Çatmayan İşlərin Xəstəsiyəm!

0
3217
Çatmayan İşlərin Xəstəsiyəm!

Tarixin ən erkən çağlarından bəri heç kimin eşitmədiyi ümumi bir iş qaydası vardır: Bu gün edə biləcəyin bir işi sabaha təxirə salma.

Bu təxirə salma işi axsadanda başqalarına da narahatlıq verir. Ancaq bir çox vaxtı, iş tamamlanmadan əlimizdəki zaman bitir. ABŞ-ın qurucularından Benjamin Franklin, "Sən işi təxirə salsan da zamanı təxirə salmaz" demişdir. Şirkətlərə iş təhsili verən Rory Vaden , hardasa bir işçinin gündə iki saatını, işiylə əlaqədar olmayan fəaliyyətlərə xərclədiyini göstərən araşdırmalara diqqət çəkir. Təxirə salmanın "bahalı və görünən mailiyyələri" olduğunu söyləyir.
 
İnsanlar təxirə salmanın özlərinə, başqalarına və işlərinə zərər verdiyini bildiyi halda bunu niyə edir? "Hər istiqaməti ilə Zaman Rəhbərliyi" kitabının müəllifi olan New Yorklu məsləhətçi Julie Morgensternə görə bunun səbəblərindən biri, insanların iş yükü altında əzilməsidir.
 
İqtisadi böhran başladığından bəri şirkətlər işçilərinin daha yenilikçi, yaradıcı və məhsuldar olmasını istəyir. Bu dazəifləməyə yol açır. Ayrıca email, Facebook və Twitter kimi texnologiyalar diqqəti daha çox paylayır. Morgenstern, əhəmiyyətsiz bir email cavablamanın qısa müddətli bir müvəffəqiyyət hissi təmin edə biləcəyini ifadə edir. "Hələ də təxirə salırsız? Özünüzü incitmədən İş Bitirmə Rəhbəri "kitabının müəllifi olan DePaul Universitetindən psixologiya professoru Cozef R. Ferrariyə görə, təxirə salanların əksəriyyəti digər insanların özləri haqqında nə düşündüyünə əhəmiyyət verən kəslərdir. Ferrari buradakı zehniyyəti, "İşi bitirməsəm, məni qınamazlar" deyə yekunlaşdırır.Təxirə salmağın səhv cəhətlərindən biri, mükəmməliyətçilikdir. Morgenstern'ə görə son ana qədər gözləmək, işi etməmək üçün gözəl bir bəhanə verir, çünki kifayət qədər vaxt olmamışdır. "Müvəffəqiyyət Pilləkəni: 7 addımda doğru Müvəffəqiyyəti Tutmaq" kitabının müəllifi  Vaden , "Ən məhsuldar insanlar, mükəmməl olmaqdan çox irəliləməyə diqqət yetirir.
 
Müvəffəqiyyətin qarışıq bir şey olduğunu unutmayın "deyir. "Zaman Oğrusu: Təxirə Salma Üzərinə Fəlsəfi Məqalələr" ın redaktoru olan Utah Universitetindən Fəlsəfə dosent Chrisoula Andreouya görə, təxirə salma ümumiyyətlə uzun dövrlü layihələrdə görülür. Özümüzə, uzun bir müddətin bir mərhələsini təxirə salmanın sadəcə başqa bir yola girmiş olduğunu və həmin yolun tək başına əhəmiyyətsiz göründüyünü söyləyə bilirik. Amma sonunda bu davranış istisnadan çox qayda halına gəlir və iş əsla bitmir.
 
Andreou uzun dövrlü bir proyektdə, atdığımız hər kiçik adıma "simvolik bir əhəmiyyət " təklif edir. Bu, tutdurduğumuz hər hədəfin ardından özümüzü bir axşam yeməyi və ya masajla mükafatlandırmağı daxil edə bilər. Morgenstern işini təxirə salan insanların ümumiyyətlə günahkarlıq duyduğunu ancaq özünü pis hiss etmənin həll olmadığını söyləyir. Ona görə, təxirə salma yoluna getdiyimiz müəyyən sahələri (məsələn yazı yazma, iş inkişaf etdirmə və ya bağlantılar qurma) təsbit edərək, məqsədimizi reallaşdırmaq üçün lazım olan addımları müəyyən etməliyik. Davamlı diqqətimizin dağıldığı muasir ofis  layihələri kiçik addımlara bölməyi tələb edir.
 
Morgenstern, "Böyük layihələri yarım saat ilə iki saat arası çəkən, kiçik və bitirilə bilən mərhələlərə bölməmiz lazımdır" deyir. Ferrari bəzi insanlarda işə yarayan zaman idarəsi taktikalarının, davamlı işi təxirə salan kəslərin yüzdə 20-sində ehtimalla təsirli olmayacağını söyləyir. Çünki bu insanlar evdə, işdə və şəxsi həyatlarında yəni həyatlarının hər sahəsində işləri təxirə salır. Ferrarinin "xroniki təxirə salanlar" deyə adlandırdığı bu insanlar üçün, zamanlarını və həyatlarını idarə altına almanın bəlkə də tək yolu, idrak davranış müalicəsinə fokuslanan bir psixoloqla seanslar etmələridir.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN