İnsan Oğluyla Bağlı Təəccübləndirici Məlumatlar

0
2744
İnsan Oğluyla Bağlı Təəccübləndirici Məlumatlar

Bəzən mübahisə olmasın deyə aramızda gərginlik, narazılıq, küskünlük yaranmasın deyə susmağa üstünlük veririk. Amma bir gün bardağı dolduracaq son damla gəldiyində hər şey daha bərbad olur.

Qarşımızdakı insanla uşağımız üçün xəyal etdiyimiz təhsil, son getdiyimiz tətil, hansı məşhurun kiminlə birlikdə olduğu haqqında çox rahat və özünə inamlı bir şəkildə söhbət edə bilirik. Ancaq mövzu həyatımıza birbaşa təsir edəcək əhəmiyyətli mövzulara gəldikdə susqunluğmuzu işə salırıq. Mütəxəssislər köməyimizə yetişir və bizə həyati əhəmiyyət daşıyan məsələlərə necə girməyimiz və özümüzü necə ifadə etməmiz lazım olduğu mövzusunda məsləhətlər verirlər.

1. Özünüzü müdafiə edin.

Bir qız yoldaşınızı düşünün. Özünü pis hiss etdiyində heç xəbər vermədən tez-tez qapınızı çalır, sizi zorla bir yerlərə aparır, sizin onunla görüşməyə ehtiyacınız olduğunda isə nədənsə həmişə məşğul olur. Və siz narahatlıq verməyə başlayan bu vəziyyətlə əlaqədar onunla heç cür danışa bilmirsiniz. Keçmişdə birinə qarşı özünüzü necə müdafiə etdiyinizi düşünün. Məsələn, sizə aid olmayan bir ödəmə səbəbiylə qapınıza gələn insana qarşı qanınızın son damlasına qədər necə mübahisə etdiyinizi və düz olan ortaya çıxdığında nə qədər rahatladığınızı xatırlayın. Yoldaşınızla hisslərinizi paylaşdıqdan sonra onun bir müddət özünü pis hiss etməsi qaçınılmaz olacaq amma zamanla hər şey yerinə oturacaqdır. Bunun, bir gün birdən ona qışqırmağa başlamanızda və bəlkə də yoldaşlığınızın sona çatmasından çox daha sağlam bir yol olduğunu inkar edə bilərsinizmi?

2. Özünüzə və ona açıq olun.

Hansı duyğuların təsiri altında olduğunuzu düşünün. Xoşbəxtlikmi, kədərmi, qibtəmi, utancmı, hirsmi? Qarşınızdakı adamın onun üçün əhəmiyyətli olan bir gündə yanında ola bilmədiyiniz üçün hirsləndiyini, halbuki sizin bu günə qədər bənzər vəziyyətlərdə həmişə onun yanında olduğunuzu fərz edək. Duyğularınızı yazın. Özünüzü günahkar hiss etdirdiyi üçün ona əsəbisiniz. Sizin varlığınıza bu qədər dəyər verdiyi üçün onu təqdir edirsiniz. Sizin digər problemlərinizə əhəmiyyət verməsinə də ehtiyac duyursunuz.

3. Doğru zamanı seçin.

Doğru yer və zaman çox əhəmiyyətlidir. Məsələn, yoldaşınızla ictimai həyatınızın monotonlaşdığını və daha hərəkətli bir həyat istədiyinizi söyləyəcəksinizsə, onun istirahət etdiyi anı seçməyin. Bunun yerinə ikinizin də kefi yerindəykən, hərəkətli bir ictimai həyatın sizə nə qədər yaxşı təsir etdiyini vurğulayın.

4. 'Sən' deyil 'Mən' dilini istifadə edin.

Bir mövzunu müzakirə edərkən unutmamanız lazım olan şeylərdən biri də davamlı tənqid etməkdən qaçınmanız lazım olduğudur. Qarşınızdakını 'Sən belə davranırsan' deyə tənqidə başlamadan əvvəl sakitləşin və o davranışın sizdə hansı hisslər oyandırdığına nəzər yetirin. Bu duyğuları dilə gətirərkən də 'Mən belə hiss edirəm " ilə başlayan cümlələr qurun.

5. Problem deyilmiş kimi davranmayın.

Biz qadınlar bəzən canımızı çox sıxan bir hadisə haqqında 'heç əhəmiyyətli deyil "deyə bilir, ya da bir qəbahətimiz yoxkən, sırf problem çıxmasın deyə üzr istəyə bilirik. Sizə özünüzü pis hiss etdirdiyini nəzakətli şəkildə dilə gətirməniz həm sizi rahatlaşdıracaq, həm daha dürüst bir yoldaşlığın yolunu açacaq, həm də yoldaşınızın növbəti dəfə daha diqqətli davranmasını təmin edəcək.

6. Hərəkətə keçməyə hazır olun.

Hansı mövzuda olursa olsun uzun zamandır etmədiyiniz söhbəti etdikdən sonra nə qədər rahatlayacağınızı və təxmin edə bilməyəcəyiniz qədər xoşbəxt olacağınızı bilirsinizmi? O zaman daha çox təxirə salmağa ehtiyac yoxdur. Dərin bir nəfəs alın, sakit-sakit danışmağa başlayın və bu sırada daha xoşbəxt bir gələcək üçün çox əhəmiyyətli bir addım atdığınızı ağılınızda tutun.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN