Nitqin Xüsusiyyətləri.

0
11390
Nitqin Xüsusiyyətləri.

Nitqin aşağıdakı əsas xüsusiyyətləri var:
Məzmunlu,anlaşılma,ifadəlilik,təsirlilik.

Məzmunluluq nitqdə ifadə olunmuş fikrin,hissin və təəssuratların həcmi,dərinliyi ilə müəyyənləşdirilir.Uzunçuluq,səthi, mənasız,bayağı fikirlər,hisslərin olmaması və ya onların az təsirsiz olması ilə nitqi məzmunsuz edir.
 
Anlaşılma nitqi,danışanın ifadənin məntiqini itirmədən,terminlərdən ifrat dərəcədə istifadə etmədən,qısa,sintaktik düzgün qurulmuş cümlələrdən istifadə emtək bacarığıdır.

İfadəlilik nitqi onun emosional rəngarəngliyi və dolğunluğu (o aydın, ciddi, dolğun obrazlı və ya əksinə zəif,şablonlu ola bilər),eləcə də aydınlığı səlist tələffüzü ilə(düzgün vurğulamaqla və intonasiya və s.)ilə müəyyən olunur.

Təsirlilik nitqi onun digər insanların hiss və iradlarının fikrə təsirindən,onların qane olması və rəftarlardan ibarətdir.Təsirlilik nitqi müxtəlif olur: insanlara öyüd-nəsiət verə bilərlər,onlara məsləhət verə,əmr edə bilərlər,onlara hökm edə bilərlər, onlardan xahiş edə bilərlər və s. və i. Bütün bunlar müəyyən leksik ,qramatik və fonetik dil vasitələri ilə həyata keçirilir. 
Öyud-nəsihət izah etmək xarakterinə malikdirlər, hər hansı bir hərəkətin müsbət və mənfi tərəflərin açılmasıdır, onun nəticəsinin göstərilməsidir. Öyüd-nəsiət həmişə konkret, canlı misallar üzərində qurulur, danışanın nöqteyi nəzərindən düzgün hərəkət (əməl, rəftar) bəyənilir, yalanlar isə pislənilir. Öyüd-nəsihət öyüd verələnin öz hərəkətinin nə dərəcədə düzgünlüyünü, eyni zamanda ona uyğun olan emosianal münasibəti dərk etməyi məsləhət görür. Nəsihətin intonasiyası sakin tona malik olub, nüfuzlu və şübhə doğurmayan fikirdən ibarət olur. Çox vaxt siyyasətçilərin, satıcıların, tərbiyyəçilərin, çoxsaylı mediya nümayəndələrinin nitqlərinin vəzifəsi yalnız informasiyanın ötürülməsi deyil, eyni zamanda digər insanların hərəkətlərinə, baxışlarına və onları etiqadlarına təsir etməkdən ibarətdir. 
Məsləhəti (təklif) o hallarda verirlər ki, insan tərəddüt içindədir və ya nə edəcəyini bilmir. Kiməsə nə isə təklif etmək – bu o deməkdir ki, problemin həlli üçün bu da bir variantdır. Subyekt tərəfindən təklifin qəbul olunması təklifi irəli sürənin nüfuzundan, təklifin cəzbediciliyindən asılıdır. Bu hallarda nitqin məzmunu hərəkətin konkret ifadədən ibarət olur. Məsləhətin intonasiyası, məhs bu hərəkətin düzgün olmasında, məqsədəuyğun olmasına əmin olmaq intonasiyasıdır.
İnsanların temperamentləri görə aşağıdakıları qeyd edirlər:
Xolerik məsləhətə qarşı çıxır, sanqvinik ona maraq göstərir, melanxolik ondan qaçır, fleqmatik – onu rədd edir və ya vaxtı uzadır, beləki ona təklif üzərində düşünmək lazım olur.

Təlimat qısa məyyən vəziyyətlərlə ifadə olunur, onlarda məzmun dəqiqliklə göstərilir. Təlimatlar məntiqlə əsaslandırılmışlar və heç bir şübhə doğurmurlra.
 
Xahiş – xahiş edənin müəyyən maraqlarının razı salınmasıdır. Xahiş müxtəlif intonasiyalarla boyanmışdır: alçaldıcı yalvarışdan tələbə kimi. Xahişin ntonasiyası danışanların qarşılıqlı münasibətlərinə indikator kimi təsir göstərə bilər. Xahiş üçün əlavə sözlərin varlığı xarakterikdir Hansı ki, işin məqsədinə çatmaq niyyətilə ifadə olunur, məsələn: «sizdən çox xahis edirəm», «xahiş edirəm», «zəhmət olmasa» və s.
 
Əminlik hadisənin mahiyyətinin izahını, bu və ya digər sualın sosial və xüsusi əhəmiyyətini ayrılmasını özündə əks etdirir. Əminlik psixoloji təsir kimi insanda digərinin haqqlı olduğunu və özünə əmnlik hissini göstərməlidir. Əminlik eyni zamanda insanın nüfuzundunda asılıdır. Məsələn, Yeniyetmə dövründə uşaqlar çox vaxt öz yaşıdlarının fikrini tez qəbul edir nə inki valideyinlərinin.
Əmir digər insanını iradəsinə təsir edir və birbaşa və kəskin tələbin həyata keçirilməsi ilə nəticələnir. Əmir danışanların münasibətlərinin xarakterini göstərir: rəis – ona tabe olan. Əmir həmişə qısa olur, o tələbin əsas məğzini əks etdirir, məsələn: «İş otağını yığışdırın!» . Çox vaxt bu əmir forması qeyri müəyyənliklə əvəz olunur ki, bu da əmrə xüsusi güc verir, məsələn: «Dərhal buranı yığışdırın!» Əmrin intonasiyası əmr edənin enerji və iradəsini ifadə edir. Bəzən əmir cümlələri xahişə bənzəyir, lakin bu yalvarış deyil, məsələn: «zəhmət olmasa buranı yığışdırın».
Komanda öz xarakterinə görə əmrə yaxındır. Ondan təlim və məşqlər zamanı istifadə olunur. Məsələn: «Fərəqət!», «Marş!», «Olmadı!» və s. Komandanın nitqi həmişə lokanik və yalnız mövcud və vacib olan işi ifadə edir.
 
Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN