Heyvan Sevgisinin Uşağın İnkişafına Təsiri

0
3228
Heyvan Sevgisinin Uşağın İnkişafına Təsiri

4 Oktyabr - Heyvanları Qoruma Günündə uşaqlara heyvan sevgisi aşılamağın vurğulanması, uşaq vaxtında qazanılan davranış və alışqanlığın sonrakı dövrlərdə də təsirli olduğunu bildirən Psixoloq Güzide Soyak bu məsələ ilə bağlı ailələrə məsləhətlər verdi... Yaşadığımız mühitdə sadəcə insanların olmadığını, digər bütün canlıların da bir – biriləri ilə qarşılıqlı münasibətdə yaşadıqlarını bilirik. Uşağın inkişafı ilk növbədə ana ilə olan bağlılıq, güvən duyğusunun formalaşması daha sonra isə ətraf mühitlə əlaqə şəklində baş verir. Oyuncaqları, istifadə etdiyi əşyaları, heyvan və bitkilərlə yaşadığı təcrübələr onun sadəcə koqnitiv sferasını deyil, emosional və sosial inkişafını da gücləndirəcək. Uşaqlar insanlarla öyrəndiyi bir çox təcrübələri heyvanlarla əlaqədə daha da inkişaf etdirəcəklər. Qəti şəkildə heyvanlarla münasibətdə hər hansı qadağa qoyulmamalıdır. Unutmayaq ki, bu, vəziyyətə xoşagəlməz təsir edəcək. Öz narahat duyğularınızı uşağa bildirməməyə çalışın. Heyvanlarla bağlı şəkilli kitablar, oyuncaqlar bu inkişafı dəstəkləyəcəkdir. Araşdırmalar göstərir ki, doğulandan bəri heyvanlarla birgə böyüyən uşaqların ünsiyyət qurma bacarığı və sosial əlaqələri daha yaxşı inkişaf etmiş olur. Ev heyvanlarının ehtiyacını qarşılayan, onların baxımına aktiv qatılan uşaqlar bu məsələyə daha həssaslıqla yanaşırlar. Uşaqların müxtəlif yöndən inkişafı təkcə heyvanlara olan sevgisi ilə deyil, həm də valideynlərin müsbət reaksiyası ilə əlaqədardır. Uşaqlara heyvan sevgisinin aşılanmasının faydaları nələrdir ?  

Empatiya bacarığının inkişafı – empatiya uşaqlarda heyvanlara olan diqqət və qayğı hesabına formalaşır. Heyvanların tələbatlarının ödənilməsi  onlarda insanlara qarşı da qayğıkeş olmalarını təmin edəcəkdir. Ev heyvanları ilə düzgün bağ quran uşaqlarda yardımsevərlik bacarığı formalaşır. Empatiyanın hansı səviyyədə inkişafı hansı növ heyvan bəslənməsinə görə də dəyişir. Araşdırmalara görə, köpək saxlayan uşaqlarda  empatiya daha yüksək inkişaf edir. 
Uşağın özünə hörməti və güvəni artır – müəyyənləşdirilmişdir ki, ev heyvanı saxlayanların saxlamayanlara nəzərən psixoloji vəziyyətləri daha sağlam olur, onlar problemlərin  öhtəsindən nisbətən asan gəlir, nizam – intizama uyumlu olur və özlərini daha az yalnız hiss edirlər. 
Öz qərarlarını verməyi bacarır – ev heyvanı olan uşaqların sosial və duyğusal inkişafında digər bir məqam onların öz qərarlarını özləri vermələrinə kömək edir.  Xüsusən də yeniyetməlik dövrünə keçid zamanı uşaqların daha çox məsuliyyət almasına kömək edir. 
Ailənin əlaqələri güclənir – evdə ev heyvanının olması ailə üzvlərinin birlikdə keçirdiyi zamanın artmasını və ailə bağlarının güclənməsini təmin edir. Uşaqların bacı - qardaşları arasında da ortaq maraq nöqtəsinin olması münasibətlərə müsbət təsir edir. Valideynlərin digər diqqət etməsi lazım olan məqam ilk olaraq onların özlərinin heyvanlara qayğı və sevgi göstərərək uşaqlara yaxşı nümunə olmalarıdır. 

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN