Zamanı İdarə Et,Stressə Qalib Gəl..

0
3273
Zamanı İdarə Et,Stressə Qalib Gəl..

Yaşadığımız əsrdə cəmiyyətlərin dəbli geyinməsinə baxmayaraq, "kapsul qarderob" adı ilə çıxan axın öz yerini qazanmağa davam edir. Kapsul qarderobun əsas prinsipi hər zaman 10-15 ədəd əsas şeyləri geymək üzərinədir. Əsl maraqlı olan isə bu fikri qəbul edənlərin adətən dünyanın ən yaxşı siyasətçiləri və sahibkarları olması.

Buyrun sizə bu cərəyanın möhtəşəm səbəblərindən bir neçəsi
 
1- Daha əhəmiyyətli məsələlərdə daha yaxşı qərarlar almaq
 
İnsanlar tərəfindən uzun düşüncələrdən sonra "qərar vermə" nöqtəsi hər zaman uğurlu olmuya bilər.Xüsusilə gün ərzində çox daha əhəmiyyətli qərarlar almaq məcburiyyətində qalan insanların "bu gün nə geyinəcəyəm" sualına həyatlarından çıxardıqları zaman həm daha yaradıcı, həm də məntiqi olaraq daha çox sahəyə malik olduqları müşahidə olunmuşdur.
 
ABŞ Prezidenti Barak Obama, sadəcə, boz və mavi kostyum geyinir.
 
Barak Obamanın bu məsələ üçün söylədikləri isə bu fikri təsdiqləyir xarakterdə; "Görürsünüz ki, geyindiyim kostyumlar, sadəcə, boz və mavi. Qərar verməyim lazım olan şeylərin sayını aşağı salmağa çalışıram. Nə yeyəcəyəm və ya nə geyinəcəyəm barədə düşünüb qərarlar almaq istəmirəm. Çünki bunlar xaricində çox daha əhəmiyyətli qərarlar almaq məcburiyyətindəyəm".
 
Mark Zuckerberg də oxşar əsası göstərənlərdən; "Səhərlər olunmayan bir mənasız qərar da həqiqətən əhəmiyyətli şeylər üzərində veriləcək daha yaxşı qərarlara yol açır" deyir.
 
2- Boşa sərf olunan vaxta qənaət etmək
 
Qənaət etməyə başlayana qədər bu tip məsələlərin bizim üçün nə qədər böyük bir yük olduğunu əslində o qədər də anlaya bilmirik. Həyata keçirməyə başladığımız zaman isə bir anda sanki yeni bir həyata başlamış, ya da daha çox rahat olduğumuz sahəmiz olduğunu hiss etməyə başlayırıq. Başqa sözlə, qarderob fəaliyyətimizi pəhrizə sala bilsək, səhərlər hazırlanmanın asanlığını və sadəliyin səmərəliliyini kəşf etməyə başlayarıq.
 
3- Gündəlik stressi azaltmaq
 
New-Yorkda sənət direktorluğu edən Matilda Kahl, eyni paltarları geyinməyin ən böyük səbəbini qazandığı zaman kimi göstərir və əlavə edir; "Səhər nə geyinəcəyəm qərar vermək məcburiyyətində olmadığım üçün, günün davamında stressi daha az hiss edirəm. Buna görə "Bu çoxmu rəsmi? Gedəcəyim yer üçün bu paltar uyğundurmu? Paltar çoxmu qısa? Kimi sualları soruşma ehtiyacı duymuram". Matilda Kahlın imza xarakterində iki paltarı var; İpək ağ bir köynək və qara şalvar. Günün davamında isə qorxusunun görülür dərəcədə azaldığını da bildirir.
 
4- Boşa xərclənən enerjini ortadan qaldırmaq
 
21-ci əsrin ən kritik və uğurlu filmləri ilə adından söz etdirən İngilis rejissoru Kristofer Nolan da bu cərəyana tabe olanlardandır. New York Times-ın xəbərinə görə Nolan, çox uzun zaman əvvəl hər gün nə geyinəcəyini düşünməyin boşa xərclənmiş enerjidən ibarət olduğunu düşünməyə başlayıb. Buna görə də özünə imza xarakterində bir neçə paltar seçdi. Seçdiklərinin arasında ən çox geyindiyi isə dar qara şalvar üzərinə mavi köynək və pencək, altına da hər gün geyəcəyi rahat bir cüt ayaqqabı.
 
Nolan üçün boşa xərclənən enerji yalnız nə geyəcəyinə qərar vermək deyil. Şkafda nə qədər çox paltar, Nolan üçün ayrıca ətrafı o qədər çox təşkil etmək deməkdir. Kapsul qarderob fikri daha az paltar yumaq demək deyil amma daha səliqəli olmağın və paltar probleminə də böyük bir töhfəsi olduğu qətidir.
 
5- Edilən bütün seçimlər "möhtəşəm olacaq
 
Dallasda yaşayan Denaye Barahona da dağınıq və dolu qarderobunu minimum və daha çox məqsədli hala salanlardandır. Bu dəyişiklikdən əvvəl qarderobunu bir cheesecake zavod menyusuna bənzədən Barahona, dəyişiklikdən sonra isə bir çox cəhətdən çox sakitləşdiyini, boşaltdığı qarderob fəaliyyətindəki çoxu paltarın artıq ona yaraşmadığını və bədənlərinin uyğun gəlmədiyini hiss etdiyini deyir. İndi isə kapsül qarderobu ona qəşəng bir restoranı xatırladır və əlavə edir; Daha az variantım var amma bilirəm ki, bundan sonra edəcəyim hər seçim üzərimdə möhtəşəm duracaq. Artıq əsas məsələ daha gözəl görünmək deyil, daha yaxşı hiss etməkdir.
 
6- Tamahkar olmadan dəbə uymaq
 
New-Yorkda yaşayan yazar Alisa Qreqori də ötən il bu cərəyana qatılanlardandır. Bu dəyişikliyin əslində çox təsviri olduğunu vurğulayır. Möhtəşəm görünməyin ucuz və ən asan yolunun bu olduğunu qeyd edən Qreqori, sözlərinə belə davam edir; "Uniforma fikrilə seçəcəyimiz bir neçə parça paltar xüsusilə tamahkar olmağımızı əngəlləyir. Həmçinin insanı çox daha yetkin hiss etdirir". Hər gün eyni paltarı geyinməyi, romanlardakı obrazlara bənzətməsinə diqqət çəkən Alisa, "Şəkilli kitablarda hiss etmirik, amma, heç bir obraz hekayə bitənə qədər paltarlarını dəyişdirmir. Özünüzü bir uniformaya çalışmağınızın köhnəlmiş bir şey olmadığını dərk etməyimiz lazımdır" deyir.
 
7- Lazımsız xərclərdən xilas olmaq
 
Orta hesabla bir Amerikan ailənin illik qarderob xərci 1700 dollardır. Qulağa çox gəlməsə də, əslində ehtiyacımız olmayan bir çox şeyi aldığımız üçün etdiyimiz bu tip xərclərin əslində lazımsız xərc sinfinə daxil olması çox normaldır. 1930-ci illərdə bir Amerikan qadının qarderobunda olan paltar sayı orta hesabla 9 idi. İndi isə hər ay üçün orta hesabla 30 paltardan bəhs edilir. Kapsül qarderobla yaşamağın ən böyük töhfəsi isə insanları lazımsız xərclərdən azad etməsidir.
 
8- Daha yaxşı geyinmək deyil, daha yaxşı hiss etmək
 
Məşhur aktyor Drew Barrymore ötən ay Refinery29-da, geyimlərlə olan əlaqəsini və həyata yeni baxışını izah edən bir məqalə bölüşdü. Məqaləsində "Haradasa 40 yaşındayam və 20 bədən ölçüsündə olan geyimlər artıq heç bir məna ifadə etmir. İki uşaq doğandan sonra isə 30 bədən ölçüsündə paltarlarım artıq bədənimə uyğun gəlmir" deyərək özünü paltar məsələsində dönüş nöqtəsində hiss etdiyini düşünür. İndi isə qarderobumu rəsmən bir pəhrizə salan Barrymore, paltar alış-verişində əvvəlkindən daha çox düşünür. Bu "pəhrizdən" aylar sonra qarderob fəaliyyətinin çox daha xoşbəxt hiss etdiyini və hazırlanmanın artıq bir döyüş olmadığını, moda anlayışının artıq çox daha sakit və rahat olduğunu deyir.
 
Uğurlu şoumen Cem Yılmaz da, Türkiyədə "kapsul qarderob axınını illərdir izliyir. Məşhur şoumen, qara qolsuz köynək və şalvar  ilə sanki bir "rəmz oldu.
 
Aldığımız malların içində boğulan bir cəmiyyətə çevrilməyimizə baxmayaraq,insanlıq artıq rahatlıq və yaxşılaşma fikri ilə yaşayırlar və bunun üçün yeni yeni həll axtarmağa çalışırlar. Kapsul qarderobu axınının da bu sahədə inkişaf edəcəyi aşkar görünür.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN