Diqqət Əksikliyi Olan Uşaqlara Yardımçı Oyunlar

0
10068
Diqqət Əksikliyi Olan Uşaqlara Yardımçı Oyunlar

Diqqət əksikliyi nədir? Hansı uşaqlarda rastlanır? Diqqət əksikliyi olan uşaq hansı oyunları oynamalıdır? Mütəxəssislərdən ailələrə tövsiyələr...

Diqqət dağınıqlığı olan uşaqların diqqətinin müddəti digərlərinə nəzərən daha qısadır.  Ona görə də diqqət problemi yaşayan uşaqların dərs çalışma proqramlarını qısa müddətli planlamaları daha faydalı olacaqdır. Məsələn 20 dəqiqə dərs oxuduqdan sonra 5 – 10 dəqiqəlik fasilə effektiv ola bilər. Ancaq burada əsas məsələ odur ki, uşaqların müxtəlif bəhanələrlə fasiləni uzatmasına, fasilələrdə TV izləməsinə yol verilməməlidir. Yetərincə diqqət və hafizə problemi yaşayan uşaqlar üçün verilən tapşırıqlar qısa, dəqiq və anlaşılır şəkildə olmalıdır. Afərin ! Çox yaxşı alınır səndə ! Bitirdin mi? Başladın mı? kimi sözlər uşaqların unutqanlığını azaldacaq. Xüsusən də məktəb qabağı və ya birinci  sinifə gedəcək uşaq üçün şəkilli kitablar tez sıxılan və diqqəti dağınıq olan uşaqlar üçün xeyirlidir. Şəkilsiz kitablar uşağa sıxıcı gələcək və onun öhtəsindən gələ bilməyəciyini düşünəcək. Oğlan uşaqlarında qız uşaqlarına nəzərən 3 dəfə çox görülən diqqət əksikliyinin müalicəsində ən təsirli metod təlim, oyun terpiyası ilə yanaşı ailə terapiyasıdır.  Uşaqlarda diqqət artıracaq çalışma və oyunlar : 
• İlan şəklində uzadılmış ipin üstündə uşağın gəzməyə çalışması, sini üzərinə qoyulmuş bir stəkan suyu gətirməsi  onun diqqətini paylamasına kömək edəcək. 
• Uşağa rəngləmə, muncuq düzmə kimi tapşırıqlar verilməlidir. 
• Gizlənən əşyanı tapmaq oyunu :  evin bir otağı seçilir və otaqdakı əşyalara diqqətli baxması tapşırılır. Sonra uşaq otaqdan çıxar və əşyalardan biri  gizlədilər. Uşaq otağa qayıdanda həmin əşyanı tapmalıdır. 
• Xəritə üzərində hər hansı ölkəni tapması oyunu ola bilər.
• Xatırlatma oyunu : uşağa bir dəqiqə ərzində şəkil göstərilir. Sonra şəkil götürülür və şəkillə bağlı suallar verilir. Məsələn, uşağın paltarı nə rəng idi, saçı necə idi və s.
• Fərqli olan şəkili tapmaq : uşaqdan ona göstərilən şəkillərdən hansının fərqli olduğu və nəyinə görə fərqli olmasını söyləmək tapşırılır. Məsələn, 3 balıq şəklinin yanına 1 çiçək şəkli, yaxud cansız əşyaların yanına bir heyvan şəkli qoymaq və s. 
• Şəkilləri xatırlama : ata – ana kağıza bir neçə geometrik şəkil çəkir, uşağa onları yadda saxlaması tapşıırılır və şəkil götürülür.  Sonra yadında qalanları çəkməsi istənilir. 
• İki oxşar şəkil arasındakı fərqləri tapmaq : iki bir – birinə bənzəyən amma kiçik fərqliliklər olan şəkil arasındakı fərqlilik tapılır. 
• Danışılan hekayə və ya nağılla bağlı suallar vermə : uşağa bir hekayə danışılır və bəzi suallara cavab verməsi istənilir. Bu çalışma ilə uşağın diqqətinin artırılması həyata keçirilir.
• Oxuduğunu danışma :  uşağa qısa bir mətn verilir, sonra oxuduqlarını izah etməsi istənilir. Bu da uşağın oxuduğuna diqqət yetirməsini artırır. 
• Son hərfdən söz tapmaq : oyunçulardan biri bir söz deyərək oyuna başlayır. Ondan sonra gələn oyunçu həmin sözün son hərfi ilə başlayan söz tapır. Oyun bu şəkildə davam edər. 

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN