Psixoloqa Gedəcək Uşağa Nə Deyilməlidir?

0
1622
Psixoloqa Gedəcək Uşağa Nə Deyilməlidir?

Psixoloq Büke Yangın, psixoloqla ilk görüşməyə getmədən əvvəl uşağa necə açıqlama verməyimizdən danışdı. Gündəlik həyatın çətinlikləri, iş həyatı, ailə münasibətlərində yaşanan problemlər bəzən baş etməkdə çətinlik çəkdiyimiz  hallardır. Elə bu nöqtədə həmin çətin vəziyyətlərdə mütəxəssis yardımına ehtiyac duyuruq. Bir yetişkin olaraq, ya dostlarımızın təcrübələrindən, ya TV-dən, ya internetdəki məlumatlardan, ya da oxuduqlarımızdan müəyyən qədər bilirik ki, psixoloqla görüşmək necə bir şeydir.  Ilk görüşməyə gəldiyinizdə müxtəlif narahatlıqlarımız olsa da, terapevtin terapiya müddəti ilə bağlı verdiyi bilgilər sayəsində bir az daha dəqiqləşmiş fikirlərlə otaqdan çıxarıq. Yetkin insanlar kimi, uşaqlar da öz dünyalarında, ailələriylə, məktəblə əlaqəli çətinliklər yaşayırlar. Yenə bu nöqtədə uşağınıza qarşı dürüst olun.  

Psixoloqla ilk görüşməyə getmədən öncə uşağa nə söylənəcəyi yaş qruplarına görə bir az fərqlilik göstərə bilər. Ancaq hər yaş qrupunda  önəmli olan nöqtə uşağa qarşı dürüst olmaqdır. Uşağa “mənim bir dostumla görüşə gedirik”, “məktəbdəki kimi bir müəllimənin yanına gedirik” kimi real olmayan şeylər söylənilməsi, ailəyə qarşı güvənin itməsinə yol açar. Bunun yerinə kiçik yaş qruplarında, izahın qısa və dəqiq edilməsi, uşağın fikirlərinin qarışmasını önləyəcəkdir. Uşaqlar hansı yaşda olursa olsunlar, ətrafda olub bitənin duyğusal olaraq fərqindədirlər, ona görə də ev içində yaşanan aşkar problem varsa uşaq bunu biləcəkdir. Ancaq ailə içi xüsusi məsələ varsa və uşağınızın bu vəziyyətdən hələ xəbəri yoxdursa (boşanma, şiddət) psixoloq ilə əvvəldən bu mövzunun müzakirəsi və sonda terapevtin məsləhətinə görə bir müddət uşaqla, müəyyən müddət isə yalnız davam etməsi  daha uyğun olacaqdır. Ailələrin kiçik yaşlardakı uşaqlara, onların canını sıxan şeylərin keçməsi üçün biri ilə görüşəcəklərini, orada oyun oynayıb söhbət edəcəklərini izah etmələri yetərli olacaqdır. Ilk seansla birlikdə terapevt, ailəyə, uşağa, uşağın yaşına uyğun şəkildə kim olduğunu və gedişatı açıqlayacaqdır. Məktəb uşaqları isə psixoloqa getməklə əlaqəli bir şeylər eşitmiş ola biləcəkləri üçün bununla əlaqəli nə bildiyi haqqında onunla qısaca danışıb sonrasında yenə eyni şəkildə, yaşadığı bu sıxıntıların azalması və daha yaxşı hiss etməsi üçün biri ilə görüşəcəyi, burada oyun oynayıb, bir az danışa biləcəyi izah oluna bilər.

Yeniyetmələrdə vəziyyət bir az qarışıqdır. Bəzi yeniyetmələr özləri öz istəkləri ilə psixoloqla görüşmək istəyə bilərlər.  Ancaq bəzi psiyemtlərdə yaşanan problemlər, terapiyada bir əngəl duymalarına yol aça bilər. Bu nöqtədə yeniyetmənin bu çətinlikləri aşması üçün ilk növbədə öz həyatının daha yaxşı hala gəlməsi üçün bir mütəxəssislə görüşməsini tövsiyə etmək yerində olacaqdır. Amma heç bir halda terapiyaya qatılmaq istəmirsə, yardım etmə istəyinizi anlaşmazlıq yaradacaq bir nöqtəyə gətirmək problemə səbəb olacaq və fayda verməyəcəkdir. Bunun kimi vəziyyətlərdə psixoloqunuz ilə siz ön görüşmə təşkil edərək gedişatı daha asan idarə edə bilər və pasiyenti terapiyaya inandırmaq nöqtəsində yardım ala bilərsiniz. Bəzən ailələr uşaqlarını terapiya otağına girmədən əvvəl içəridəki psixoloqa hər şeyi danışmaları gərəkdiyini, dərdləşəcəklərini söyləyə bilərlər. Içəridə önəmli olan əvvəl ailənin və uşağın güvən hiss etməsidir. Əsasən,  hər şeyi danışması vacibliyi daha ilk seansdan real və düzgün deyildir. Uşaq özünü hazır və güvəndə hiss etdiyində öz – özlüyündən istədiyi mövzular haqqında istədiyi qədər danışacaqdır.( Psixoloq - Büke Yangın) 

 
HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN