Çatmayan İşlərin Xəstəsiyəm!

0
3217
Çatmayan İşlərin Xəstəsiyəm!

Mütəxəssislərin kimi konsentrasiya pozğunluğu, kimi işgüzarlıq, kimi isə hiperaktivlik olaraq adlandırır. Günümüzdə insanının ən çox qarşılaşdığı xəstəliklərdən biri çatdıra bilməmə narahatlığıdır. 'Bu narahatlıq məndə də var.' deyirsinizsə qorxmayın, yalnız deyilsiniz! Çünki işin əsl psixoloqları belə eyni dərddən əziyyət çəkir.

Həftə sonu istirahəti. Evdəsiz. Çatdıra bilməmə qayğısı olan heç bir işiniz yoxdur. Ayaqlarınızı uzatmış bir tərəfdən çayınızı içir digər tərəfdən qəzet oxuyursunuz. Bu vaxt daxili səsiniz sizə bir şeylər deməyə çalışır: "Vaxt itirirsən, kitab oxumağın lazım!" Bu səsə daha çox laqeyd qala bilmir və qəzeti bir yana buraxıb kitab oxumağa başlayırsınız. Beş on səhifə deyərkən daxili səs yenidən dövrəyə girir: "Sevdiklərinə heç zaman ayıra bilmirsən, oturmuş yalnız özün üçün bir şeylər edirsən. Tək məsuliyyətin özün deyilsən! "
 
Daxili səs bir dəfə daha məğlub edir sizi və qalxıb yenə deyiləni edirsiniz. Amma dəyişən bir şey olmur. Narahatlıq və çatışmamazlıq hissi zərrə qədərdə azalmır. İçinizdə həmişə bir yetişə bilməmək bir şeyləri yetişdirə bilməmək qayğısı. Tam fikrimi verdim bismillah deyərkən fikriniz sizdən bir addım qabaqda hərəkət edir sanki.Digərini edə bilməmiş olma sancısı çoxdan içinizə oturmuş belə. Başınızı yastığa qoyduğunuzda bu gündən sizə qalan tək duyğu peşmanlıq olur.
 
Bu hamısını edim deyərkən heç bir işi doğru düzgün etməmiş olmanın vermiş olduğu bir peşmanlıqdır. Eyni zamanda başqalarına həzz verən məşğələlərin sizdə daxili narahatlığa çevrildiyini bilməməyin çətinliyidir. Mütəxəssislər bunun bir narahatlıq olduğu mövzusunda həm fikir olsalar da hər biri fərqli şəkildə adlandırır. Kimi konsentrasiya pozğunluğu, kimi hiperaktiv, kimisi isə işgüzarlıq, kimisi isə çatdıra bilməmə sindromu deyir. Adı nə olursa olsun mütəxəssislərin ortaq fikiri, bu kəslərin peşəkar bir dəstək alması lazım olduğudur.
 
'Hər fəaliyyəti zaman itkisi kimi görərlər!'
 
Mehtap KAYAOĞLU (Psixoloji məsləhətçi & Psixoterapist): Bu vəziyyət psixoloji bir narahatlıqdır. Biz buna işgüzarlıq deyirik. İşgüzarlıq, adamın həyatındakı bir çox fəaliyyətə laqeyd qalaraq yalnız işiylə məşğul olması halıdır. Hər insanın dəyişikliyə, fərqli işlərlə məşğul olmağa, fərqli ictimai əlaqələr yaşamağa ehtiyacı vardır. İşgüzarlar digər insani ehtiyaclarını bir kənara aparar və yalnız çalışaraq özlərini var edərlər. İşləmədikləri zaman, bir şeyləri əksik edirlərmiş hisslərinə qapılarlar.
 
Adətən, işə can yandıran adam valideynlərin uşaqlarında da sosial öyrənmə yolu ilə görülə bilər. Nəfəs almadan iş görməyi məharət sayırıq. Həmçinin mükəmməliyyətçi və asılı şəxsiyyətlər heç vaxt əskik qəbul etmirlər. İşlərini yaxşı görmək üçün hər dəqiqəni dəyərləndirirlər. Bir az ara verəcək olsalar özlərini günahkar sayırlar. Fasilə verəndə günah edən insanlar kimi, yemək, söhbət, əyləncə, istirahət kimi ən humanitar ehtiyaclarını belə görmədikləri üçün adətən yalnız olurlar.Ətrafları izdiham görünür, amma həqiqi dostluqlara vaxt tapmadıqları üçün iç dünyalarında təkdirlər. Öz ailələrindən də uzaqlaşırlar. Evdəkilər bu vəziyyətdən şikayət edəcək olsa, əslində onlar üçün çalışdıqlarını dilə gətirirlər. Evdəkilərlə evdə vaxt keçirəcək olsalar, sanki, nəyisə əskik ediblər kimi duyğulara qapıldığı üçün, davranışlarına əks olunan bu hiss, ailə üzvlərini də narahat etməyə başlayır. Bir şeyləri unutmuşluq hissi narahat olmalarına səbəb olur. Dincəlmək üçün edilən hər bir fəaliyyəti zaman itkisi kimi qəbul edirlər.
 
