Uşaqların Dərs Oxumaq İstəməməsi Və Bu Problemin Aradan Qaldırılması

0
3520
Uşaqların Dərs Oxumaq İstəməməsi Və Bu Problemin Aradan Qaldırılması

Uşaqlar dərs oxumağı,ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər.Mütəxəssislərin fikrincə,bunun başlıca səbəbi diqqət əskikliyidir.
Müşahidələrimiz göstərir ki, əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa burada nə isə bir çatışmazlıq var.Uşağınız bütün cəhdlərinizə baxmayaraq,yazı masasında oturmursa və ya oturduqdan sonra qələm,pozan ilə oynayırsa,ayaqyoluna getmək,su içmək kimi bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə,bu zaman məktəbdə müəllimi ilə danışmalı,onun davranışını, diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməliyik.Əgər ciddi bir problem varsa,mütləq bu sahə üzrə mütəxəsislə görüşmək lazımdır.

Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf mühitin rolu danılmazdır.Dərs oxumaq üçün nəzərdə tutulan otaq təmiz olmalı,yazı stolunun üstündə yalnız dərs vəsaiti qoyulmalıdır. Ən vacibi,əgər mümkünsə yazı masası üzü divara doğru döndərilsin.Bu vəziyyətdə otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.

 
Xüsusilə ibtiadi sinifdə evə verilən tapşırıqları cox vaxt valideynlər həll edir.Bu halla hər birimiz qarşılaşmışıq.Ancaq bu doğru hərəkətdirmi? Yox,əsla.Əslində valideynlər sadəcə dəstək olmalıdırlar.Məsələn,“dərs oxumaq vaxtın gəldimi?”, “dərsin başlamasına 10 dəqiqə qalıb, hazırlaş” deyərək uşaqları sınamaq olar.Valideyn ev tapşırıqlarının yerinə yetirilməsinə yalnız nəzarət edə bilər,prosesdə iştirak edə bilməz.
 
Statistikaya görə,məktəbə tez getməyə başlayan uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər.Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir.Bunun üçün də müəllimlər tapşırıqları uşaqların yaş və qavrama səviyyəsinə uyğun verməlidirlər.
Bundan başqa müəllimlər dərsdə sinfin ən yaxşı və ən pis oxuyan şagirdini nümunə kimi göstərməməlidir.Yəni,təlim zamanı bütün şagirdlərə fərdi yanaşılmalıdır.Uşaqlara hədsiz dərəcədə çox dərs,tapşırıq da vermək olmaz.Misal üçün, 1-ci sinif şagirdi ilə 30 dəqiqədən çox məşğul olsaq istədiyimiz nəticəni ala bilməyəcəyik.
Hər bir uşağın yaş və fərdi xüsusiyyətlərini nəzərə alıb probleminizi həll edə bilərik.
 
Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN