Qarsiya Markesin kitabı

0
4342
Qarsiya Markesin kitabı

Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı(1982) Qabriel Qarsiya Markesin (1927-2014) ən yaralı yeri tərcüməçilər olub. 

Bir gün xarici ölkədə səfərdə olarkən romanlarının birinin tərcümə keyfiyyəti ilə maraqlanmaq istəyir. Roman yazıçının yaxşı bildiyi ingilis dilində tərcümə olunmuşdu. Qocaman yazara hörmət əlaməti olaraq
əsəri onun üçün oxuyurlar. Ətrafındakılar 40-50 dəqiqə Markesin bu romana necə diqqətlə qulaq asdığını görürlər. Aralarından bir nəfər ondan soruşur:
- “Cənab, elə diqqətlə qulaq asırsınız ki, sanki haqqında bilmədiyiniz bir şeydir. Axı bu sizin öz əsərinizdir.
Hazırcavab yazar isə hamının gülüşünə səbəb olan bir cavab verir: 
- “Mane olmayın, qulaq asım görüm bu romanın qəhrəmanı axırda öləcək, ya sağ qalacaq?”

ŞƏRH YAZIN