Hakimdən məntiqli cavab

0
26615
Hakimdən məntiqli cavab

Məşhur bir futbolçu həyat yoldaşını öldürməklə günahlandırılırdı. Futbolçu tutulmuşdu. Amma yoldaşının cəsədi ortada yox idi. Məhkəmə Amerikan filmləri kimi idi. Futbolçu yerində oturmuşdu. Qucaq dolusu pulla tutduğu vəkili hakimi inandırmağa çalışırdı.

- “Cənab hakim, adamımın günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Niyə? Baxın, indi 1dən 10a qədər sayacam və adamımın öldürdüyü deyilən yoldaşı qapıdan içəri girəcək..
- "1,2,3,4,5,6,7,8,9,10.."
Hərkəs qapıya döndü. Heç kim içəri girmədi. Vəkil bir müdafiə dahisiydi ; öldürücü gedişini etdi.
- “Baxın siz də qadının öldüyünə inanmırsız. Çünki hamınız içəri girəcək deyə qapıya baxdınız. Qərarı verərkən buna güvənməyinizi tələb edirəm.”
Hakim məşhur futbolçunu günahkar kimi gördüyünü bildirdi və məhkəmə bu şəkil sonlandı.
Məhkəmə çıxışında vəkil hakimə yaxınlaşdı:
- Mən 10a qədər sayanda siz də hər kəs kimi qapıya baxmışdınız. Niyə belə bir qərara imza atdınız?
- “Düzdü”, - dedi hakim; “Mən də qapıya baxdım, amma adamınız qapıya baxmırdı.”

ŞƏRH YAZIN