Nlp Və İnanclar ...

0
2208
Nlp Və İnanclar ...

Qızlarla tanış olmanın yolları müxtəlifdir. İnformasiya texnologiyaları inkişaf etdikdən sonra, artıq çox məşğul insanlar belə, ofislərdən və evlərdən kənara çıxmadan qarşı cinsin nümayəndələri ilə tanış olmaq imkanı qazanıblar. Ancaq bu çox da etibarlı metod deyil. Çünki, birincisi Azərbaycanın virtual məkanında qızlar çox vaxt öz fotoşəkillərini sərgiləmək istəmirlər. Baxmayarq ki, onlar da bu tanışlığa can atırlar, ancaq hamımıza məlum olan bəzi milli dəyərlər bunu açıq-aşkar etməyə mane olur. İkincisi, onlar bir qədər yazışmadan sonra videokamera və ya fotoşəkillə simalarını göstərsələr belə, bu o qədər də effekt vermir. Sonradan canlı ünsiyyət zamanı tam fərqli bir insanla tanışdığını fərq etmiş olursan. Doğrudur, bəzən ünsiyyətin bu növü uğurlu tanışlıqlarla da nəticələnir. Ancaq, mən yenə də imkan olarsa ənənəvi üsullara müraciət etmənizi tövsiyə edirəm.  “Virtual tanışlıq” mövzusunda jurnalımızın növbəti sayında geniş bəhs edəcəyik. İndi isə reallığa qayıdaq.

Çayxanada nərd və ya domino oynamaqla “qız bişirə” bilməzsiniz. Qızları tovlaya bilmək üçün, onlarla tanış olmaq üçün, mütləq onların olduqları yerlərə getmək, yaranacaq hər fürsəti dəyərləndirmək və hətta bu fürsətləri yaratmaq lazımdır. Qadın lotoreyadan çıxmır, əməklə əldə edilir. Sərf edəcəyiniz ilk əmək, onların olduqları yerlərə getməkdir. Məçhur latın şairi Ovidius öz kitabında belə deyir: “Yaxşı ovçu cüyürlərə harda tələ quracağını, azğın donuzları harda ovlayacağını bilir. Balıqçı, balıqların hansı sularda yığışdığını bildiyi üçün ora qarmaq atır. Bunlar kimi sən də, axtarıb qızların çeşməsini tapmalısan.”

 

Həqiqətən də, bu işdə Ovidiusun dediyini etməkdən başqa çarə yoxdur. Kəndlərdə qızlar su gətirmək üçün çeşməyə və ya quyuya getdikləri zaman bir ağacın altında oturmuş, onları seyr edən, onlara olan eşqlərini baxışları və davranışları ilə bəlli edən, əllərinə fürsət düşərsə bunu onlara söyləyəcək gəncləri hər zaman görürlər. Qızlar büruzə vermədən, yan baxışlarla onları süzərlər. Şəhərdəki məktəblərin qarşısında da qız gözləyən oğlanlar kifayət qədərdir. Məktəblərin qarşısında dayanıb gözləmənizi istəmirəm, əlbəttə. Qızlar hara gedirlərsə ora gedin deyirəm – çimərliyə, kinoya, rəqs meydançalarına, kafeyə, bulağa, tarlaya... Onların arxasınca kölgə kimi düşməlisiniz. Ovidius dediyi kimi, onlar “tamaşaya görmək və görülmək üçün gəlirlər”.

Görmək və görünmək! Nə sadəcə görmək, nə sadəcə görünmək. Bəli, həm görəcəksiniz, həm də görünəcəksiniz. İlk əlaqə gözlə başlayır. Bunu İngiltərədə bir məktəb həkimi hazırladığı anketdə ortaya çıxartmışdı. O, anketdə başqa suallarla birlikdə bu sualı da vermişdi: “Qarşı cinslə qarşılaşdığınız zaman öncə harasına baxırsınız?” Həkim sanırdı ki, oğlanlar cavab olaraq “məməsinə”, “ayaqlarına”, “ombasına” kimi cavablar yazacaqlar. Amma zərfləri açdıqda, cavabların eyni olduğunu görür: “gözlərinə”.

Məşhur film ulduzu Barbara Bouçet, “kişiləri necə əldə edirsiniz?” sualına belə cavab verib: “Ürəkdə duyulan hissləri gözlərlə büruzə vermək, məqsədə çatmağa kifayət edir”.

Həqiqətən də, qarşınızdakını bəyənməniz, ona maraq duymanız üçün onu görməyiniz gərəkdiyi kimi, qarşınızdakının da sizi bəyənib-bəyənmədiyini onun gözlərindən anlayarsınız. Gözlər yalan söyləməz. İnsan səsini və üzünün ifadəsini müəyyən qədər dəyişib, bədən dilini qismən də olsa pərdələsə də, gözünə hökm edə bilənlər çox azdır. Yalan söyləyənlər, əsasən gözlərini qaçırmağa  çalışırlar.

Göz çox təsiredicidir. Xüsusilə, açıq rəngli gözləri olanlar, tünd rəngli gözlərin içinə baxmamalıdırlar. Yoxsa asanlıqla  o gözlərin təsiri altında qala bilərlər. Ən yaxşısı, iki qaşın arasına baxmaqdır. Bu yolla qarşınızdakı insanın gözlərinin təsirindən qoruna biləcəyiniz kimi, onun sizin gözlərinizin təsiri altında qalmasına nail ola bilərsiniz.

İnsan ilk gördüyü birini ömrünün sonuna qədər unutmaya bilər. Amma bunun tərsi daha keçərlidir. Gündə bir neçə dəfə rastlaşdıqlarımızı belə, xatırlamaya bilərik. Buna görə də, görünmək istədiyimiz şəxsin diqqətini çəkməyi bacarmalısınız. Hərdən bu öz-özünə olur. Yaraşıqlı görünüş, geyim, uzun yə qısa boy, yüngül donqarlıq, saç və ya bığ stili, əllə-qolla və yüksək səslə danışma tərzi xüsusiyyətləri, siz fərqində olmadan belə başqalarının diqqətini çəkə bilər.

            Bu gün cinslərarası tanışlıq  haqda kiçik məlumatlar dərc etdik.


(ardı var)


"Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı

ŞƏRH YAZIN