Əlli Yaşından Etibarən Nələrə Diqqət Etmək Lazımdır?

0
2567
Əlli Yaşından Etibarən Nələrə Diqqət Etmək Lazımdır?

 Bir insanın xoşbəxt olması üçün xoşbəxt böyüməsi də önəmli şərtlərdəndir. Bəs bir uşağın xoşbəxt böyüməsini necə təmin etmək olar?


Britaniyalı psixoloqlar uşağın sağlam, xoşbəxt böyüməsinin sirrini açıb. Esseks, Oksford, Uorvik və Surrey Universitetlərinin psixoloqlarının fikrincə, uşağın xoşbəxt böyüməsində müntəzəm ailə yeməkləri böyük rol oynayır. Onlar 40 mindən artıq ailədə apardıqları tədqiqatdan sonra belə qənaətə gəlib. 

Tədqiqatların sözlərinə görə, əgər ailə həftədə azı 3 dəfə bir masa arxasında yemək yeyirsə, valideynlər və uşaqlar arasında bağlar daha da güclənir. Belə şəraitdə tərbiyə edilən uşaqların ailəyə münasibətləri ailəvi masa arxasında oturmayan və ya bunu həftədə 3 dəfədən az edən yaşıdlarına nisbətən daha yaxşı olur. 

Həmçinin müəyyən edilib ki, ailənin dağılması uşaqlara yoxsul həyat tərzi keçirməkdən daha pis təsir edir. Valideynlərin bir-biri ilə, eləcə də uşaqları arasında münasibəti azyaşlıların idrak, emosional inkişafında və ailədə stabilliyin olmasında böyük rol oynayır. Əgər valideynlər bir-birindən razıdırlarsa, uşaqlarda özlərini daha xoşbəxt hiss edirlər.

ŞƏRH YAZIN