Uğursuzluğu uğur et...

0
2893
Uğursuzluğu uğur et...

Pozitiv düşünmək hadisələri müsbət cəhətdən təhlil etməkdir. Məsələn, bir işiniz hətta, çox çalışdığınız halda belə alınmadı. Bu zaman həvəsdən düşməyəyin. Sakitləşmək üçün özünüzə icazə verin və biraz fasilə edin. Bu həqiqətən vacibdir. 

Hər zaman məqsədinizə köklənin. Heç vaxt ümidinizi itirməyin! Hətta, sizə enerjili, pozitiv qalmaq üçün kiçik bir üsul deyim. Edilən araşdırmalara görə, bir qisim insanlar işləri alınmadıqda və ya hər hansı bir xoşagəlməz hal baş verdikdə idman edirlər. Aktiv insanların demək olar ki, əksəriyyətinin pozitiv insanlar olduğunu müşahidə etmək olar. Sizcə bu nədən qaynaqlana bilər? Təbii ki, daima hərəkətdə olmaqdan və daxili motivasiyanın, özünə inamın güclü olmasından. Toronto Universitetində aparılan tədqiqatlara görə gündə 20 dəq gəzinti depresiyanın qarşısını almağa kömək edir. 

Pozitiv olmağın sağlamlığımıza faydaları: 

İmmuniteti gücləndirir

Depresiyanın qarşısını alır

Stresi azaldır

Ömrü uzadır

Sağalmanı tezləşdirir(bəzi hormanlarla bağlıdır) 

Pozitiv olmağınıza yardım edəcək bir neçə tövsiyyələr: 

Rənglərdən istifadədə cəsur olun. 

Rənglərin insanlara təsir etdiyi elmi şəkildə bir çox psixoloq, mütəxəssis tərəfindən sübut olunub. Rənglərin hər birinin özünə məxsus təsiri vardır. Bu barədə "google" axtarış sistemindən kifayət qədər məlumat toplaya bilərsiniz. 

Daima hərəkətdə olun. 

Daxili motivasiyanızı gücləndirəcək bir neçə kəlimədən istifadə edin. 

Məsələn, Bacaracam! Alınacaq! İstəsəm edərəm! Mən bunu edəcəm! bu tip sözləri yüksək səslə söyləmək insanda özgüvənin artmasına səbəb olur. 

Gülümsəyin. 

Əhvalınız pis olanda , kefiniz yerində olmayanda hətta uğursuzluqların sonunda belə gülümsəyin. Süni şəkildə gülümsəmək belə insanda bəzi üz əzələləri hərəkət edəcəyi üçün əhvalınızı mütləq düzəldəcək. 

Əlinizdə stəkanın yarısının dolu olduğunu düşünün. 

Əlinizdə olanlarla özünüzü motivə edin, əlinizdə olmayanları isə "Bu şey məndə yoxdu" fəlsəfəsi ilə yox, "Nə etsəm məndə də olar?" fəlsəfəsi ilə düşünün. 

Unutmayın, şəxsi və iş həyatında pozitiv insanlar seçilir, fərqlənir, qəbul edilir, bəyənilir və sevilir. 

Gülümsəyin! Pozitiv olun! 

Çünki siz buna layiqsiniz!

ŞƏRH YAZIN