Düzgün Peşə Seçimi

0
3880
Düzgün Peşə Seçimi

Peşə seçimi həyatda ən önəmli qərarlardan biridir. Doğru peşəyə maraq yeniyetməlikdə deyil, məktəbqabağı dövrdən başlayır. Ailələr uşaqlarının hər sahədə xoşbəxt və bacarıqlı olmalarını arzu edər, bunun üçün əllərindən gələni edərlər. Bir çox ata – ananın bu mövzuda həssas olmasına rəğmən uşaqlarını tam olaraq necə dəstəkləyəcəklərini bilmirlər. Yaxşı bir təhsilin həyatda uğur qazanmağa təməl olacağına inanaraq məktəbdəki uğuruna yönəlirlər, əslində uşağın peşə seçiminə marağının başladığı dövr məktəbəqədər dövrdür. Valideynlər məktəb qabağı dövrdə müəyyənləşdirməlidirlər ki, uşağın bacarığı, qabiliyyəti necədir, sosial mühitdə və oyun qruplarında marağının nələr olduğunu doğru, obyektiv olaraq dəyərləndirmələri lazımdır. Uşağınızı başqaları ilə müqayisə etməyin. Həyatın ən kritik anlarından biri olan peşə seçimi, insanların toplumdakı yerini, yaşayış standartlarını və sosial çevrəsini müəyyənləşdirən çox önəmli qərardır. Bu qərarı verərkən ailələr tez – tez yanlış edərlər. Qardaş və ya qonşu uşaqlarla müqayisə etmək, özlərinin reallaşdıra bilmədiyi arzularını uşaqlarının həyatlarında gerçəkləşdirmək, ata peşəsinin davam etdirilməsi kimi basqı, bir – birinin xətri üçün peşə seçiminə məcbur etmək ailələrin ən çox etdiyi yanlışlardır. Uğur qazanmaq adına edilən bu səhvlər uşağın başını qarışdıracağı kimi ailədən də uzaqlaşmasına səbəb olacaqdır. Yeniyetməlik dövrünə təsadüf edən peşə seçimi, ailələrin qətiyyən gözdən qaçırmamalı olduqları ən önəmli dönəmdir. Bu dönəmdə məktəb qabağı dövrdən gələn maraqlarının yanında peşələri tanımağa yönləndirilərək rəhbərlik etmək zorlayıcı olmaq yerinə uşağın özünü tanımasına yardımçı olmaq lazımdır. Son qərarı ailələr deyil uşaqlar verməlidir, Seçiləcək sənət özlərinin deyil, uşaqlarının sənətidir. Ailəsindən dəstək alaraq potensialını kəşf edən uşaq diqqətli və xüsusi bir şəkildə sevərək, istəyərək öz peşəsini üstün tutacaqdır. Məqsəd toplumca “kariyera” yüksək olduğu bildirilən peşədən çox şəxsin özünü reallaşdıra biləcəyi, xoşbəxt və uğurlu ola biləcəyi bir sənəti seçməsinə imkan verməkdir.

Övladınıza necə kömək edə bilərsiniz? Uşağınıza cəmiyyətdəki sənət növlərinin çox  olduğunu açıqlayın. Digər peşələri də tanımasına yardımçı olun. Uşağın peşələrə cinsiyyət ünsürünə əsaslanaraq yanaşmasını əngəlləməyə çalışın. Peşənin sadəcə həyatı qazanmaq üçün deyil,  sevərək görə biləcəyi iş olacağını izah edin. Uşağınızın bacarıq və qabiliyyətinə uyğun olan sənət haqqında mütəxəssislərdən yardım alın. Maraq göstərdiyi və həvəsi olduğu peşəyə sahib olması üçün onun öz gücünü və biliyini inkişaf etdirməsinə kömək edəcək rahat məkan yaradın. Sizlər uşağınızın özünə ən uyğun işi seçməsinə kömək edə biləcək ən önəmli şəxslərsiniz. Uşaqlarınızın da bir fərd olduğunu, bacarıqları, hədəfləri, qabiliyyətləri və dəyərləri ilə özünə xas bir şəxsiyyətinin olduğunu unutmayın. NLP – Özünü inkişaf mütəxəssisi Sonay Ergene.

 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN