İdarə Edə Bilmədiyiniz Zaman Sizin Deyildir!

0
2517
İdarə Edə Bilmədiyiniz Zaman Sizin Deyildir!

Keçib gedən zamanın ardından baxmaq istəmirsizsə, o zaman yazının davamını oxumaq  tövsiyə olunur. 

VAXTI İDARƏ ETMƏK ÜÇÜN PRAKTİK ÜSULLAR
 
6 ipucuyla zamanı özünüzə fayda verəcək şəkilə çevirmənin yollarını öyrənin.
 
Bütün gün çalışırsınız ancaq iş saatının sonuna gəldiyinizdə heç bir şeyi tam olaraq bitirə bilmədiyinizi fərq edirsiniz? Qorxmayın,siz tək deyilsiniz. Buyrun zamanı asanca idarə edə bilmək üçün lazım olan taktikalar ...
 
Prioritetlərinizi Bölün
Stress Rəhbərliyi Birliyindən Neil Shah, "Zamanınızı 4 qutuya ayırın. İlk qutunuz mühüm və təxirəsalınmaz vəzifələr üçün ayrılmış olsun. İkinci qutu təcili ancaq daha əhəmiyyətsiz işlər üçün; üçüncü qutu mühüm ancaq təcili olmayan vəzifələr üçün; son qutu isə əhəmiyyətsiz və təcili olmayan işlər üçün ayrılmış olsun "deyir.
 
Stolunuzu Doğru Seçin
ABŞ Milli Professional Təşkilatçılar Birliyindən Stephanie Denton, "L şəklində stollar zaman planlaması üçün daha uyğundur" deyir. "Stolun bir tərəfini dərhal edilməsi lazım olan işlər üçün, digər hissəsini də daha az təcili işlər üçün ayırın."
 
Nümunə götürün
Total Success Training mütəxəssisləri, "Həyatınızda ya da iş yerində örnək aldığınız kəslərin zamana rəhbərlik vərdişlərini nümunə götürün" deyir. "İşə gəldiyi saata, vəzifələri xatırlamaq üçün tutduğu gündəliyə diqqət edin. Siz də tədbiq edin,işinizə yarayıb yaramadığını kəşf edin. "
 
Özünüzü Zamanlayın
Getting Things Done kitabının yazan David Allen, "Cümə günü etibarilə özünüzə,gündəliyinizə bir 'Ediləcəklər işlərin siyahısını hazırlayın" deyir. "Bu, sizə gündə ən az 1 saat zaman qazandıracaq.İş bitdiyi saatda isə işinizin tamamlanmış olmasını təmin edəcək. "
 
Əşyalarınızı Düzəldin
Zaman Rəhbərliyi müşaviri Paul Glen, "stolunuzu ya da otağınızı ən praktik şəkildə təşkil edin. Bu sizin üçün bir sərmayədir. Hansı işdə işliyirsizsə işliyin, nizamlı bir stol sizə gündə ən az 30 dəqiqə vaxt qazandıracaq "deyir. "Üstəlik səliqəsiz stolda diqqətinizi böləcək daha  çox xəbərdarlıq edən detal olur. Bunu aradan qaldırmaqla isə daha məhsuldar işləmənizi təmin edəcəksiz. "
 
Bahar Təmizliyi
Time Management for Dummies kitabının yazıçısı Clare Evans, "Ayda 1 günü, təmizlik və səliqəyə ayırın. Üstünlük Bazar günü olsun. Stolun üzərindəki lazımsız kağızları toplayın. Ediləcək işlərinizi tamamlayın. İş yerinizi səliqəyə salıb, təmizləyin "deyir. "Bütün bunları tək bir gündə etmək sizə ayda artıqdan 5 saat qazandıracaq."
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN