Tək Uşaq Yoxsa Çox Uşaq?

0
2201
Tək Uşaq Yoxsa Çox Uşaq?

Ailələrin uşağa bir şəxs kimi yanaşmalarının vacib olduğunu bildirən Pedaqoq Elif İpek, tək uşaq olmanın yararları və zərərləri haqda danışdı. Tək uşaq olmaq və çox uşaqdan biri olmaq. Hər iki vəziyyətin özünün avantajları və dezavantajları vardır.

Tək uşaq olmaq: diqqət mərkəzində olmağı, ailə ilə doya – doya zaman keçirmə fürsətinin yüksək olmasını, istəklərinə daha tez çata bilməsini, ailənin gözləntilərini, ehtiyaclarını qarşılamaq mövzusunda da yalnız olmağı izah edir.

Çox uşaqlı ailənin uşağı olmaq: imkanları paylaşmağı, uşağı ana – atadan daha çox anlaya biləcək birinin yanında olmasını, bilgi və xəyal gücü axışının daha sürətlə olmasının, oyun yoldaşının yanında olduğunu bilmənin rahatlığı vardır. Bir fərdin dünyaya gəlməsinə yol açmaq, onun inkişafını və böyüməsini dəstəkləmək və rəhbər olmaq çətin bir iş olmaqla bərabər məsuliyyətli işdir. Müasir dövrümüzdə öz   ata – analarımızdan öyrəndiklərimizə əsaslanaraq uşaq tərbiyə etmək kifayət etmir. Uşağı tanımanın, dinləmənin, onlarla danışmağın yollarını öyrənməyi, inkişaf xüsusiyyətlərinin bilməyi gərəkdirir. Uşağa bir “fərd kimi” deyil, bir “fərd olaraq yaxınlaşmağı”, yetkin insana danışırmış kimi deyil, uşağın yaşına uyğun danışmağı, dinləməyi, anlamağı gərəkdirir.  Ilk uşaq dünyaya gəldikdən sonra təkrar eyni mərhələni tamamən fərqli şəkildə yaşamağa, uşaqlar arasında münasibətləri sakitlik və məntiqi olaraq qarşılamağa, maddi imkanları hər uşağa yetəcək şəkildə yönləndirə bilməyə, əkiz belə olsa fərqli bir fərd oluqlarına inanmağa və hörmət etməyə hazır hiss edərlərsə uşaqlarına verə biləcəkləri qardaşlıq əvəzedilməz bir duyğudur. Ümumiyyətlə bacı – qardaşlar arasında münasibətlər sağlam şəkildə qurulmalıdır. Gecə qorxanda “bacı, yatmısan?” deyə bilmək,ana – ataya qarşı koalisiya yürüdə bilmək və s. hallar ancaq bacı – qardaşın bir – birini anlaya biləcəyi vəziyyətlərdir.  Bu dəyərli duyğular, uşaqlar arasındakı münasibətlər sağlam şəkildə qurulmazsa, ailə tərəfdən yönləndirilməzsə bəhs etdiyim bu rəngli tablo hər an yanınızda partlamağa hazır olan xaos halına gələ bilər. Ailə içi əlaqələr pozular, ana –ata rəhbərliyim itirər, uşaq sağlam olmayan mühitdə böyüyər. Əgər üçüncü uşağınız dünyaya gəlibsə bu işləri daha da çətinləşdirər. Çünki ortancıl uşağın hələ uşaq ikən birdən – birə həm uşaq həm də böyük qardaş (bacı) olması vəziyyəti  uşaqların öz aralarındakı münasibətdə gərginliklərə və məsuliyyətə səbəb olar. Ən kiçik uşaq isə məkandakı şərtləri dəyərləndirmə və boşluqları doldurma mövzusunda ustalaşar. Böyüyərlər, amma necə?  Cütlüklərin çoxu ana – ata olmaq hissini dadmaq istərlər.  Bunu bir qayda olaraq deyil, məsuliyyəti böyük bir rəhbərlik olaraq görmək, bir körpənin doğulduqdan sonra ilk 6 il içində beyin inkişafının böyük bir qisminin tamamlandığını  və bu mərhələdə hansı təhsil müəssisəsinə davam edərsə etsin ən çox ailəsindən öyrəndiyini göz önünə qoymaqla hərəkət etmək, bu gününün kiçiyinin sabahın böyüyü olduğunu düşünmək, qardaşlığı sağlam mühitdə yaşandığında möhtəşəm bir duyğu olduğunu bilərək davranmaq yararlı olcaqdır. 

 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN