Gecə Yatağını İslatma

0
2259
Gecə Yatağını İslatma

Uşaqlarda yatağını islatma həm psixoloji, həm də fizioloji səbəblərlə əlaqəli ola bilər. Gecə yuxusunda altını islatan uşaq üçün bu əsl işgəncədir. Altını islatma, yuxuda ikən fərqində olmadan sidik buraxma kimi xarakterizə olunur. Körpəlikdən yenicə çıxmış uşaqlar bu halda xüsusi mühafizə yolları sınayaraq işin içindən çıxmağa çalışırlar. Daha çox 3 – 4 yaşından sonra uşaqlarda gecə və ya gündüz uşağın iradəsi xaricində altını islatma problemidir. Belə ki, bu hal uşağın ailə münasibətlərinə, sosial əlaqələrinə, bütövlükdə ruhi  sağlamlığına mənfi yöndə təsir edir. Normalda, uşaqlarda həm tualet təliminin təsiri ilə, həm də sidik saxlayan əzələlərin güclənməsi sayəsində onlar həm gündüz, həm də gecə sidiklərini saxlaya bilərlər. Əslində 2 yaşdan sonra fiziki bacarıqları əl verdikləri üçün tualet təlimini mənimsəyər. 3 – 4 yaş aralığında isə gecə yatağını quru saxlamağı bacarır. Alt islatmanın orqanik mənşəli və ya inkişaf geriliyinə bağlı olması ilə yanaşı, ailənin verdiyi tərbiyənin də düzgün olmaması buna səbəb ola bilər. Ata – ananın alt islatmanı mühüm problem olaraq görməməsini, sonrakı yaş dövrlərində pampers bağlama və ya çox qatı bir tualet təliminin verilməsi xoşagəlməz hallar arasındadır. Ən önəmli səbəblərdən biri, onların yuxularının çox ağır olmasıdır. Uşaq və yeniyetmələrin yuxularında altını islatdıqdan sonra oyana bildiklərini və yenidən islaq halda yuxuya getmələridir. Uşaq 2 – 3 yaşında özünə nəzarət etməyi öyrəndikdən sonra da bu problem yarana bilər. Burada yenə də orqanik səbəblər, keçirilən qəza və ya atəşli  xəstəliklər uşağın sidik kontrolunu itirməsinə səbəb ola biləcəyi kimi psixoloji cəhətdən də onlar çox ağır problemlər yaşayırlar. Uşağın özünü güvəndə hiss etməməsinin səbəbi  yeni evə köçmə, ailə üzvlərindən və ya çox sevdiyi birinin ölümü, yeni bir bacı – qardaşın doğumu, eləcə də stressli keçən tualet təlimi bu problemin meydana çıxmasına səbəb ola bilər. Psixoloji amillərlə şərtlənmiş alt islatmalarını 5 – 6 seanslıq hipnoterapiya sonunda yaxşılaşma 95 % kimi göstərilə bilər. Xüsusən də yeniyetmələrdə hipnoterapiya daha yaxşı nəticə verir. Yeniyetmə və ya uşaqlara hipnoterapiya məşqlərində çox sevikləri bir əşyalarını çarşaflarının ( yaylıqlarının ) altına qoyaraq, şüuraltı  texnikası ilə əşyanı qoruma, yəni islatmama kimi məsuliyyəti tamamilə onlara verməkdir. 


HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN