Uğura Aparan Bacarıqlar

0
2236
Uğura Aparan Bacarıqlar

İnsanoğlunun bəzi bacarılqları da ona uğur gətirə bilir. Məsələn, dinləmək bacarığı. 

Dinləmək bacarığı  həmişə vacib olmuşdur, lakin  onlayn satışda müştəri sənin qarşında olmadığından sən onun bədən dilini oxuya bilmirsən və dinləmək bacarığı daha da əhəmiyyətli olur. Səsdəki dəyişikliyi, söz vurğularını və səsin ucalığını hiss etmək müştərinin marağını və münasibətini başa düşmək üçün açar ola bilər. Satıcılar həm də bilməlidirlər ki, mane olmaq, sözü kəsmək olmaz. İnternetdən edilən söhbətdə söz kəsmək daha kobud görsənir və müştərinin fikirlərini ifadə etməyə imkan vermir.
 
Aydın və qısa ismarıc vacibdir. Satıcı, komandana qısa ifadə etməyi öyrət.

Söhbətə başlamaq üçün maraq yaratmaq əsasdır!  Heç vaxt  məhsul və xidmətin təqdimatını birinci bölmədə etmə.

Şirkətin mövqeyini bildirmək 90 saniyədən çox vaxtı aparmamalıdır.  Sənin satıcıların şirkət mövqeyi haqqında məlumatı cəld verməlidirlər.

Danışıq bacarığı  üz-üzə olmayan əlaqələrdə həlledicidir. Satıcı komandana danışıq seminarları ver. Onlara   frazaları, fasilələri, onlardan yerli-yerində istifadə etməyi öyrət. Danışıq bacarığı internet vasitəsilə olan satışlarda daha vacib olur.

İnam yaratmaq satışın əsasını təşkil edir, lakin satış internet vasitəsilə olanda inam bir az çətin olur. Bəs internetdən insanları necə inandırmaq olar? Siz mənalı, müştəriyə yönəlmiş suallardan aşılaya bilərsiniz. Siz müştərini inandırmalısınız ki, müştərinin məhsula olan ehtiyacı sizin məhsulu satmaq istəməyinizdən daha vacibdir.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN