Uşaqlarda 2 Və 4 Yaş Sindromu

0
17349
Uşaqlarda 2 Və 4 Yaş Sindromu

2 yaş sindromunun uşağın valideynlərinə “ Mən varam ” demək istəməsi cəhdindən, 4 yaş sindromu isə “ Məhdudiyyətlərin olduğu mühitin doğurduğu anlaşılmazlıqlardan “ irəli gəlir. 2 yaş sindromu olaraq ifadə edilən amma, əslində psixososial inkişafda kritik bir dönəmdən keçən uşağın valideynləri ilə münasibət qurma və dünyaya “ Mən də varam “demək cəhdi olaraq görülməsi lazım olan bir hadisəni hər hansı psixoloji xəstəlik, böhran dövrü və ya uşağın əksik bir tərəfi kimi qəbul etmək doğru deyildir. Doğulduğu andan etibarən ata – anaya həyati ehtiyaclar çərçivəsində bağlı olan körpə ilk addımlarını atmağa başladığı andan etibarən özünü bir anda möcüzələr diyarında hiss edər. Anası olmadan həyatda qalması belə mümkün deyilkən yaşamının idarəsini öz qaydaları ilə ələ keçirər. Əsasən 12 -18 ay arasında başlayan bir dövrdə kənardan gələ biləcək və ya öz başına gətirəcək təhlükəli vəziyyət və davranışların fərqində olmayan uşaq riskli davranışlara qarşı meyillidir. Bu dövrdə ətrafı kəşf etməyə çıxan körpənin başına gələ biləcək təhlükə anlayışından heç bir xəbəri yoxdur. Kiçik bir yeniyetmə kimi hər istədiyini etməyə çalışan uşaqların bu davranışlarına qarşı valideynin yanlış reaksiyaları bu müddəti 2 yaş sindromuna sürükləyər.  Əslində mən (Pedaqoq, ailə terapevti Serap Melek Kılıç) bu dövrü “ 2 yaşlı körpəsi olan valideyn sindromu “ olaraq qəbul edərdim. Səbəbini soruşsanız deyə bilərəm ki, bu dövr uşaqlar üçün heç bir problem təşkil etməzkən, valideynlərin mühafizəkar, sərhədlər qoyan davranışları onların daha kəskin, inadkar hala düşmələrinə səbəb olur.

2 yaş sindromuna : öz – özünə yeriməyə başladıqdan sonra əllərinizi buraxaraq təkbaşına hərəkət etmək istəyi, yeməyini özü ətrafa dağıdaraq yeməsi və istəmədiyi qidalardan imtina etməsi, yemək seçməsi, şirniyyat, şokolad və ya TV kimi anlayışlara qarşı maraq, istədiyi zaman yatmaq, istədiyini almaq üçün öz bildiyi üsullarla, ağlayıb, nadinclik etməklə ona meyl etmək kimi davranışları misal göstərə bilərik. Valideynlərin nöqteyi – nəzərindən baxdıqda isə inadlaşma, ağlama krizləri, qayda tanımama, yemə problemləri, həyəcanlı davranış, sosial uyumsuzluq və yuxu problemləri qeyd oluna bilər. Əslində  2 yaş körpənin öz istək və ehtiyaclarını öz bildiyi yoldan sonunu düşünmədən əldə etmə cəhdi ilə, ata – anaların uşaqlarını təhlükəli vəziyyətlərdən qoruma istəyi arasında gedib – gələn bir haldır. Bu vəziyyətdə ortaq nöqtəni qorumaq lazımdır. Bu müvazinəti qorumağa çalışarkən vəziyyət kimi zaman uşaqlar üçün kimi zaman da valideynlər üçün həssas hala gələ bilir ki, bu da özlüyündə problem davranışın yaranmasına səbəb olur.

Bəs 2 yaşlı uşağı olan valideynlər bu mərhələni sindroma çevirmədən necə keçirə bilərlər? Əlbəttə, ilk olaraq səbr və empatiya gəlir. Məsələyə təkcə öz baxış tərzimizdən deyil, bir də onların gözü ilə baxmağa çalışsaq, vəziyyət asanlıqla kontrol altına alına bilər. Bir gərginlik və inadlaşma halında uşağın qarşısına keçib öz qaydalarınızı yeritməyə çalışmaqdansa, onun bu istəyini uyğun bir şəkildə gözdən keçirmək və ya alternativ bir variant təklif etməklə məsələni yüngülləşdirmək olar. Kriz anlarında bir neçə saniyə  durub özümüzə və yaşanan olaya bir tablo kimi yuxarıdan baxmaq  və fərqli baxış tərzləri ilə məsələni yenidən gözdən keçirmək və uşağımızın bizdən nə istədiyini daha yaxşı başa düşməyə çalışmaq faydalı olardı. Daha sonra isə ona yönəlmiş həll yerinə, uşağın xoşuna gələcək iki və ya daha çox seçim təklif edərək uzlaşmağa çalışmaq lazımdır. Gərginlik davam edirsə əgər diqqətini sadə bir baxışla dağıda biliriksə bu çox yaxşıdır, amma əgər bu hal hələ də davam edirsə valideyn hadisənin baş vediyi məkanı qısa müddətliyinə tərk edib uşaq sakitləşdikdən sonra uşaqla birlikdə yaşananları yenidən gözdən keçirmək olar. Cəza vermək, hirslənmək, qışqırmaq, təhqir etmək, “ sən onsuzda.... həmişə, heç, hər zaman, bundan sonra “ kimi kəlimələr demək yerinə qarşılıqlı işbirliyini hədəf ala bilərsiniz. Unutmamalıyıq ki, biz işbirliyi və ya empatiya anlayışlarını uşağa öyrətməsək və öz qaydalarımıza məcburən əməl etmələrini istəsək, onlar da güclü olduqları mövzularda bizə qarşı inadkarlıq və anlayışsızlıq göstərərlər.  

4 yaş sindromuna nəzər saldıqda isə yuxarıda yazdıqlarımıza əlavə olaraq 4 yaş dönəmi sosial bacarıqlarını inkişaf etdirmə, valideynin köməyi olmadan sərbəst hərəkət etmə istəyi, bağımsız hala gəlməsi, bağça, məktəb yaşantıları kimi məsuliyyət və sərhədlərin əsas olduğu bir məkanda yer alma, əsasən ailəyə yeni qatılan körpə ilə sağlam münasibət qura bilmə cəhdləri ilə yaranan həssas vəziyyətlərdir. Bu sindromla da baş etməyin yolu demək olar ki, 2 yaş sindromundakı kimidir. İlk olaraq səbr və empatiya lazımdır. Bu dönəmin valideynlər tərəfdən anlayışla qəbul edilməsi uşaqların psixi inkişafına müsbət təsir edər. Empatiya və sevgi ilə böyüdülən uşaqlar dünyaya hər zaman daha gözəl gözlərlə baxarlar. 

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN