Onlar qarşısında bizim borcumuz nədir?

0
2191
Onlar qarşısında bizim borcumuz nədir?

 Valideynlər başımızın tacıdır. Bu gün var olmağımızın səbəbkarı olan insanlardır. Övladı dünyaya gətirən, onu böyüdüb boya–başa yetirən və tərbiyə edən insanlardır. Ona görədə, İslam dinində ən yüksək tövsiyə ata və anaya edilən itaət və ehtiram barədə verilib. İslam təkidlə valideynin hörmətini saxlanmasını vurğulayır. Ata-Ananın məqamı o qədər ucadır ki, Allah-təala öz kəlamında tövhidi yada saldıqdan sonra valideynə edilən ehsan və hörməti önə çəkir və belə buyurur: 


- “Allahdan savayı başqa bir tanrı qəbul etmə, yoxsa xar olar, zəlil vəziyyətə düşərsən.

- Rəbbin yalnız Ona ibadət etməyi, valideynlərinə yaxşılıq və ehsan göstərməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara uf belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış (İsra.22-23)”

Allah-təala sonra buyurur:

- “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb:

-“Pərvərdigara!” Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”-söylə”

Hədislərdə böyük günahlar sadalanarkən valideynlə pis rəftar şirkdən (Allaha şərik qoşmaq) sonra böyük günah sayılır. Peyğəmbəri-əkrəm (s) bir hədisində belə buyurub:

“Behişt anaların ayaqları altındadır”

ŞƏRH YAZIN