Bəzı Insanlar Nə Üçün Fərqlı Davranır?

0
5671
Bəzı Insanlar Nə Üçün Fərqlı Davranır?

Ünsiyyət qurmaqda çətinlik çəkən insanları, "Çətin İnsanlar" adlandırırlar. Çətin insanlar, cəmiyyətdən cəmiyyətə, insandan – insana  görə fərqli olsa da,  bənzər davranışlar göstərirlər.

Bir çox insan ətrafındakı çətin insanlardan şikayət edir. Evdə, işdə, məktəbdə qısacası hər yerdə  bir çətin insan tapılır.Halbuki əslində "çətin insan" deyə bir şey yoxdur. Məcbur davranışlar var. Və təəssüf ki, bəzi insanlar daim bu şəkildə bir davranış içində olurlar.
 
"Çətin İnsanlarla Bacarmaq " kitabının müəllifi Robert M. Bramson bəzi insanların niyə görə fərqli davranışlar nümayiş etdirdiklərini belə açıqlayır:
"Bəzi insanlar qarşılarındakı insanı həvəsdən salmaq üçün bilərəkdən  "çətin hərəkətlər nümayiş etdirər".
Hər çətin insan bir-biri ilə eyni davranışları  nümayiş etdirməz. Bəzi çətin insanlar heç dinləmədiyi halda  daim danışır, digərləri də həmişə  son sözü söyləməyi üstün tutar. Bəziləri daim sizi tənqid edir. Bəzisi səssiz, bəzisi  aqressiv ola bilir. Bu halda  Acıbadem Səhiyyə Qrupu Psixiatriya Eksperti Dr.  Kültegin Ögel çətin insanların davranışlarını bu şəkildə göstərir:
 
Təhsili və biliyi qeyri-kafi olmasına baxmayaraq özünü çox yaxşı zənn edənlər
Bilgisi və təcrübəsi kifayət qədər olmasına baxmayaraq özünü yaxşı hesab edənlər
Birinciliyi   təyin etmə bacarığı olmayanlar 
Səhvini yetkinliklə qəbul etməyən, daim açıqlama verib özünü təmizə çıxarmaq istəyənlər
Yavaş-yavaş düşünən və hərəkət edənlər
İşləri qarışdıranlar
Heç danışmayanlar, məlumatı zorla ağzından aldığınız şəxslər
Səhv anlamaqda israr edənlər 
Qarşısındakı insanın  dediklərinə əhəmiyyət verməyən
Vəzifə  fərqləri səbəbindən görüşərkən o fərqi hiss etdirən insanlar
Qarşındakı insana  hörmət etməyən
Yavaş hərəkət edən və bir çox dəfə təkrar etmək məcburiyyətində qalan insanlar
Yalnız öz gördüyü şeyin əhəmiyyətli olduğunu düşünən
Daimi hadisələr və ətrafındakılar üzərində nəzarət yaratmağa çalışanlar
Şəfqət göstərə bilməyənlər 
Hər zaman "mən haqlıyam deyənlər 
 
ÇƏTIN INSANLARLA NECƏ DAVRANILMALIDIR? 
 
Çətin insanların xüsusiyyətlərini daha da artırmaq mümkündür. Ancaq bütün bu xüsusiyyətlərlə  çətin insanları  5 əsas başlıq altında toplamaq olar.
 
Aqressiv İnsanlar: Təcavüzkar davranışlar içində sakit bir şəkildə özünüzü ifadə edin və sizə qarşı təcavüzkar rəftarlara özünüzdən əmin bir şəkildə qarşılıq verin.
 
Hər Şeyi Bilənlər: Bu insanlarla mübarizə edərkən yaxşı hazırlaşmaq lazımdır. Heç vaxt meydan oxumayın. Əksinə, qabiliyyətlərini öyün. Lazım olanda səhvlərini ortya çıxaracaq suallar soruşmaqdan çəkinməyin.
 
Şikayətçilər: Qarşılarındakına güvənmirlər. Özlərinə olan inamları də çox deyil. Özgüvənlərini saxlamaq üçün məmnuniyyətsiz, hər şeydən və hər kəsdən şikayət edən bir davranış içində olarlar. Bu insanlara "Başqalarının görmədiyini görürsən" şəklində onların etimadlarını artıracaq cümlələrlə yaxınlaşın. Qulaq asın, amma əsla mübahisə etməyin. Ona qarşı inad göstərməyin.
 
İncimiş : Yaxşı qulaq asın və onu başa düşdüyünüzü göstərin. Problemə yönəldərək onu dəyişmək  üçün motivasiya edin.
 
Gizlicə Hücum Edənlər: Bu insanlara qarşı nə qədər geri çəkilsəniz o qədər üstünüzə gəlməyi sevərlər. Geriyə çəkilməyin. Zarafata çevirin. 
 
 
 
Hazırladı : Aytən İslamzadə

ŞƏRH YAZIN