Nitqin Növləri

0
23681
Nitqin Növləri

Əmələ gəlməsinə görə nitq sutiativ və kontekst nitqə ayrılır.
Situativ nitq - ünsiyyət zamanı əmələ gəlir və başa düşülənin şifahi təsviri sayılır.
Kontekst nitq – bu təsəvvürün adının nəticəsidir,o yaddaşa görə inkişaf edir.Kontekstli nitq qramatikasına görə situativ nitqdən qəlizdir,likin intonasiyaya görə sadədir.Kontekst nitqdə danışan öz fikrini,təsəvvürünü elə təsvir edir ki,dinləyicidə analoji fikir və təsəvvür yarada bilsin. Lakin bu zaman qavrama dayaq rolunu oynamır,bu səbəbdən danışan dilin bütün imkanlarndan maksimal dərəcədə istifadə etməli olur.

Yazılı nitq – ən çox kontekstli nitqdir.O təsəvürdəki həmsöhbətə müraciət edir,bu səbəbdən o həmişə hazırlanmış və düşünülmüş olur.Yazılı nitqdə cümlələr çox çətin ola bilər.Buna görə əgər bir yazılı nitqi şifahi nitq kimi təsvir etsək,bu zaman o şifahi nitq kimi başa düşülməyəcək, belə ki,o (şifahi nitq) başqa qaydalarla düzəldilir.
Yazılı nitq şifahi nitqdən sonra yaranmışdır.Bu da insanların informasiyasını və biliklərini bir-birilərinə ötürmək ehtiyaclarından yaranmışdır.Hadisələrin yazılı surətdə ötürülməsinin ilkin cəhdləri İqloqrafik nitq adlanan şəkil formasında olmuşdur.Daha sonra yazılı nitq heroqlifik məktub şəklində olmuşdur.Heroqlif predmeti və ya fikri tam ifadə edir.Çoxlu sayda predmet çoxlu sayda heroqlifə uyğun gəlir.Öz fikrini ifadə etmək üçün və ya yazılanı anlamaq üçün bu işarələri əzbər bilmək lazımdır.
Yazılı nitqin müasir növü alfubiotik adlanır və onun qədim Finikyalılar tərəfindən yaradılması güman olunur.Yazılı nitqin bu növü şifahi nitq ilə çox sıx bağlıdır və qrafema ilə (hərflə)işarə olunur.Müxtəlif dillərdə istifadə olunan səslərin sayı (fonem) məhdudur,çox saylı olmayan işaələrlə (qrafem) işlənilən fikri yazılı surətdə ifadə etmək olar.
Yazılı nitq özündə nitqin ən uzun dəqiq və geniş formasını əks etdirir.Yazılı nitqdə sözün köməyi ilə,şifahi nitqdə intonasiya ilə və bilavasitə situasiyanın vizual qavrayışı köməkliyi ilə fikir çatdırılır.Yazılı nitq yalnız xüsusi təlim nəticəsində əmələ gəlir.Öz quruluşuna görə yazılı nitq həmişə tam açılmış,qramatik təşkil olunmuş strukturu əks etdirir.Yazılı nitqdən yalnız mövcud olan məlumatı ötürmək üçün deyil,eyni zamanda öz şəxsi fikirlərini formalaşdırmaq üçün də istifadə olunur.Buna görə məktubda fikir ifadə etmənin forması və üsulu üzərində iş təfəkkür əməliyyatlarının formalaşmasına və inkişafına təsir edir.
Yazılı nitqdə dəqiqə ərzində 100 sözün sürətlə oxunması da mümkündür.Lakin bu oxşarlıq üslubu oxucunun müəllifin fikir və hisslərini qabaqlamaq hallarına aid deyil.Bu səbəbdən sürətli oxumaq üsulu fəlsəfi ədəbiyyatların,şerlərin,bədii ədəbiyyatların,məktubların oxunmasında tətbiq edilə bilməz.O yalnız mətnlə tanışlıq üçün istifadə oluna bilər.

Danışmaq iki əsas əlamətlə xarakterizə olunur – frazalırn ölçüsü və nitqin tempi ilə.
Şifahi nitqin,cümlələrin optimal ölüçüsü 72 məntiq vahidini təşkil edir,bu da nitqi qəbul edən yaddaşın optimal həcminə uyğundur.
Nitqin tempi – bu vahid zamanda tələffüz olunmuş vahid nitqin sayıdır.Şifahi nitqin asta,orta və sürətli tipləri qəbul olunmuşdur.Asta temp nitqi ifa etməyə (mahnı oxumaq) keçməsini, maksimal tez temp – nitq aparatının imkanlarını məhdudlaşdırır.Nitqin asta tempi bir saniyə ərzində 2-3 hecadan orta tempi – 4-5,maksima lisə 10 hecaya qədər gəlib çatır.

Şifahi nitqin 2 forması var.Monoloji nitq və dioloji nitq
Monoloji nitq - bu bir insanın öz fikirlərini,biliyini ardıcıl,bağlı uzunmüddətli ifadəsidir.Monoloq misal olaraq leksikanı,məruzəni,çıxışı,nağıl söyləməyi göstərmək olar.Monoloq ardıkəsilməz olaraq jestlərin az olması ilə xaraterizə olunur.Monoloji nitqin fərqli cəhəti onun bağlılığı və onun kontekstliyidir.
Dialoji nitq -  iki insanın ünsiyyəti zamanı əmələ gəlir.O sitativdir,mimikalarla,jestlərlə,intonasiya və rəngarəngliyi ilə müşayət olunur.
Dialoq – dəstəklənən nitq qəbul olunur.Dialoq zamanı iki həmsöhbət biri digərinə öz fikrini ifadə etməsi və onu anlaması üçün dəqiqləşdirici suallar verir.

Əgər xarici nitq – başqaları üçündürsə,daxili nitq isə öz daxilində və özü üçündür.
Daxili nitq xarici mövzulardan fərqlənir.Daxili nitqdə fikir formalaşır və mövcud olur.Daxili nitq üçün praqmentləşmə,qısaldılma xarakterikdir.Daxili nitq tənzimləyici və planlaşdırıcı rol oynayır.Daxili nitq bir sıra psixoloji xüsusiyyətlərə malikdir:
- o sözün kinestetik,eşitmə və görmə obrazı kimi mövcuddur;
- onda cümlə üzvlərinin bir çoxu düşür çox vaxt yalnız fikrin mahiyyətinin aydınlaşdıran sözlərdən istifadə olunur;
- daxili nitq səssizdir və uşaq yaşlarında xarici nitqə əsaslanaraq formalaşır.
Uşağın eqosentik nitqi psixoloji funksiyalarına və özünün xarici qruluşuna görə daxili nitqi özündə əks etdirir.7 yaşa yaxın dövrdə eqosentrik nitqin əsasında daxili nitqi formalaşması baş verir.Lakin hətta böyük yaşda daxili nitqdən xarici nitqə keçid bəzi çətinliklərlə müşayət olunur.Belə ki,əgər daxili nitqdə fikir aydın başa düşüləcəkdirsə,onun ifadə olunması zamanı o həmsöhbətə aydın olmur.Bu cür çətinliklər daxili nitqdə özünə aydın olan fraqmentar qısa fikirlərin xarici nitqə qrammatik və məntiqi fopmada keçməsi ilə əlaqədardır

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN