. Məhz o günlüyün içində  Tolstoyun özünə qoyduğu "həyat qaydaları" var.
 
"Əxlaq baxımından özüm qədər yaxşı biri ilə , və mənim kimi idealları üçün hər şeyini qurban edə biləcək  adamla tanış olmamışam"deyən Tolstoy bəlli ki, həyat qaydalarını yazanda böyük ölçüdə özünü düşünən, amma eyni zamanda özü haqqında çox qatı sayıla biləcək bir mövqe içindədir. Budur, Tolstoyun gündəlik həyat, əxlaq, yaxşılıq, fəzilət ətrafında dolaşan qaydaları…
 
Səhər 5:00-da oyan.
10:00 olmadan yatağa gir.
Gün ərzində ən çox iki saat yatmaq xoş görülə bilər.
Məqbul səviyyədə yemək ye.
Hər gün bir saat gəz.
Şəkərli yeməklərdən uzaq dur.
İşinə yararlı ola bildiyin insanları sev.
Məntiqə uyğun gəlməyən heç bir ümumi, xalq rəyini nəzərə alma.
Bir anda yalnız bir işə istiqamətlən.
Lazımlı olmadıqca xəyallar qurma.
 
İlk olaraq 10 dənə olan bu qaydalara Tolstoy zamanla yenilərini əlavə edər. Onlar da belədir:
 
Heç vaxt hisslərini göstərmə.
Haqqında başqalarının nə düşündüyünə məhəl qoyma.
Yaxşı şeyləri gözə dəyməyəcək şəkildə keçir.
Qadınlardan uzaq dur.
Çox çalışaraq arzunu heyata keçir
Daha çox ehtiyacı olanlara kömək et.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN