Maaş artımına nail ol

0
2540
Maaş artımına nail ol

Heç kimə sirr deyil ki, uşaqlar anaları ilə daha çox zaman keçirir. Bu uşaqların tərbiyə olunmasında önəmli amillərdəndir. Amma atanın uşaq ilə daha çox vaxt keçirməsi də uşağın psixologiyasına müsbət mənada təsir edir. 

Belə ki, atası tərəfindən sevildiyini, təsdiqləndiyini hiss edən uşaq öyrənməyə daha meyilli olur. 
 
Zəkası inkişaf edir, sual verməsi, maraqları artır.

Atalar analarla müqayisədə müstəqil olmağa, öz ayaqları üstündə durmağa imkan verirlər.

Uşağın özünə etibarı, problem həll etmə qabiliyyəti artır.

Körpəlikdən gələn ana asılılığından, ananın girdabından uşağı ata çıxarır.

Qayda və sərhədləri tanıma, səhvlərini qəbul etmə artır.

Cinsi rol anlayışı 3 yaşında yetkinləşməyə başlayır, ailə içərisində rolları uşağın erkən öyrənməsi vacibdir. Ana, nənə, bacı arasında sıxışan oğlan uşaqlarında qız şəxsiyyətinə meyl artır.
 
Qız uşaqları isə oğlanların dünyasını anlamaq üçün ana-atanın bir-biriylə ünsiyyətindən təsirlənir və bu, gələcəkdə kişilərə baxış tərzinə, qarşılıqlı təsir keyfiyyəti və üsuluna təsir qoyur.

Atanın yoxluğunda yaşca böyük kişilərdən, müəllimlərdən xoşlanma, onlara yaxınlaşma və məsafəsini yaxşı qoruya bilməmək kimi xüsusiyyətlər qızlarda özünü göstərə bilər.

Atasından diqqət görənlərin isə iki nəfərin əvəzinə üçtərəfli, dördtərəfli dialoqlara uyğunlaşması artır. Əks halda məktəbdəki qruplaşmalarla bağlı çətinlik yaşayır, dostlarını heç kimlə bölüşməz. Tez-tez küsər, qaradinməz, tündxasiyyət olar.

Yetkinlik demək, tutarlı atalıq etmənin nəticəsi deməkdir. Lazım olandan artıq edəcəyiniz şeylər daha çox çətinlik yaradar.

Qorxulu olan, məsafəni qorumadan atalıq etməkdir. 
 
 
Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN