Maraqlı iş müsahibəsi – təkrar etməyə çalışmayın

0
4468
Maraqlı iş müsahibəsi – təkrar etməyə çalışmayın

Belə müsahibələr çox güman ki, Azərbaycanda keçərli deyil

1.Nəyə görə siz məhz bizim kompaniyanı seçdiniz?

- Siz yəqin ki. axmaqsız? Mən təxminən 10-dan çox bunun kimi oxşar vəzifələrə CV göndərmişəm. Harada daha tez və mənə sərfəli şərtlərlə işə düzəlsəm – elə orada da mənim üçün yaxşıdır.

2.Necə hesab edirsiniz, nəyə görə biz məhz sizi seçməliyik?

- Sizə ümumiyyətlə işçi lazımdır, ya yox? Əgər lazımdırsa mən həmin işçiyəm. Məni məhz ona görə seçmək lazımdır ki, ən azından mən sizin bu suallarınıza standart və bayağı cavablar verənlərdən daha ağıllıyam. Həm də sizdən ağıllıyam, çünki mən belə axmaq suallar verməzdim.

3.Siz necə bir əməkhaqqı almaq istədiniz?

Təxminən ildə 2,5 milyon dollar, amerikanın prezidenti kimi. Bu nə sualdır? Təbii ki, mən sizin ödəyə biləcəyiniz ən yüksək əməkhaqqını almaq istərdim. Amma əlbəttə ki, siz mənə belə bir əməkhaqqı ödəyən deyilsiniz. Istənilən halda seçim mənim əlimdədir: siz məbləği deyirsiniz, mən isə razı olub-olmadığımı.

4.Əvvəlki iş yerinizi niyə tərk etdiniz?

Tutalım ki, mən ədalətlə cavab verdim və sözün düzünü dedim: Aşağı əməkhaqqı və ya karyera imkanının olmaması, perspektivsizlik  və kollektivlə uyğun gələ bilmədim və ya müdirimizin izi zəhləmi tökmüşdü. Nə olsun ki? Axı siz bilmirsiniz ki, mən sizin müdirlə və ya kollektivlə yola gedəcəyəm ya yox və məni işə götürənə qədər də bunu bilə bilməzsiniz. Bundan ötrü yoxlamaq lazımdır.

5.Özünüzü beş ildən sonra bizim kompaniyada hansı mövqedə və necə görürsünüz?

Olar öncə sizə bir qarşılıqlı sual verim: kompaniyanızın yaxın 5 ilə hansı planları vardır? Belə planlarınız yoxdur?  Əgər siz kompaniyanın 5 ildən sonra harada olacağını, hansı seqmentə hədəflənəcəyini bilmirsinzsə, bəs mən onda haradan bilim?

6.Bundan öncəki iş yerində hansı nailiyyətləriniz olub?

Deməli mənim rezümem sizə kifayət deyil. Yaxşı. Mən əla işləyirdim və öz vəzifələrimin öhdəsindən mükəmməl səviyyədə gəlirdim. Bax bu nailiyyətdir! Deyəsən sizi məyus etdim axı: düzgün rəhbərlik və yaxşı fəaliyyət zamanı heç bir xüsusi nailiyyət olmalı deyil. Işləmək lazımdır, başını boş-boş şeylərlə qatıb, nailiyyətlər qazanmaq deyil

7.Siz öz müdirinizi necə görmək istərdiniz?

Düzü, mən onu ümumiyyətlə görməməyi daha üstün tutardım. Ciddi şəkildə, axı onun zahiri görünüşünün mənim üçün bir fərqi yoxdur: tapşırıqları normal və aydın şəkildə formalaşdıra bilən bir insan olsun, yetər. Qalan məsələlərin mənə elə bir fərqi yoxdur, istəyir ofisdə xələt geyinib gəzsin, ya da özü ilə silah gəzdirsin.   

8.Sizin hansı müsbət və mənfi cəhətləriniz var?

Mən barabanda ifa etməyi bacarır və 15 metr uzunluqda məsafəyə tüpürə bilirəm. Amma əgər sizi mənim peşəkar xüsusiyyətlərim maraqlandırırsa, onda bütün bu nüanslar mənim rezümemdə öz əksini tapıb. Əgər siz konkret nəyisə bilmək istəyirsinizsə, sualı da məhz bu istiqamətdə verin. Əgər özünüzdə nə istədiyinizi bilmirsinizsə, onda bağışlayın, bununla bağlı sizə kömək edə bilməyəcəm.

9.Sizcə sizin hansı nöqsanlarınız, çatışmayan tərəfləriniz vardır?

Mənim yaxşı tenor səsim var, düzdür qonşular şikayət edir, amma konservatoriyada məni talant adlandırırlar.  Birdəki, mən balığı çəngəlsiz yeyə bilmirəm.


 

 
 

ŞƏRH YAZIN