Ümumiyyətlə işgüzarlıq hər peşə sahəsində görülməklə birlikdə, səhiyyə, media və komputer-informasiya sektorunda daha çox qarşılaşırıq kimidir. Etiraf etməm lazım olsa özümdə belə görürəm bəzən. İllərdir aktiv olaraq işə və davamlı ofis mühitində müalicə etməyə, müalicə xaricindəki zamanlarımda yazı yazmağa elə çox öyrəşmişəm  ki, boş bir günümdə heç bir iş etmədən evdə oturduğumda sanki bir şeyləri unutmuşam, ağlımdaki bir şeyi etməmişim, o günü boşa düşmüşüm kimi duyğulara qapılıram. Sonra düşününcə fərq edirəm ki xeyr, əksik bir vəziyyət yoxdur! Hər şey yolunda.İşimiz çoxdu bəli amma heç olmazsa günün müəyyən hissəsini istirahət, yoldaş söhbətlərinə, kinoya, gəzintiyə ayıraraq özümüzü dinləndirməliyik. Mən elə edirəm. Ölüb getsəm nə olacaq? Bitmək tükənmək bilməyən işləriniz, siz ölüncə nə olacaq? Mütləq ki bəziləri sizin yerinizə bu işləri edəcək. Elə isə siz nə üçün həyatdaykən həyatda olmanın digər ictimai və gözəl nemətlərindən istifadə etməyəsiniz.
 
'Tələsik, qayğılı, bir şeyə çox bağlı olan insanlarda tez-tez görülər'
 
Vahdettin Yaşar (Psixoloji məsləhətçi): Gündəlik həyatımızda diqqətimizi paylayan, enerjimizi azaldan çox-çox lazımsız xəbərdarlıqçıya məruz qalırıq. Bu vəziyyət zehnimizə təsir edir. Məsələn televiziyaya baxırsız, bir tərəfdən Facebookda gələn bildirişlərə nəzarət edirsiniz, bir tərəfdən də ağılınız bitirməniz lazım olan başqa bir işdə. Zaman zaman özüm də eyni problemi yaşayıram. Baxın bu an bir seminardayam, ağlım yoldaşım, uşaq və iş yerində. Görəsən nə edirlər deməkdən özümü ala bilmirəm. Bu da konsentrasiyanıza təsir edir. Daha çox uşaqlarda rast gəldiyimiz bu problem indiki vaxtda yetkin fərdlərdə diqqət əskikliyi şəklində görülür.
 
Konsentrasiya pozğunluğu ya da fikrini verə bilməmək ya da diqqət dağınıqlığı, bir çox adamın dərd etdiyi, dövrün problemi olaraq təyin oluna biləcək bir mövzudur. Müalicə edilməzsə adamın təhsil, iş və ailə həyatına mənfi təsir etdiyi kimi yoldaşlıq əlaqələrinin pozulmasına da səbəb olur.
 
Əgər bir adamda etdiyi işə özünü verə bilməmə, etdiyi işi bitirmə çətinliyi həyata, o an məşğul olduğu işdən başqa şeylər düşünmə, tez-tez dalıb getmə, dərs iş, kitab oxuma kimi sahələrdə uzun zaman keçirə bilməmək, sıxlıqla əşya itirmə və s. kimi problemlər görülürsə həmin adam ehtimalla konsentrasiya pozğunluğu yaşayır deməkdir. Bu bəzi psixoloji xəstəliklərdə ya da istifadə olunan dərmanların yan təsirləri olaraq görülə bildiyi kimi edilməkdə olan işi istəksiz etməkdən də qaynaqlana bilər.
 
Marağın başqa bir sahəyə sürüşməsi ya da həqiqətdə başqa bir yerdə olma istəyi bunlara səbəb ola bilər. Ailə həyatındakı mənfi hadisələr, romantik baxımdan yaşanan problemlər konsentrasiya pozğunluğuna səbəb olur. Qabiliyyətlərini və zehni fəaliyyətlərini kifayət qədər istifadə edə bilməməsinə səbəb olur. Tələsgən, narahat,  və stressli insanlarda konsentrasiya problemi ilə daha tez qarşılaşırıq. Hətta müvəffəqiyyət qazanmaq istiyən kəslərdə bacara bilməmə qayğısı ilə edəcəyi işə konsentrə ola bilməməkdədir. Belə bir problemlə qarşı-qarşıya qalan fərd əvvəlcə bir mütəxəssisdən kömək almalıdır. Əks təqdirdə fərdin həyat standartı düşəcək.
 
'Vəzifə və məsuliyyət bu vəziyyətə təkan verə bilər'
 
Osman Abalı (Psixoloq): Mükəmməliyətçi hər şeyi çox yaxşı etmək istəyən, müvəffəqiyyət mövzusunda çox həssas, edə bilmədikləri şeylərə çox kədərlənən, narahat və eyni zamanda hiperaktiviyə meylli, tələsgən, səbirsiz hər şeydən tez sıxılan, xırdaçı, hərəkətli və vizual mövzulara meylli insanlarda daha tez görülür .Həmin insan bir çox iş və vəzifə etmək istiyər amma bir işə başlayanda dərhal başqa bir şey ağlına gəlir və onun da tamamlanması lazım olduğunu düşünər. Bu şəkildə planlamada çətinlik çəkər. Bu kəslərdə dağınıqlıq, narahatlıq və başladığı işləri yarım buraxma söz mövzusudur. Buna bir narahatlıq deməyək amma normal sərhədləri aşmış yüngül səviyyəli problemlər deyə bilərik. Əgər gündəlik həyatı çox təsir edirsə o zaman narahatlıq ölçüsünə girər və müdaxilə lazımdır. Müalicəsi mümkündür, amma temperament xüsusiyyəti olduğu üçün davranışçı yanaşmalarla müalicə alması lazımdır. Dərman müalicəsi belə istifadə edilə bilər. Maraq dağınıqlığının artımı vizual vasitələrinin istifadəsi ilə artar. İnsan zehnini yığmalı, etməsi lazım olana fokuslanmağı lazımdır. Bu baxımdan başladığı işi bitirmə kimi bir hədəf təyin olunmalıdır. Gündəlik həyatda adamın özünə çox vəzifə almaması da məsləhətdir. Çünki bu vəziyyət insanların tıxanmasına yol aça bilər.
 
TƏRCÜMƏ ETDİ: KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN