Onunla Danışarkən Pozitiv Cümlələr Qurun

0
2014
Onunla Danışarkən Pozitiv Cümlələr Qurun

Valideynlərin pozitiv cümlələr qurması gərəkdiyini bildirən The Journey ilə şüuraltı səyahət mütəxəssisi Selda  Soytürk Akyılmaz, uşaqlarda məsuliyyət hissinin inkişafı üçün lazım olanları  izah etdi. Ata – anaların uşaqlarla gündəlik danışıqda pozitiv cümlələrdən istifadə etməyi  vərdiş halına gətirməyin vacibliyini vurğuladı.  Övladına üzməyi öyrətməyə çalışan bir atanın “qorxma üz” cümləsi yerinə “bütün cəsarətini toplayıb özünü sınaya bilərsən” deməsi daha uyğun olar. “Qaçma yıxılarsan” cümləsi də bir az mənfi yöndədir və şüuraltı bunu “qaç və yıxıl” şəklində qəbul edər. Bu dəfə də uşaq yıxıldığı üçün “mən sənə demədimmi? “ deyirik. Bir uşağın ən çox ehtiyac duyduğu güvən duyğusudur.  Güvəndə olduğunu bilən uşaqda qorxu hissi baş qaldırmaz. Dolayısı ilə uşağa hər zaman sevildiyi və nə olursa olsun onun yanında olunması hiss etdirilməlidir. Diqqət əksikliklərində əgər ciddi bir tibbi problem yoxdursa mütləq uşağı bu şəkildə davranmağa məcbur edən səbəb tapılmalıdır. Hansı ki, bu səbəb şüuraltında saxlanır və müxtəlif reaksiyalar şəklində üzə çıxır. Ona qışqırmaq yerinə anlamağa çalışmaq ən doğru davranış olar. Uşaqları nə olursa olsun mütləq cəsarətləndirici cümlələrlə yönləndirmək lazımdır. Bir çox ata – ana otağa kamera qoysa və tam bir günlük çəkilişdən sonra bu videonu izləsə uşaqlarına nə qədər çox “dayan,  sən edə bilməzsən” dediyini görər.

Icazə verin məsuliyyət alsınlar:

Bir çox hallarda valideynlər davamlı olaraq uşaqları adına nələrsə etməyə çalışırlar. Dolayısıyla uşaqlar məsuliyyət alma bacarığından uzaq böyüyürlər. Nə də olsa, onların adına həmişə işləri görən valideynlər var, niyə əziyyət çəksinlər ki? Ana uşaq yeməyi  tökməsin deyə özü yedirtməyə çalışır, vaxt itirməsin deyə paltarlarını özü geyindirər və bütün bunlara əlavə olaraq bir də müəllim uşağa hirslənməsin deyə ev tapşırıqlarını belə özü etməyə çalışar. Bu uşaq müəyyən yaşa çatdıqda “bu yaşa gəldin hələ bir baltaya sap ola bilmədin” deyə danlanar. 

Valideynlərin doğru bildiyi yanlış davranışlar şüuraltına necə təsir edər? Bütün bu yanlış davranışlar ilk olaraq uşağın özünə inamını zədələyər. Özünə inanmaqda sıxıntı yaşayan uşağın hərəkət sahəsi məhduddur. Qorxu və qayğılar başlayar, iş və şəxsi həyatda uğursuzluqlara düçar olar, maddi problemlər yaşayar və s. Ən pisi də odur ki, sonda insan artıq özünü sevməyən və özünə dəyər verməyən biri olar.
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN