Beyninizi Inkişaf Etdirin!

0
3150
Beyninizi Inkişaf Etdirin!

Pedaqoq seçərkən nələrə diqqət etməliyik? Günümüzdə bir çox ailə valideynlik vəzifəsini yerinə yetirərkən uşaqları ilə əlaqədar yaşadıqları problemlərdə pedaqoq yardımına baş vurur. Amma elmi cəhətdən dəyərləndirdikdə belə sual qoyulur ki, kimlər və hansı yollarla bu vəzifəni yerinə yetirə bilərlər? Təəssüf ki, bu sualın cavabı tam olaraq məlum deyil. Əlbəttə bu, tək bir cümlə ilə açıqlanması çətin olan məsələdir, amma izah etmək lazımdırsa pedaqoq : 0 – 18 yaş arası uşağınızın intellektual, psixi, emosional və sosial inkişafında sizə yardımçı olmağı məqsəd olaraq müəyyənləşdirən uşaq psixologiyası və təlim – tərbiyəsi üzrə mütəxəssisidir.  Pedaqoqlar ilkin olaraq uşağın psixi sağlamlığını qorumağa yönəlik fəaliyyət göstərirlər. Sağlam şəkildə psixi, emosional, intellektual və sosial cəhətdən inkişaf edən uşaqlar  sağlam şəxsiyyətə sahib olarlar və  bu da xoşbəxtlik və uğuru özü ilə gətirər. Valideyn olaraq uşaqlarımızı ən doğru və ən sağlam şəkildə yetişdirməyi məqsəd etmiş olsaq da bəzi anlarda fərqində olmadan edilən yaxşı niyyətli xətalar və ya uşağımızın bu gününü və gələcəyi ilə əlaqəli olaraq alınmış yanlış qərarlar, gözləntilərimizin əksinə olan problemlərlə qarşılaşırıq. Bu və ya oxşar  hallarla qarşı – qarşıya qaldıqda valideynlər, doğru qərarlar almaq üçün bir mütəxəssis yardımına ehtiyac duya bilərlər və pedaqoq yardımı ilə də problemləri həll edə bilirlər. Pedaqoq hansı mövzularda bizə yardım edə bilər? Uşağımızın doğumu, körpəliyi, uşaqlığı, yeniyetməliyi və yetişkinliyi boyunca davam edən müddət olan valideynlik, düşünülənin əksinə, doğuşdan gələn bir bacarıq deyildir. Doğru zamanda doğru qərarlar, uşağımızın bio – psixo – sosial ehtiyaclarında göstərilən diqqət və təmənnasız sevgi ilə  bu müddət ən az problemlə keçilərək, həm fizioloji həm sosial həm də emosional baxımdan sağlam övlad yetişdirmə yolunda əmin addımlar atıla bilər. Bu dövr ərzində öz fəaliyyəti ilə bizə yardım edə biləcək şəxslər isə pedaqoqlardır. Pedaqoqlar ümumən uşaqlarımızın hərtərəfli inkişafının və təlim – tərbiyəsi kimi məsələrdə bizlərə rəhbərlik edən uşaq psixologiyası və təlimi mütəxəssisləridir.

Pedaqoq yardımına nə zaman baş vurmalıyıq? Uşaqlarımızı pedaqoqa aparmaq üçün mütləq bir problem yaşamasını gözləməməliyik. Problemlərin ortaya çıxmasından əvvəl alacağımız önləyici peşəkar xidməti, uşaqlarımızla daha keyfiyyətli bir münasibət qurmağımıza, onların istək və ehtiyaclarını doğru anlama və onlar üçün ən sağlam qərarları vermə mövzusunda bizə yardımçı olacaqdır. Bu gün Avropada və Amerikada demək olar hər ailənin bir ailə həkimi olduğu kimi bir də ailə terapevti varkən, ölkəmizdə psixoloji yardım almaq mövzusunda təəssüf ki, böyük bir problemimiz olmadığı müddətcə psixoloq və pedaqoqa yönəlik deyilik. Valideynlər olaraq uşaqlarımızın inkişafının hər tərəfi ilə əlaqəli mütəxəssis yardımının çox önəmli olduğunu unutmayaq. Əlbəttə yardım alacağımız mütəxəssisləri seçərkən peşəkarlığından tam olaraq əmin olduğumuz şəxslərə yönəlməliyik. 


HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN