Ata - Anasının Favoriti Olan Uşaq

0
2010
Ata - Anasının Favoriti Olan Uşaq

Purdue Universiteti, Lowa Əyalət Universiteti ilə Cornell Universitetinin tədqiqatçılarının, 309 ailədən 725 nəfərin iştirakı ilə etdiyi çalışma anaların yüzdə 60% - nin, ataların yüzdə 70% - nin uşaqlardan birini daha çox sevdiyini ortaya qoydu. Edilən araşdırmalar, valideynlərə uşaqları ilə, uşaqlara da valideynləri ilə yaşadığı emosional yaxınlıq, çatışma, qürur və xəyal qırıqlığı ilə əlaqəli suallar verdi. Təxminən 14 il davam edən araşdırmada əldə edilən məlumatlar, ata və anaların düşüncə və davranış baxımından özlərinə daha çox bənzəyən uşaqlarını daha çox sevdiklərini göstərdi.  Araşdırma, anasına daha yaxın olan uşağın, bacı – qardaşları ilə münasibətlərinin zəif olduğunu, daha çox məsuliyyət hiss etdiyini və depressiya riskinin daha yüksək olduğunu  bildirdi. Təqdiqatlara görə, valideynlərinin favoriti (sevimlisi) olan uşaq, yetkinlik yaşında belə bacı – qardaşlarının rəqabəti ilə qarşı – qarşıya qalır. Favorit  uşaqlar normaldan daha çox xəyal qırıqlığı və çatışma yaşayırlar. Tədqiqatçılardan Prof. Dr. Jill Suitor, analarıyla daha yaxın olan emosional münasibətə sahib uşaqların, bacı - qardaşlarına nəzərən daha çox depressiya simptomları göstərdiyinin müşahidə olunduğunu bildirdi. Araşdırma  “Journal of Gerontology”  jurnalında yayımlandı. 

 
Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN