Xoşbəxt Uşaq Böyütməyin 5 Sirri...

0
1267
Xoşbəxt Uşaq Böyütməyin 5 Sirri...

İnformasiya bolluğu dövründə yaşayanların uşaqlıqlarının valideynlərinin uşaqlığından fərqli olduğunu deyən Pedaqoq Elif İpek ailələrə xoşbəxt uşaq böyütməyin 5 sirrini açıqladı.

1. Övladınıza hörmət edin!
Ona bir fərdmiş kimi davranmayın, o onsuzda bir fərddir. Hələ ana bətnindəykən belə ləzzətli bir şey yediyinizdə o hiss edirdi! Ona bir yetişkin kimi davranmayın, çünki o uşaqdır. Onun hisləri, duyğuları var. Susdurmayın, izin verin özünü ifadə etsin. Söylədiklərini dinləyin, günahlandırmaqdan çəkinin, özünüzü ona ifadə edin. Sınaqlarını dəstəkləyin.
2. Sevginizi göstərin!
Bir çox ailənin düşündüyü kimi “hər istədiyini edərək onu xoşbəxt etmək” yanlışından uzaq durun. Sevginizi ona hörmət edərək, qucaqlayaraq, dəstəyinizi onun arxasında deyil yanında hiss etdirərək, sağlam ünsiyyət quraraq göstərin. Evinizdə hüzuru təmin edin. Uşağınızın özünü ailənin tamamlayıcı bir parçası olaraq hiss etməsinə şərait yaradın.
3. Inkişaf prosesini izləyin!
Dövrümüzdə övlad yetişdirmək, onu anlamaq heç də asan deyil. Bir pedaqoq ilə birbaşa təmasda olun. Uşağınızın inkişaf xüsusiyyətlərini öyrənin, bacarıq və qabiliyyətlərinin dəstəklənməsi üçün gərəkli olan sahələrini kəşf edin, genetik keyfiyyətlərini pedaqoqla birgə aydınlaşdırın. Bu bilgilərə istinad edərək onun özünü reallaşdıra biləcəyi ortamlar yaradın.
4. “Uşaqdır” deyib keçməyin!
Uşağı yerinə yetirilməli bir layihə olaraq görməyin. Siz özünü reallaşdıra bilməsi üçün güvənəbiləcəyi bir lidersiniz. Direktoru, mühafizəçisi, rəqibi deyil, rəhbəri olun. Onu yox hesab etməyin. Mükəmməlliyətçi və ya tam tərsi laqeyd olmayın. 
Sizin üçün problem olaraq görünən xüsusiyyətlər “böyütməyək, görməzdən gələk” dedikləriniz duyğu, düşüncə və davranışlar gələcəkdə onun üçün bir problemə çevrilə bilər. Pedaqoqunuzla məsləhətləşin, yönləndirmələr alın. Övladınıza özünü ifadə edə bilməsi üçün rəhbərlik edin. 
5. Problemdən çıxış yolu tapmasına imkan yaradın!
Gərəksiz yardımlardan çəkinin. Sizə bir məsələ iləbağlı fikirlərini ifadə edəndə, həmin dəqiqə şərh verməyin. Məsələnin həllini ona hazır şəkildə verməyin, axtarışlara sövq etməsinə imkan yaradın. Öz həll yolunu soruşun. Təkliflərini tətbiq etməsi üçün dəstəkləyin, onları müşahidə edin. Unutmayın, həll yolu tapmaq, onu tətbiq etmək, bunun məsuliyyətini götürə bilmək 
övladınızın şəxsi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır.

 
HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN